Quşadası TV. 14 iyul, 2008
Adnan Oktar:"Eyni şəkildə türk dövlətlərindən də bizim ayrı olmağımızın heç bir məntiqi yoxdur. Yəni eyni dindənik, eyni dili danışırıq, eyni irqdən gəlirik. Hər şeyimiz eynidir. Mədəniyyətimiz, adətimiz, ənənəmiz…Eyni dindənik, eyni dili danışırıq, eyni irqdən gəlirik. Hər şeyimiz eynidir. Mədəniyyətimiz, adət-ənənəmiz; yəni ayrı olması üçün heç bir səbəb yoxdur. Ona görə də bu ölkələrin arasında-türk dövlətlərinin və İslam ölkələrinin arasında pasport və viza ləğv edilməlidir. Qoy, istədiyi kimi gedib-gəlsin insanlar. Ticarət tam rahat olsun, əlaqələr çox rahat olsun. Avropa Birliyində ola bilər, bu Türk-İslam Birliyində ola bilməz ki? Avropa Birliyində insanlar istədiyi ölkəyə gedir və istədiyi kimi məskunlaşır. Pasportdan istifadə etmir, vizadan da istifadə etmir. Yaxşı bəs, biz qardaş olaraq nə üçün bunu edə bilmirik? Yəni heç bir səbəb yoxdur, əlbəttə, olar. Ən gözəl mənzərələri olan, ən gözəl coğrafiyası olan ölkələrdir Türk-İslam dövlətlərinin olduğu ölkələr və dünyanın ən zəngin mədən qaynaqları bu coğrafiyadadır. Ən zəngin neft qaynaqları da bu coğrafiyadadır. Un var, yağ var, şəkər var. Təkcə halva bişirmək lazımdır. Bu bütün türk xalqının istəyidir. Biz azərilərlə danışırıq. Məsələn, Azərbaycan Türkiyə ilə birləşmək üçün can atır. Bu gün Türkiyə qəbul etsin, yəni təxminən iyirmi dörd və ya qırx səkkiz saata qəbul edərlər. Suriyaya bu gün Türkiyə təklif etsin, Türkiyə ilə birləşin deyə, dərhal qəbul edər Suriya. Ona görə türk xalqının bunu şiddətli istəyi ilə, xüsusilə qeyri-hökumət təşkilatlarının bunu gündəmə gətirməsilə bu, hökumətə təklif edilsə, mövzu bitər."
|