Hörmətli Adnan Oktarın Türk İslam dünyasının qardaş olmasını, birlik və bərabərlik içində hərəkət etməli olduğunu əhəmiyyətlə vurğuladığı, Türk İslam Birliyinin bir an əvvəl qurulmalı olduğunu ifadə etdiyi açıqlamaları İslam dünyasında böyük əks-səda yaradır.
Bu açıqlamaların dərhal ardından İslam dünyasının dörd bir tərəfindən qardaşlıq və birliyin əhəmiyyətini dəstəkləyən açıqlamalar gəlməkdə, hətta bu birliyi gücləndirmək məqsədi ilə müxtəlif addımlar da atılmaqdadır. Qafqaz Birliyinin qurulması üçün cəhd başladılması, Dəmir İpək Yolu olaraq adlandırılan layihənin təməlinin atılması, Azərbaycan-Ermənistan-Türkiyə arasında dostluq əlaqəsinin qurulması kimi mətbuatda çox gündəmə gələn hadisələrlə yanaşı, İslam aləminin qabaqcıllarının birlik çağırışları etmələri, Türkiyənin Türk-İslam dünyasına liderlik etməli olduğunun fərqli çevrələr tərəfindən daha sıx gündəmə gətirilməsi, Ərəb ölkələrinin BM Təhlükəsizlik Şurası səs verməsində Türkiyəni dəstəkləmə qərarı almaları kimi əhəmiyyətli hadisələr də yaşanmaqdadır. Yaxın tarixdə bənzəri yaşanmamış hadisələrin hər biri, Türk İslam Birliyinin həyata keçirilməsinin bir addımı xüsusiyyətindədir və hamısı Hörmətli Adnan Oktarın bu mövzunu təkidlə gündəmdə tutmasının ardından reallaşmışdır.
Mövzu ilə əlaqədar diqqət çəkən son hadisələrdən biri də, Ərəb ölkələri ilə Türkiyə arasında güclənən əlaqələr və Bəhreyn Xarici işlər Naziri Əhməd əl Xəlifənin açıqlamalarıdır. Cənab Xəlifə açıqlamasında Türkiyə, İran və İsrailin də qatıldığı bir-birlik təsis edilməsinin əhəmiyyətini vurğulamaqda və İslam dünyasının tək tavan altında birləşməsinin şərt olduğunu söyləməkdədir. Xəlifənin açıqlaması həm İslam dünyasına birlik çağırışı etməsi baxımından əhəmiyyətlidir, həm də Ərəb dünyasından İsrailə qarşı mülayim bir yanaşmanın bəlkə də ilk dəfə ortaya qoyulması və fərqli bir məzhəbə sahib olan İrana da dostanə yanaşma göstərilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Hörmətli Adnan Oktar da açıqlamalarında hər düşüncədən, hər məzhəbdən müsəlmanı qəlbən qucaqlamaq, bölgədə olan və fərqli dinlərdən olan İsrail, Gürcüstan, Rusiya, Ermənistan kimi ölkələri də qorumaq lazım olduğunu ifadə etməkdədir. Yaşanan hadisələrdə Hörmətli Adnan Oktarın bu açıqlamalarının təsiri açıqca görünməkdədir.
TIMETÜRK: Yaxşı, sizcə bugünkü müsəlmanların, ümumiyyətlə, müsəlmanların ən böyük problemi nədir?
ADNAN OKTAR: Bölünmə, yəni bölünmə çox təhlükəlidir, müsəlmanlar bir-birlərini sevməlidirlər, necə sevilməz, mən məsələn, şiələrə baxıram çox təqvalı dindar insanlardır, yəni bu insanlara necə qarşı çıxılar? Ələvilərə baxıram, çox dindardırlar və onlar insan sevgisi ilə dolu insandırlar. Bu insanlara necə qarşı çıxılar, mən anlamıram, həmçinin vəhabilər də dinə çox vasvası insanlardır. ALLAHIMIZ BİR, KİTABIMIZ BİR, QİBLƏMİZ BİR, HƏR ŞEYİMİZ BİR, EYNİ PEYĞƏMBƏRLƏRƏ İNANIRIQ, EYNİ MƏLƏKLƏRİ SEVİRİK. YƏNİ TAMAMİLƏ, SÜNİ BİR AYRILIQ VAR. HALBUKİ, İNASNIN MƏZHƏBİ AYRI OLAR, AİLƏLƏRİMİZ DƏ AYRIDIR, AMMA BİR-BİRİMİZİ SEVİRİK. BİZ DOSTUQ, QARDAŞIQ, BU AYRILIQ ORTADAN QALXMALIDIR.
Səid Nursi buna çox diqqət çəkmişdir, ixtilaf deyir, ixtilaf bir də zərurətlər, insanların maddi ehtiyaclardan qaynaqlanan bel bükmələri, boyun bükmələri. Halbuki, müsəlman aclıqdan ölməz, heç bir şey də olmaz. Allaha təvəkkül edib, Allahın yolunda Allahın razılığı üçün cəhd göstərməlidir. AMMA ƏN ƏHƏMİYYƏTLİ MÖVZU SEVGİDİR, MÜSƏLMANLARIN BİR-BİRİNİ SEVMƏSİDİR, hətta Allahın yaratdığı hər şeyə qarşı şəfqət duymaqdır. Yəni dinsiz də olsa ona şəfqət duyub onu qurtarmağa, qorumağa çalışmalıdır. (“TIMETÜRK”, 24 iyul 2008)
“Habervaktim” internet xəbər saytı, 1 oktyabr 2008
ADNAN OKTAR: Türk İslam Birliyini sürətləndirmək lazımdır. Çox sürətləndirmək lazımdır… Bu, əlbəttə ki, İsrailin də fərahlaması deməkdir. Bütün bölgədə qarşıdurmanın bir anda dayanması deməkdir. Çünki bilirsiniz, Fələstin də iztirab içindədir, amma İsrail də iztirab içindədir, çünki hər an başlarına bomba düşmə ehtimalı var. Hər an bir şey olma ehtimalı var. İsrail divarların içində yaşayır. Sanki əsir oldular, öz-özlərini əsir etdilər. Divarın içinə həbs etdilər. O divarları yıxaq, açaq. Ora ardı-arası kəsilmədən ticarət avtomobilləri getsin. Avtobuslar getsin, yük maşınları getsin. Gəmilər getsin, dəniz yolu ilə fərahlıq olsun… Bu, sevgi ilə olar, dostluqla olar... (“Asiya RFA” radiosu, 14 iyun 2008)
ADNAN OKTAR: Bu, könül birliyidir. MƏNİM DÜŞÜNDÜYÜM TÜRK İSLAM BİRLİYİNDƏ BÜTÜN DÖVLƏTLƏRİN HAMISI MİLLİ DÖVLƏT OLARAQ QALIR. Bu, könül birliyidir, yəni sevgi birliyi, məhəbbət birliyi və ortaq ağıl birliyidir, məsələn, bir yerdə terror olanda ortaq qərar alıb ortadan qaldırmaqdır. Məsələn, iqtisadi çətinlik olduqda ortaq qərar alıb bunu həll etməkdir. Amma burada şiddətli eşq lazımdır. Şiddətli coşğu lazımdır. Yəni bunlar rəsmiyyətlə olmaz. Bunlar coşğu ilə, həyəcanla olar. Yəni bir ölkəni qurtarmağa çalışmaq, bir yerdə terror olanda topluca qərar vermək eşq tələb edir... (“Azərbaycan” TV, 11 iyun 2008)
APARICI: Türk İslam Birliyi ilə əlaqədar bizə nələr söyləyə bilərsiniz, yəni bir çox adam bunu xəyal olaraq qiymətləndirir. Bir çox adam hadisəyə belə baxır. Bunun olacağına həqiqətən inanırsınızmı?
ADNAN OKTAR: İndi Konya, İzmir, Adana Allah əsirgəsin bizdən ayrı olsaydı, biz də desəydik: “Biz qardaşıq, bu necə olar? Biz birləşməliyik”. Biri də desə idi: “Bu xəyaldır, elə şey olarmı, nə əlaqəsi var, bunlar ayrı-ayrıdır”, bunun bir məntiqi varmı, yoxdur. Eyni şəkildə Türk dövlətlərindən də bizim ayrı olmağımızın heç bir məntiqi yoxdur. Yəni eyni dindənik, eyni dili danışırıq, eyni irqdən gəlirik. Hər şeyimiz eynidir. Mədəniyyətimiz, ənənəmiz, adətimiz, yəni ayrı olması üçün heç bir səbəb yoxdur. Ona görə əvvəla bu ölkələrin arasında, Türk dövlətlərinin və İslam ölkələrinin arasında pasport hadisəsi qalxmalıdır, viza hadisəsi də qalxmalıdır. İnsanlar istədikləri kimi gedib gəlsinlər. TİCARƏT OLA BİLDİKCƏ RAHAT OLSUN, ƏLAQƏLƏR OLA BİLDİYİKCƏ RAHAT OLSUN.
Avropa Birliyində olur, bu Türk İslam Birliyində niyə ola bilmir? Avropa Birliyində istəyən istədiyi ölkəyə gedir, istədiyi kimi yerləşir. Pasportdan istifadə etmir, vizadan da istifadə etmir. Yaxşı, biz qardaşlar olaraq nə üçün bunu edə bilmirik? Yəni heç bir səbəb yoxdur, əlbəttə ki, olar. Türk İslam dövlətlərinin olduğu ölkələr ən gözəl mənzərələri olan, ən gözəl coğrafiyası olan ölkələrdir və dünyanın ən zəngin təbii ehtiyatları bu coğrafiyadadır. ƏN ZƏNGİN NEFT YATAQLARI BU COĞRAFİYADADIR. UN VAR, YAĞ VAR, ŞƏKƏR VAR, YALNIZ HALVA BİŞİRİLƏCƏK. BU, BÜTÜN TÜRK XALQININ İSTƏYİDİR. Biz azərilərlə danışırıq, məsələn, Azərbaycan Türkiyə ilə birləşmək üçün can atır. Bu gün Türkiyə qəbul etsin, yəni haradasa iyirmi dörd saatda, qırx səkkiz saatda qəbul edərlər. Bu gün Türkiyə Suriyaya təklif etsin, Türkiyə ilə birləşin deyə, dərhal qəbul edər. Onun üçün Türk xalqının bunu coşğu ilə istəyib, xüsusilə, vətəndaş cəmiyyəti quruluşlarının bunu gündəmə gətirməsi nəticəsində, bu hökumətə təklif olaraq gətirilsə, mövzu bitər. İnşaAllah. (“Kuşadası” TV, 14 iyul 2008)
“Dokuz sütun”, 4 sentyabr 2008
ADNAN OKTAR: Türk-İslam Birliyi bir gün belə gecikməməlidir, dərhal olmalıdır. Bu hər kəsin lehinədir, nə NATO-nun əleyhinədir, nə Avropa Birliyinin əleyhinədir, BU, BÜTÜN DÜNYANIN LEHİNƏDİR. ÇİN DƏ BUNDA RAHATLAYAR, RUSİYA DA RAHATLAYAR, xüsusilə Rusiya çox rahatlayar. AVROPA BİRLİYİ ÇOX RAHATLAYAR, AMERİKA ZƏNGİNLƏŞƏR, GÜCLƏNƏR, YƏNİ BUNDA HƏR İSTİQAMƏTDƏN BÖYÜK MƏNFƏƏT VƏ FAYDA VAR. Amma Türkiyənin lider olması şərt görünür. (“Türkmeneli” TV, 22 aprel 2008)
“Türkiyə”, 6 iyul 2008
ADNAN OKTAR: Fələstinin qurtuluşu bizə bağlıdır, İsrailin qurtuluşu da bizə bağlıdır, İsrail də bizimlə rahat edə biləcək vəziyyətdədir, Ermənistan da, Türkistan da, Tacikistan da, İran da, Pakistan da hamısı bizimlə xilas olacağı görünür. Türkiyə lider olsa, Mərakeş, Tunis, Əlcəzair bayram edərlər. ONA GÖRƏ BU VƏZİFƏNİ ARTIQ GECİKDİRMƏYƏK. TÜRKİYƏ BU VƏZİFƏYƏ NAMİZƏD OLSUN. Baxın, kimsə etiraz edəcək mi? Türkiyə çıxsın desin, “Biz bu vəzifəyə namizədik”, “Xeyr yoldaş, mən bunu qəbul etmirəm” deyən heç kim çıxmayacaq. Hər kəs bunu istəyir. (“Konya” TV, 28 fevral 2008)
“Milli gazete” 19 iyun 2008