Hörmətli Adnan Oktarın açıqlamalarında əhəmiyyətlə üzərində dayandığı, qardaşlıq, birlik, ittifaq çağırışları bütün müsəlman dünyasında böyük təsir meydana gətirir. İslam dünyasının qabaqcılları, son vaxtlarda, tez-tez bir araya gəlir və bu yığıncaqlarda İslam aləminin birlik olması lazım olduğunu söyləyirlər. Bu liderlərin birlik çağırışlarında diqqət çəkən bir başqa xüsusiyyət isə, eynilə hörmətli Adnan Oktarın vurğuladığı kimi, mülayimliyin, sevginin, tolerantlığın ön plana çıxmasıdır.
Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanan elanlarda, Türk-İslam Birliyinin təsis edilməsi, bütün müsəlmanların qardaş olduğu, Türk-İslam Birliyinin etidal və sevgi birliyi olacağı belə açıqlanır:
Türk-İslam Birliyi, sevgi, məhəbbət, könül birliyidir. Bu birliyin təməli, sevgidir, fədakarlıqdır, kömək sevərlikdir, mərhəmətdir, tolerantliqdır, anlayışdır. Bundan əlavə, insana hörmət, incəsənətdə, elmdə və texnologiyada ən yüksək nöqtəyə çatmaq birliyin hədəfidir. Birliyin qurulmasıyla, yalnız türk cəmiyyətləri və müsəlmanlar deyil, bütün dünya işıqlanacaq.
Türk-İslam Birliyi dünyaya barış gətirəcək. Türk-İslam Birliyi əvvəlcə müsəlman ölkələr arasındakı anlaşılmazlıqları həll edib İslam dünyasına sülh gətirəcək, digər tərəfdən dünya daxilində qarşıdurma və müharibəni təhrik edən hər cür hərəkətin qarşısını alacaq, müharibəni qızışdıran hər cür cəhdə qarşı maneə törədici güc olacaq. İslam əxlaqının özündə birlik vardır. Allah Quranda yer üzündə təxribatçılığın sona çatması üçün iman edənlərin bir-birləriylə dost olmaları, ittifaq etmələri, birlik və bərabərlik içində olmaları lazım olduğunu bildirmişdir:
...Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Yer üzündə axan qanın dayanması, anarxiyanın, terrorun sona çatması, Türk-İslam dünyasına rifahın, bərəkətin və hüzurun hakim olması, bütün müsəlman aləminin təhlükəsizliyə qovuşması və dünya barışının təmin edilməsi üçün Türk-İslam Birliyinin qurulması şərtdir.
Türk-İslam Birliyində fikir və ifadə azadlığı vardır. Hər düşüncədən və inancdan insanın heç bir təzyiq və çətin mühiti olmadan fikirlərini ifadə edə bilər. Bu insanların haqları hər istiqamətiylə qorunar, hər kəsin düşüncəsi tolerantlıqla qarşılanar. Türk-İslam Birliyinin liderliyində müsəlman cəmiyyətlər, insanların bir-birlərinin fikirlərinə hörmət göstərdikləri, bərabərlik, ədalət və azadlığın suveren olduğu, zülm və haqsızlığın tamamilə ortadan qaldırıldığı cəmiyyətlər olacaq. Və İslam dünyası yalnız müsəlmanların hüzurunu və təhlükəsizliyini təmin etməklə qalmayacaq, dünyada mədəniyyət və sivilizasiyanın da öndəri mövqeyinə gələcəkdir.
6 iyun 2008-ci il tarixli Beynəlxalq İslami Dialoq yığıncağında isə, dünyanın fərqli ölkələrindən müsəlman liderlər və İslami öndərlər, birlik və bərabərliyin əhəmiyyətini, Türk-İslam Birliyinin ən qısa müddətdə qurulması lazım olduğunu bu sözlərlə ifadə etmişlər:
Səudiyyə Kralı Abdullah ibn Əbdüləziz: Açılışda etdiyi çıxışında, insanların fərqli qəbilə və xalqlardan yaradıldığına diqqət çəkərək, hz. Məhəmməd (s.ə.v)-ın insanlara çox yumşaq davrandığına toxundu. Kral, “Peyğəmbərimiz hər kəsə çox yumşaq davranırdı, hər kəsin dərdi ilə maraqlanır və onlara köməkçi olmağa çalışırdı” dedi.
Səudiyyə Ərəbistanı Ümumi Müftisi Şeyx Əbdüləziz ibn Abdullah Əl Şeyx: Əl Şeyx də çıxışında, insani dəyərləri ucaltmaq lazım olduğunu vurğulayaraq, “Yaxşı əlaqələr qurmalıyıq, insan haqlarını qorumalıyıq. Dialoq, əxlaq, xeyir, ədəb və ünsiyyətdir” dedi.
Keçmiş İran Respublika prezident Rəfsəncani: “Güclü mesaj üçün İslam ümmətinin öz içində birlik olması lazımdır... Gücümüzü aramızdakı çəkişmələrlə bitiririk. Öz aramızda yeni bir müqavilə bağlamalıyıq, bu müqavilə buraya, fanatizmdən uzaq durmağa və birliyə əsaslanmalıdır. Bunun üçün dialoqa ehtiyacımız var.”
“Milli” qəzeti, 6 iyun 2008-ci il
Son vaxtlarda Türk İslam dünyasının birlik olmasına diqqət çəkən insanlardan biri də BP rəhbəri hörmətli Muhsin Yazıcıoğlu oldu. “Necə ki, Avropa Birliyi, ABŞ birlik olublarsa, biz də birliklər quraq” deyən hörmətli Yazıcıoğlu, birliyin əhəmiyyətinə diqqət çəkdi.
“Yeniçağ” qəzeti, 22 iyun 2008-ci il
Hörmətli Adan Oktarın “Bosna TV” reportajından (3 iyun 2008-ci il)
Adnan Oktar: Bu (Türk-İslam Birliyi) bir könül bağıdır, sevgi bağıdır. Şəfqət, sevgi və qoruyuculuq üzərinə qurulu bir sistemdir.
Hörmətli Adnan Oktarın “Kaçkar TV” reportajından (2 fevral 2008-ci il)
Adnan Oktar: ...Türk-İslam Birliyi üçün. İslam Birliyində də çox ciddi işlər vardır. Bu istiqamətdə gözəl səylər var. Yaxşıya doğru gedir. Hər iki istiqamətdə də gözəl inkişaflar var.
“Kaçkar TV”: Deyək ki, bütün dünyada 10-15 il içində türk xalqı yaşayan adı türk olan, türklə başlayan türklə bitən ölkə var. Hamısı bir araya gəldi. Nəticədə universal ölçüdə dünya üzərində nə təsiri olacaq? Nəyi planlayacaqlar? Bir araya gəlsələr, hamısı dəyirmi masa ətrafında otursalar, ilk danışacaqları şey nə olmalıdır sizcə?
Adnan Oktar: Barış, qardaşlıq, sevgi, hüzur, sənayeləşmə, zənginlik, rifah, ədalət, qarışıqlığın sona çatması.
Hörmətli Adnan Oktarın “MPL TV” reportajından (23 aprel 2008-ci il)
Adnan Oktar: Hər kəsin dövləti qalsın, amma mənəvi birlik, Türk İslam Birliyi meydana gəlsin. Çünki bütün türk ölkələri də hamısı müsəlmandır. Böyük coğrafiyada çox böyük tarazlıq ünsürü olar budur. Bunun ən böyük faydası terror dərhal anında dayanar. Terror deyə bir mövzu qalmaz. Yəni terror dünyada silinər. İkincisi iqtisadiyyat müdhiş canlanar. Lakin ən əhəmiyyətlisi mənəvi fərahlıq və hüzur meydana gələr. Yəni hər kəsin başı dinc olar. Dinsiz də rahatlayar, dindar da rahatlayar.