Hörmətli Adan Oktar etdiyi açıqlamlarda, ölkələr arasındakı əlaqələrdə tarixdən gələn düşmənçilik duyğularının və hirsin tamamilə bir kənara buraxılmasını, hər kəsin bir-birinə səmimiyyətlə, sevgi ilə, dostluqla yaxınlaşmalı olduğunu ifadə edir. Xüsusilə, Qafqazda daimi sülhün təmin edilməsi və bölgədə güclü bir ittifaqın meydana gəlməsi üçün bunun şərt olduğunu vurğulayır. Bunun üçün də bölgədəki ölkələrin bir-birilərinə necə yaxınlaşmalı olduğunu, aparılmalı olan siyasətin hansı istiqamətdə olmalı olduğunu detallı olaraq təsvir edir.
Hörmətli Adan Oktar, bölgədə atılacaq hər cür addımın, aparılacaq siyasətin hər dindən, hər irqdən bütün cəmiyyətlərin və ölkələrin mənfəətini təmin edəcək şəkildə olmalı olduğunu, heç bir ölkəni təcrid etməməli olduğunu, həmişə qoruyucu və birləşdirici olmalı olduğunu, hər dövlətə hörmət edilməli olduğunu izah edir və Türk İslam Birliyinin bölgədəki bütün ölkələrin himayəçisi və qurtarıcısı olacağını vurğulayır. Türk İslam Birliyinin Rusiyanın da, Ermənistanın da, Gürcüstanın da mənfəətinə uyğun olacağını dəlilləri ilə açıqlayır və bütün ölkələr və cəmiyyətlər arasında sevgi və dostluğu təşviq edir.
Hörmətli Adnan Oktarın diqqət çəkdiyi bu xüsuslar, xüsusilə, son vaxtlarda, böyük təsir meydana gətirmiş və Qafqazda tarixi bir dönüş yaşanmağa başlanmışdır. Bu dəyişikliyin ən əhəmiyyətli göstəricilərindən biri Qafqaz İttifaqı cəhdinin başlamasıdır. Bununla birlikdə Ermənistan və Türkiyə arasında dostanə bir bağ qurulması, Azərbaycan və Ermənistan arasındakı tarixi problemlərin həllə qovuşması üçün görüşlərin təşkil edilməsi və Rusiyanın başda Türkiyə olmaq üzrə Türk-İslam aləminə qarşı daha müsbət bir yanaşma içində olması da son dövrlərin əhəmiyyətli irəliləyişlərindəndir.
HÖRMƏTLİ ADNAN OKTARIN RUS PRAVDA QƏZETİNƏ VERDİYİ AÇIQLAMALARDAN BİR HİSSƏ
(Rusiya, İngiliscə Pravda, 19 sentyabr, 2008)
Müxbir: Rus idarəçiləri və Rus milləti haqqında nə düşünürsünüz?
Adnan Oktar: Rus milləti, millət olaraq gözəl xasiyyətli, gözəl əxlaqlı insanlardır. Mən bir çox Rus tanıyıram, həqiqətən, çox təmiz əxlaqlı, yaxşı niyyətli insanlardır. Əxlaqən də, şəxsiyyət olaraq da, sima olaraq da çox təmiz və gözəl insanlardır. Şəkər kimi insanlardır, məsələn, kiçik rus uşaqları həddindən artıq sevimlidirlər. Bunlar niyə pis olsunlar, niyə narahat olsunlar, bundan biz niyə xoşbəxt olaq? Biz ruslarla əsrlərlə yan-yana qardaşlıq içində yaşadıq. Niyə indi ruslarla ayrı olaq, siz də bizim qardaşımızsınız. İç-içə olaq, ticarətimiz, sənət işlərimiz, mədəniyyət, elm işlərimiz iç-içə olsun. Onsuz da bir-birimizə ehtiyacımız var. Birlikdə universitetlər quraq, elm inkişaf etsin, sənət inkişaf etsin, dəmir pərdələr, daş divarlar dövrü artıq keçdi. Bunlar dağılsın. Bunlar çox böyük səhvdir. Rusiyanın texnoloji gücü, elm adamı gücü, elmdəki imkanları çox yüksəkdir. Rusiya təcrid olunacaq bir ölkə deyil, bunlar olmasa da təcrid olunmaz. Buna görə də mən qütbləşmə siyasətini doğru hesab etmirəm. Rusiya böyük bir zaman dilimində müsəlmanlara qarşı isti və mehriban davranmışdır. Hələ də Rusiyada müsəlmanlara qarşı verilən azadlıqlar çox açıq ortadadır, İslamı, Quranı dəstəkləyən siyasətləri çox açıq ortadadır, mən şəxsən bunu gördüm. Belə bir dövləti təkliyə itələmək, sanki onu ölümə itələyir kimi olar, çox səhv olar. Hər hadisədə Rusiyanı da hadisənin içində olan, onları da qoruyan bir siyasət olmalıdır. O zaman hər şey çox gözəl olar.
ADNAN OKTARIN PRAVDAYA VERDİYİ AÇIQLAMALARDAN BİR BAŞQA HİSSƏ
(Rusiya, İngiliscə Pravda, 19 sentyabr, 2008)
Adnan Oktar: Məsələn, indi Türk-İslam Birliyinin ilk mərhələsi olaraq bir Qafqaz Birliyi düşüncəsi dilə gətirilməyə başladı. Bu, çox gözəldir. Amma burada Asiyadakı heç bir dövlət təcrid olunmamalıdır, mütləq hamısının dirçəlişi, güclü olması əsas alınmalıdır və xüsusilə, dövlətlərə də hörmət göstərilməsi çox əhəmiyyətlidir. Əksi çox ayıb olar. Sevgi və şəfqət zəminində, ağıllı yanaşma ilə, qorumaq duyğusu ilə yaxınlaşılsa, bütün problemlər tamamilə həll olar deyə düşünürəm.
“Sabah”, 29 oktyabr, 2008
“Vakit”, 19 sentyabr, 2008
Adnan Oktar: Rusiyaya zəmanət verilməsi və təhqir etməmək çox əhəmiyyətlidir. Yəni Rusiyanı xəcalətli etmək, hörmətdən salmağa cəhd etmək bu yaxşı olmaz. Bir də təcrid etmək, təkliyə itələmək çox pis bir şeydir. Bəzi ölkələrin Rusiyanı təkliyə itələmə siyasəti var, yəni Rusiyanı təkliyə itələmək demək buradakı milyonlarla insanı, saf insanı bir mənada yox etmək deməkdir. Bu, vicdanlı bir davranış deyil. Rus milləti zadəgan millətdir. Niyə yox olsunlar? Niyə əzilsinlər, niyə zərər çəkmiş vəziyyətə düşsünlər? Ona görə onlara bu zəmanətin verilməsi çox əhəmiyyətlidir. Biz Rusiyanın dostuyuq. Hər cür fəaliyyətdə yanındayıq. Hərbi istiqamətdən də heç bir risk yoxdur. Hətta Rusiya ilə hücum etməmək haqqında bir pakt imzalanıb heç bir şəkildə belə bir şey olmayacaq deyə zəmanət verilə bilər.
Müxbir: Amma tarix boyunca Türkiyə ilə Rusiya arasında müharibələr, Qafqaz üzərində çox müharibələr oldu.
Adnan Oktar: Amma 1800-cü illərdə, o zaman məlumat yox idi, mədəniyyət yox idi, araşdırma yox idi. İndi internet çağındayıq. Kitablar var, CD-lər var və insanların şuüru açıldı. Məlumatı açıldı və biz artıq o düşmənliklərə gülürük və çox məntiqsiz hesab edirik… Mühüm olan onlarla dost olmaq, qardaş olmaq, onlara dəstək olmaqdır… 1800-cü illərin ağlı ilə yaxınlaşsaq, bu işlər heç nəticə verməz. 1800-cü illərin məntiqi gedəcək. 2000-ci illərin gözəl, sevgi dolu, birləşdirici məntiqinə girməliyik. Əsrimiz qızıl çağdır. Türk- İslam Birliyinin meydana gələcəyi, bütün dünyanın xoşbəxtlik içində yaşayacağı bir çağa giririk. O qaranlıq çağlar geridə qaldı, elə soyuq müharibə dövrləri, atom bombası partlayışları, milyonlarla insan qətliamı, əsir düşərgələri, bu bir rüsvayçılıq idi. Bu rüsvayçılığı artıq unudacağıq. Keçmiş dövrlərin bir ayıbıdır, onların bir günahıdır, biz onlar ağılda deyilik. Biz onların səhv etdiyinə inanırıq. (Azərbaycan, ATV, 27 avqust, 2008)
“Yeni Şafak”, 19 noyabr, 2008
Adnan Oktar: Rusiyanı dağıtmaq siyasətindən çəkinmək lazımdır. Yəni Rusiyanın güclü olmasını iqtisadi yöndən, siyasi yöndən, ictimai yöndən güclü olmasını təmin edəcək siyasətləri onlara təqdim etmək lazımdır. “Yoxsa biz böyüyəcəyik, zəngin olacağıq, sən də nə edirsənsə et” bu əlbəttə olmaz, bunu vicdan qəbul etməz. Peyğəmbərimiz (s.ə.v) deyir: “Qonşusu ac ikən, tox yatan bizdən deyil”. Bu nə deməkdir. Üşüyürsə sən isti bir yerdə yatırsansa, yenə bizdən deyil. Qorxursa, sən güvən içində yaşayırsansa, yenə bizdən deyil. Yəni, qonşusu ac ikən tox yatan bizdən deyil, mənası çox genişdir. Bu, hər yöndən bərabər şərtlərdə olmaq mənasını verir. Yəni qonşu da Allahın yaratdığıdır, o bizim hz. Adəm ilə Həvva anamızdan gələn qardaşımızdır. Hər nə olursa olsun, inancları da səhv ola bilər, amma bizim qardaşımızdır. Biz onun hidayəti üçün doğru yola gəlməsi üçün dua edərik cəhd göstərərik ki, Rusiya, Xristian bir cəmiyyətdir. Yəni, ümumiyyətlə, ortodoksdurlar. Onsuz da bu insanlar əhli kitabdırlar. Hz. İsaya inanırlar. Allaha inanırlar. Əhli Kitabın hökmü Quranda açıqdır. Ona görə onlara olan münasibət çox ciddi şəkildə zəmanət verən, onları qoruyan, onlara şəfqət duyan siyasətə çevrilməlidir. (Azərbaycan qəzeti 525, 27 avqust, 2008)
“Milliyet”, 19 sentyabr, 2008
Adnan Oktar: Amma bu, dünyanın güc birliklərinin əleyhində bir şey deyil, Türkiyə bölgədə Amerikanın da, Rusiyanın da və Çinin də lehində bir fəaliyyət edir. Və hamısı məmnundur, Amerika da məmnundur, Rusiya da məmnundur, Çin də məmnundur. Azərbaycanla birləşincə bu məmnunluq yenə davam edəcək. Dəyişən bir şey olmayacaq. O güc (Türk İslam Birliyi) onların əleyhinə olmayacaq, Rusiyanın daha zənginləşməsi deməkdir. Ermənistanın daha zənginləşməsi deməkdir… Çünki Rusiyaya qarşı düşmən bir rəftarı yoxdur, Türkiyənin dost rəftarı var. Rusiyanı dost ölkə olaraq görürük. Zadəgan bir ölkə olaraq görürük. Yəni Rusiyanı düşmən olaraq görmək Türkiyənin ən son düşünəcəyi bir şeydir, heç bir şəkildə elə bir düşüncəsi yoxdur. Buna görə Rusiya belə bir birləşmədən çox məmnun olar. Çox lehinə olar. (“Azərbaycan” qəzeti 525, 27 avqust, 2008)
“HaberVakti” internet xəbər saytı, 31 oktyabr, 2008