Allah bəzi detallarını verir, amma axirəti tamamilə müsəlmanlara sürpriz olaraq təqdim edəcək şəkildə hazırlamışdır
Allah cənnətlə bağlı ayədə belə deyir; “Yanlarında sürücüləri vardır”. Bir minikdə olduğu məlumdur. Bu kiçik bir minik də ola bilər, geniş gözəl bir minik də ola bilər. Möminlərin iki tərəflərində sürücü və işıq var. Allah: “Önlərində və yanlarında” -deyir. Çünki Quran öz-özünə gedən bir minikdən bəhs edir. Öz-özünə gedən bir minik var, içində sürücü var və qaranlıq bir mühitdə faralarını işıqlandıraraq yola düşür. Allah: “Onlarla gəlirlər” -deyir. Onsuz da müsəlman o vəziyyətdə mütləq cənnətə gedir. Allah ayədə: “Şiddətlə ümid edərlər” –deyir. Eyni bu miniklərə oxşar, daha da müasir olanlarıyla qarşılaşa bilərik. Ultra müasir şəhərlərlə də qarşılaşa bilərik. Çünki Allah bunu göstərir, meyvələri göstərir. Cənnəttdə insanlar: “Bunun bənzərlərini gördük” -deyirlər. Evlərin də bənzərlərini görmüş olacağıq, amma keyfiyyəti müqayisə edilməyəcək qədər gözəl, müasir olar. Lakin dünyada böyük bir imtahan mühiti var.