Myanma, ya da Birma dünyada çox az tanınan kiçik bir ölkədir. Ancaq 678 kilometr kvadrat sahəsi və təxminən 56 milyon əhalisi olan Myanma dünyada insan haqqlarının ən çox pozulduğu ölkələr arasındadır.
Əhalisinin əksəriyyəti buddist olan Myanma 4 il əvvəl hərbi idarə sistemindən demokratik sistemə keçdi. Müsəlman rohincalılar hökumətin təzyiq və şiddət siyasəti səbəbindən ölkənin qərbindəki Araqan əyalətindən qaçırlar. Rohincalıların dünyada ən çox zülmə məruz qalan topluluqlardan biri olduğu əksər insan tərəfindən qəbul edilir. 2014-cü ilin sonunda açıqlanan statistik məlumatlara görə dini münaqişələrdə 280 müsəlman ölüb, 140 min insan da yurdlarından çıxarılıblar. Öz vətənlərində istənilməyən bu insanlar Birma vətəndaşı olaraq qəbul edilmir və bu səbəbdən təhsil, səhiyyə xidmətləri, əyləncə və səyahət kimi hüquqa da sahib deyillər. Bu səbəbdən qaçqın statusundakı 1 milyon 300 min müsəlman rohincalı Rakhine (Araqan) əyalətinin paytaxtı Sittve yaxınlığında köhnə, uçuq-sökük düşərgələrdə yaşayırlar… Bu düşərgələrdə doğulan və yaşayan uşaqlar isə uşaqlıq sevinci yaşaya bilmir, həyat mübarizəsi aparırlar.
Bambuq və qamışdan bir-birinə yaxın qurulan evlərdən ibarət 12 düşərgədə çox vaxt ac, susuz yaşayan və xəstəliklərlə mübarizə aparan araqanlı uşaqlar, anti-sanitar şəraitdə, natəmiz mühitdə çətin günlər yaşayırlar. Bölgədə tibbi yardımın əsas təşkilatçısı olan Sərhəd Tanımayan Həkimlər (MSF) təşkilatının fəaliyyətinin rəsmi cəhətdən qadağan edilməsidüşərgələrdə şəraitin getdikcə daha da pisləşməsinə səbəb olur. Kömək edən nümayəndələrin ərazidən ayrılmasından sonra heç bir səhiyyə xidmətindən yararlana bilməyən xalqın və əsas da uşaqların vəziyyəti getdikcə pisləşir və Rakhinə düşərgələrində ərzaq qıtlığı və anti-sanitar şəraitə görə aclıq və xəstəliklərin getdikcə artması xəbərləri gəlir…
Araqanlı uşaqlar çətinliklə, heç bir şəraiti olmayan düşərgələrdə yaşamaq üçün çalışan ata-anaları ilə birlikdə həyat mübarizəsi aparırlar.
Neylonla bağlanılan damları olan, tək otaqlı uçuq-sökük komalarda oyanan uşaqlar hər gün artan düşərgə əhalisi arasında yenə də gülümsəyirlər… Ən bəsit, ən ucuz oyuncaqları belə olmayan uşaqlar palçıqdan, qutudan düzəltdikləri oyuncaqlarla oynayarkən yaşadıqları ağır yükdən xəbərsizdirlər.
Bu uşaqların qarşılaşdıqları çətinliklər sadəcə yemək- içmək problemi deyil. Düşərgələrdəki müsəlmanlar davamlı olaraq buddistlər tərəfindən narahat edilir. Həmçinin araqanlı uşaqlar olmazın işgəncələrə məruz qalırlar. Buddistlər müsəlman kəndlərinə hücum edib talan etdikdən və ata-analarını səbəbsiz yerə tutduqdan sonra uşaqlara işgəncə verməyə başlayırlar. Bu körpələrin əllərini ayaqlarının altından bağlayıb onları belə müdafiəsiz şəkildə buraxıb gedirlər. Uşaqlar belə şəraitdə ac, susuz və yarı çılpaq şəkildə günlərlə onları xilas etmək üçün gələcək bir adam gözləyir. Bəziləri bu ağır işgəncələrə dayana bilmir və ölürlər.
Bütün bunlara heç kim səssiz qalmamalıdır. Çox insan rahat, isti evində oturub uşaqlarını rahat yaşatmaq üçün çalışanda dünyanın çox uzaq bir yerində yüksələn uşaq fəryadlarını qulaq ardına vurmamalıdırlar…
Bi an da olsa özünü onların yerinə qoymaq belə bu vəziyyətə etinasız qalmamaq üçün kifayətdir. Heç kim uşağı ac olanda, xəstəlikdən titrəyəndə, gözünün önündə işgəncəyə məruz qalanda səssiz və etinasız otura bilməz. Onu xilas etmək üçün lazım gəlsə, öz canını fəda edər. Uşaqların öz övladı olmaması, onları heç tanımaması heç kimi onlar üçün mübarizə aparmaqdan yayındırmamalıdır…
Dünyanın bir sevgisizlik və mərhəmətsizlik xəstəliyindən tezliklə xilas edilməyə ehtiyacı var… Eqoizmin, nifrətin və münaqişələrin mənbəyi də sevgisizlik və etinasızlıqdır. Fərqli irq, məzhəb və inancdan olduqları üçün Myanmada yaşanılan anlaşmazlıqların və zülmün arxasında da yenə eyni səbəblər dayanır. Dünya artıq sevgi və ədalətlə hökm edən, qan axıtmayan, qanı dayandırran, insanlara sevgini öyrədən, onları yönləndirib təşviq edən sevgi insanlarını gözləyir. Allah ən qısa zamanda bəşəriyyəti sevginin hakim olduğu gözəl günlərə çatdırsın.
Adnan Oktarın “The Burma Times”-da nəşr edilən məqaləsi:
http://burmatimes.net/world-turn-blind-eye-childrens-cries-coming-far-corner-southeast-asia/