Quran ayələrindən cinlərin də insanlar kimi həyatlarının olduğunu anlayırıq. Ayələrdə cinlərin də gəlmiş və keçmiş ümmətləri olduğu xəbər verilmişdir. (Əraf surəsi, 38; Kəhf surəsi, 50) Ancaq cinlər insanlardan fərqli ölçüdə yaşayır, insanları görə bilir, söhbətlərinə qulaq asa bilirlər. Buna görə də, cinlər həmişə insanların maraq dairəsinə daxil olmuşlar. Cənab Adnan Oktarın bu mövzu haqqındakı şərhləri belədir:
Müsəlmanların cinlərə inanması fərzdir
APARICI: Bunu sizdən eşitmək istəyirik. Cinlərə inanmayan çox insan var. Cinlərə inanmayan insanların vəziyyəti necədir, sizcə?
ADNAN OKTAR: Bəhs etdiyiniz insanlar cinlərə yox, Allaha inanmır. Axirətə inanmır, cin sonrakı mövzudur. Ola bilər, inanmaması normaldır. Çünki Qurana görə, inanmayan insanlar var. Əhli-küfr var, inanmayacaqlar təbii ki. Amma “Cin” surəsi var və cinlərlə əlaqədar başqa ayələrdə də Allahın çox ətraflı şərhləri var. Cinlər də bir tayfadır. Amma müsəlmanın inanmaması mümkün deyil, bu vəziyyətdə dindən çıxar. (Cənab Adnan Oktarın 31 oktyabr, 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinlər Allahın əmrindədir
“Mömin cinlər Allahın əmrindədir, Allahın idarəsində olan varlıqlardır. Allah nə əmr etsə, cin onu edir. Yəni bütün təcəlli Allahdandır, cini vəsilə edir. Mütləq güc Allahındır. Allahdan başqa güc sahibi yoxdur. Cinin bir gücü yoxdur ki, bütün güc Allaha aiddir. Cinə ayrı bir güc kimi baxmaq doğru olmaz”. (Cənab Adnan Oktarın 31 may, 2010-cu il tarixli Adıyaman Asu TV müsahibəsindən)
Cinlər axırzamanda müsəlmanların əmrinə tabe olacaq. Amma onlara Quran əxlaqını öyrətmək lazımdır
“Cinlərlə əlaqədar “Cin” surəsi var. Cinləri yaxşı öyrətmək lazımdır. Ümumiyyətlə, ağılları bir az havada olur. Yəni quş kimidirlər. Onların da xristianları var, müsəlmanları var, erməniləri var. Lakin bir-birləri ilə çox dava edirlər. Onlarda da iman yeni inkişaf edir. İslam da yeni inkişaf edir. Müsəlmanların sayında artım oldu onlarda da. Onlar bu şəhərlərdə çox çaşırlar. Yəni insanların şəhərlər yaratması, minik vasitələri onları çaşdırır. Fikirləri çox dağınıq olur. Ancaq çox yaxşı öyrədilsələr, ağıllı olurlar, imani istiqamətdən. Məsələn, Quran oxunduğunda diqqətlə dinləyirlər. Qurana qarşı çox həssasdırlar, çox sevirlər və çox diqqətlə və səbirlə öyrədilməlidirlər; imanları güclənsə, daha doğru və daha ağıllı cavablar verərlər. İmanı zəif olanda çox problem yaradırlar. Çox balanssız, nalayiq cavablar verirlər. Yalan danışırlar. Amma Allah qorxusu mövzusunda yaxşı öyrədilsələr, çox nəzakətlidirlər, onları çağıran çox adam var. Onları əyləndirir və aldadırlar, yalan danışırlar”. (Cənab Adnan Oktarın 23 oktyabr 2009-cu il tarixli Dem TV müsahibəsindən)
Cinlər İslamiyyətə necə girəcəklər?
APARICI: “İnsanlar dalğa-dalğa İslamiyyətə girəndə cinlərin vəziyyəti necə olacaq? Onlara İslamı kim təbliğ edəcək? Onların İslamiyyətə girişi necə olacaq?”
ADNAN OKTAR: Onların elə bir problemləri yoxdur onların. Yəni onlar qapı döyməzlər, “Girim, yoxsa girməyim”, – deməzlər. Gəlib dinləyərlər. Onların elə bir problemi olmur. Məscidlərdə də olurlar, hər yerdə olurlar. Radio da dinləyə bilirlər. Televizora da baxa bilirlər. Bütün söhbətlərdə iştirak edə bilirlər, istəyəndə. Amma təbii ki, onlara sahib çıxmaq lazımdır. Şəfqət göstərmək lazımdır. Əgər yaxşı öyrədilsələr, yəni səmimi bir mühit olsa, gözəl, səmimi şeylər danışırlar. Dini mövzularda da çox məlumatları olur. Sual verəndə cavab verə bilirlər. Amma, inşaAllah, gələcəkdə onlardan daha çox kəşfiyyat məqsədi ilə istifadə olunacaq. Hz. Mehdi (ə.s) dövründə buna çox ciddi işarə var. Hədislərdə də var. (Cənab Adnan Oktarın 4 may 2010-cu il tarixli Güneydoğu Olay TV müsahibəsindən)
Cinlərin görünüşü necədir?
“Cinlər, adətən, insanları narahat etmək istəmirlər. Görünüşləri belədir: cinlərin ayaq ucları konus kimi olur, yəni ayaq ucları itidir. Sırf bu xüsusiyyət bir insana narahat olması üçün kifayət edər. Bir qismi uzun boylu olur. Bir qismi çox qısa boylu olur. Onların ənənəvi geyimlərindən biri papaqdır, qırmızı papaq qoyurlar, uzun, ucu şiş qırmızı papaqları olur, dünyanın hər yerində onları görənlər belə görür, yəni bu onların klassik görünüşləridir. Amma istəyəndə bir heyvan görünüşünə də girə bilirlər. Məsələn, əqrəb, pişik, ilan şəklinə də girə bilirlər. Yəni cinlər çox qabiliyyətlidirlər. Cin əşya şəklinə də girə bilər. Amma insanları qorxutmalarını Allah qadağan etmişdir. Yəni insanlara yanaşa bilmirlər, o şəkildə görünə bilməzlər. Üzləri də o qədər düzgün olmur. Lakin istəyəndə çox gözəl insan şəklinə girə bilərlər. Məsələn, çox gözəl bir qadın görünüşünə, gözəl bir insan görünüşünə girə bilərlər. Yəni o qabiliyyətləri də var, amma normal halları məqbul deyil. Onun üçün də insanlarla o cür görüşmək istəməzlər. Bəzən suda görünmə hadisələri olur, bu da insanları qorxudur. Yəni suda görünə bilərlər. Görmələrini tövsiyə etmirəm. Lakin çox əhəmiyyətli mövzularda məlumat almaq üçün ola bilər, yəni çox həyati mövzularda, dəhşətli bir mövzudursa, yəni müsəlmanlar, həqiqətən, çətin vəziyyətdədirsə, məlumat almaq olar.” (Cənab Adnan Oktarın 31 oktyabr 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Unutmaq olmaz ki, cinlər eynilə insanlar kimi Allaha qulluq etmək üçün Allahın yaratdığı varlıqlardır. Özlərinə aid heç bir gücləri yoxdur, Allahın izni olmadan heç kimə zərər verə bilməyəcəkləri kimi, fayda da verə bilməzlər. Onlar da bütün insanlar kimi dünya həyatında imtahan olunurlar və əməlləri ilə axirətdə qarşılıq görəcəklər. Cinləri fərqli bir aləmdə yaradan aləmlərin, göylərin, yerin və bu ikisi arasındakıların Rəbbi, aləmlərdən münəzzəh olan uca Allahdır.
Cinlər işıq sürəti ilə hərəkət etdikləri üçün onların zamanı ilə bizim zamanımız eyni deyil
“Cinlər çox yaşayırlar. Məsələn, 1300 il, 1400 il yaşayırlar. Yəni işıq sürəti ilə hərəkət etdikləri üçün onların zamanı ilə bizim zamanımız eyni deyil. Normal halda, onlar bizim kimi yaşayır, amma işıq sürəti ilə hərəkət etdirlər”. (Cənab Adnan Oktarın 31 oktyabr, 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinlər texniki mövzularda çox qabiliyyətlidirlər
“Hz. Süleyman (ə.s) zamanında da işləmişlər, yəni cinlərin texniki mövzularda çox yaxşı məlumatları var. Texnologiyadan istifadə edirlər, texniki alətlərin istehsalında çox qabiliyyətlidirlər. Xəbər vermədə çox yaxşıdırlar, yəni o istiqamətdə faydaları ola bilər. Çünki texnologiyada onlara çox ehtiyac olmur”. (Cənab Adnan Oktarın 31 oktyabr 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinlər hansı dildə danışırlar?
“Onların öz dilləri var. Əcaib bir dildir. Başa düşmək mümkün deyil. Yadplanetli dili kimi. Özlərinə xas xüsusi dilləri var. Amma hər cür dili də anlayırlar. Yəni belə düşünə bilərik. O ölkədə yaşayanlar, o ölkənin dilini öyrənə bilərlər. Məsələn, Fransadakı bir cin bir anda Türkiyəyə gələ bilər. Yarım saniyədə gəlir. Bu səbəbdən, bu qədər dil bilirlər. Çünki bilmədikləri bir şey yoxdur”. (Cənab Adnan Oktarın 25 may, 2010-cu il tarixli HarunYahya TV müsahibəsindən)
Cinlərlə əlaqə qurmaq mümkündür, amma ruhlarla əlaqə qurmaq mümkün deyil
ADNAN OKTAR: İnsanlar bəzən cinləri ruh zənn edirlər. Deyirlər ki, ruh gəldi. Ruh heç bir şəkildə gəlməz. Yəni gedən ruh bir daha gəlməz. Hz. İsa əleyhissalam gələcək, amma o axirətə getməmişdir. Başqa bir zaman ölçüsündədir. Axirətə gedəndən sonra gəlməz, inşaAllah. Yəni Allah ruhaniyyətini göndərə bilər. Bəzən bəzi vəlilərin ruhaniyyətini göndərər. Kəramət olaraq gələ bilərlər ruhaniyyətləri. Amma cismən gəlməzlər. Hz. İsa əleyhissalam cismən gəlir. Çünki cisim olaraq alınmışdır, cismən gələcəkdir. Lakin cinlər elə deyil. (Cənab Adnan Oktarın 19 fevral, 2010-cu il tarixli Kahramanmaraş Aksu TV müsahibəsindən)
Cinlərlə əlaqədar hürufü-müqəttada dərin sirlər var
Qeyd: Hürufü-müqətta – Qurani-Kərimin bəzi surələrinin əvvəlində gələn ayələrdir. Əlif, Lam, Mim, Ya, Sin kimi
ADNAN OKTAR: Hürufü-müqəttanın cinlərlə də əlaqəsi var. Yəni cin çağırmaqda, cinlərlə əlaqədə Hürufu Müqəttanın dərin sirləri var. Yəni Hürufu-Müqətta cinlərin anladığı bir xitabdır. Bəli, onlarla əlaqədə, ha, mim, ta, sin, mim və digər hürufü-müqəttanın çox dərin sirləri var, inşaAllah. Cinlərin də çox təsirləndiyi bir üsuldur, inşaAllah. (Cənab Adnan Oktarın 16 mart 2010-cu il tarixli Harun Yəhya TV müsahibəsindən)
Cinlər insanlara müsəllət olmazlar
APARICI: İnsanların cinlərdən təsirləndiyi və bu tip insanların olduğu cəmiyyətdə yaşayırıq, cinli insanların olduğu cəmiyyətdə yaşayırıq. İnsanlara zərər vermədiklərini söyləyirsiniz, amma insanlar bunun tam əksini söyləyirlər.
ADNAN OKTAR: Yox, elə bir şey olmaz. Yəni müsəllət oldu, belə oldu, elə oldu deyə izah edirlər. Belə bir şey yoxdur. Yəni qarabasma dedikləri hadisələrdə ya təzyiqləri yüksəlir, ya da narahatlıqları olur. Həkimimiz daha yaxşı bilər. Bunlar orqanik, tibbi narahatlıqlardır. Yəni belə şeylərdə özlərini zərərçəkmiş kimi göstərmələri həm komik olur, həm də xəcalətverici bir şeydir. Allaha dua etsinlər, Ayətül-kürsi oxusunlar, cinlərin o tərz bir xüsusiyyəti yoxdur. (Cənab Adnan Oktarın 31 oktyabr, 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinlər hər evdə olur
“Normal evlərdə yaşayırlar. Ailəvi, hamısı bir yerdə, demək olar ki, hər evdə var. Amma onların heç kimə zərəri olmaz. Yəni insanların qorxmasına ehtiyac yoxdur”. (Cənab Adnan Oktarın 27 mart 2010-cu il tarixli Qaziantep Olay TV müsahibəsindən)
UNO-lar cinlərin nümayişləridir
“Uçan dairə kimi görünənlər də, əslində, cinlərin nümayişidir. İşıq halında meydana gəlmələr, sonra metal görünüşünə çevrilmə, sonra birdən hissələrə ayrılıb yox olma və müxtəlif qoxular. Bunlar cinlərin klassik xüsusiyyətidir, anidən yox olma. Belə zaman-zaman insanlarla zarafatları olur”. (Cənab Adnan Oktarın 5 may 2010-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
“Uçan naməlum obyektlər (UNO) cinlərin nümayişidir. Cinlər zaman-zaman metal görünüşü, insan görünüşü, pişik görünüşü, əqrəb görünüşü, quş görünüşü alarlar. Havada uçan şəkildə bir görünüş olur. Sonra o görünüş birdən itər, ani partlama ilə. Qoxuya çevrilə bilirlər. Məsələn, cinlər fərqli bir qoxu meydana gətirə bilərlər. Cinlərin klassik xüsusiyyətləridir. Yəni UNO deyə bir şey yoxdur. Cinlərin nümayişləri var”. (Cənab Adnan Oktarın 29 aprel 2010-cu il tarixli Harun Yəhya TV müsahibəsindən)
Bəzi masonlar dinsiz cinlərlə əlaqədədir
ADNAN OKTAR: Əslində, bəzi masonlar cin çağırırlar. Çağırdıqları cinlər dinsiz cinlərdir. Şeytan deyilən cinlər, ateist cinlərdir. Məsələn, Bafomet… Daha dəyişik şəkildə təzahür edir. Yəni bu, masonların bir şəklidir. Bunu xatırladan tərzdə görünür. Onlar da yığıncaqda onun söylədiklərinə görə hərəkət edirlər. Yəni qeyd edirlər, nə söyləyirsə, nə izah edirsə, qeyd edirlər. Ayədə deyir, “Qabıq kimi üzərlərini örtdük”, – deyir Allah. Bəzi masonlar şeytanlardan çox qorxurlar. Yəni, haşa: “Allahdan qorxan kimi, hətta daha çox qorxarlar”, – deyir Allah ayədə. Yəni çox qorxurlar. Nə deyirsə, yerinə yetirirlər. Məsələn, müharibə edin desə, dərhal edirlər. Təbii, yəni hadisə çıxmasını istədiyində, qan tökülməsini istədiyində dərhal yerinə yetirirlər. Yəni Amerika, İngiltərə və İrlandiyadakı masonik quruluşlar bu tərzdədir. Cinlər olmazsa, ateist masonluğun fəaliyyəti olmaz. Cin şeytanlar olmasa, fəaliyyəti olmaz. (Cənab Adnan Oktarın 20 noyabr 2009-cu il tarixli Dem TV və Tempo TV müsahibəsindən)
Dünya kəşfiyyat təşkilatları da cinlərdən faydalanır, amma hz. Mehdi (ə.s) dövründə cinlərin hamısı hz. Mehdinin (ə.s) əmrində olacaq
Allah belə bildirir, şeytandan Allaha sığınaram: “Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi”. O istiqamətdə qabiliyyətləri var. Əslində, dünya kəşfiyyatında, Rusiya kəşfiyyatında da cinlərdən istifadə edilir. Kəşfiyyatda istifadə edilir. Amma hz. Mehdi (ə.s). hz. Süleyman (ə.s) kimi olacaq, tam mənada cinlərə malik olacaq. CİA-nın cinləri də təsirsiz qalacaq o zaman, FBR-in cini də qalmaz. Rusiyanın istifadə etdiyi cin də qalmaz. Çünki bütün güc, qüvvə Allahın əlindədir. Allah müsəlmanların əmrinə verən kimi, cinlər də müsəlmanların əmrinə keçər. (Cənab Adnan Oktarın 5 may, 2010-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinlər Cənnətdə insanlara görünəcəkmi?
“Görünməmələri üçün heç bir səbəb yoxdur. Təbii ki, görünəcəklər, normal gözəl bir insan şəklində, gözəl bir varlıq şəklində. İnsanların cinləri Allaha şirk qoşmalarının və onlardan mədət ummalarının ən əhəmiyyətli səbəblərindən biri, onların qeybi bildiklərini düşünmələridir. Halbuki, bu çox böyük bir yanılmadır. Çünki Allah Quranda cinlərin qeybə dair bir heç bir məlumatının olmadığını bildirir. (Səba surəsi, 14)