Adnan Oktarın söhbətlərində İslam əxlaqının hakimiyyəti və Mehdiyyət mövzularına xüsusi yer ayırması Quran əxlaqının bir tələbi və Peyğəmbərimizin (səv) sünnəsidir
ucgen

Adnan Oktarın söhbətlərində İslam əxlaqının hakimiyyəti və Mehdiyyət mövzularına xüsusi yer ayırması Quran əxlaqının bir tələbi və Peyğəmbərimizin (səv) sünnəsidir

788

1- Hz. Mehdidən (əs) bəhs edilməsi və hz. Mehdinin (əs) zühurunun müsəlmanlara müjdə verilməsi Peyğəmbərimizin (səv) bir sünnəsidir.

 

 Adnan Oktar söhbətlərində Mehdiyyət mövzusuna xüsusi əhəmiyyət verir və bu mövzuya geniş yer ayırır. Şübhəsiz ki, bu, hər mövzuda olduğu kimi bu mövzuda da Adnan Oktarın Quran ayələrini və Peyğəmbərimizin (səv) sünnəsini özünə rəhbər tutmasından qaynaqlanır.

Allah Quranda İslam əxlaqının yer üzünə hakim olması üçün cəhd göstərməyin bütün müsəlmanların mühüm bir məsuliyyəti olduğunu bildirmişdir. Quranda bu mövzuya aid bir çox ayə vardır. Tarixin hər dövründə haqq dinin təbliğində müsəlmanlara başçılıq edən, onları hidayətə yönəldən mənəvi bir lider olmuşdur. Allah Quran ayələrində bütün xalqlara yol göstərəcək bir elçi göndərdiyini bildirmişdir. Axırzamanda müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirərək bir yerə toplayaninsan da hz. Mehdi olacaq(əs). Peyğəmbərimizin (səv) səhih hədisləri ilə bu mövzu təxminən 14 əsr əvvəl insanlara müjdələnmişdir. Peyğəmbərimiz (səv) bu mövzunun əhəmiyyətini hədislərində çox açıq şəkildə vurğulamış və müsəlmanların da bir-birlərini bu mövzunu gündəmə gətirərək müjdələmələrini bildirmişdir:

"Hz. Mehdi ilə müjdələnin. O, Qüreyşdən və Əhli Beytimdən biridir." (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s. 13)

Başqa bir hədisində isə Peyğəmbərimiz (səv) “Mehdi zühur edər, HƏR KƏS YALNIZ Ondan DANIŞAR, Onun sevgisini alar və Ondan BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR." (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33) sözləri ilə hz. Mehdinin zühur edəcəyi dövrdə hər kəsin bu mübarək şəxs haqqında danışacağını xəbər vermişdir.

Beləliklə, cənab Adnan Oktar da hədislərdə bildirildiyi kimi hz. Mehdinin (əs) gəlişini müsəlmanlara müjdələyərək və hz. Mehdini insanlara tanıdaraq söhbətlərindəbu mövzudan bəhs edir.

Peyğəmbərimiz (səv) də yaşadığı dövrdə həm ətrafındakı müsəlmanlara, həm də özündən sonra yaşayacaq nəsillərə hz. Mehdini(əs) tanıtmış və söhbətlərində hz. Mehdiyə  geniş yer ayırmışdır. Əgər Mehdiyyət əhəmiyyətsiz, ya da üzərində dayanılması gərək olmayan bir mövzu olsaydı, əlbəttə ki, bunun tətbiqini ən başda Peyğəmbərimizin (səv) söhbətlərində görərdik. Amma əksinə, Peyğəmbərimiz (səv) Allah’ın izni ilə həm özü bu mövzunu çox mühüm hesab etmiş, həm də müsəlmanları tarixin hər dövründə bu mövzunu gündəmdə tutmağa, bütün müsəlman aləmini bu mövzu ilə müjdələməyə təşviq etmişdir.

 

2 -1400 ildən çoxdur ki, böyük İslam alimləri müsəlmanlara hz. Mehdinin (əs) gəlişini müjdələmiş, əsərlərində və söhbətlərində bu mövzuya geniş yer ayırmışlar

 

Peyğəmbərimizdən (səv) indiyədək 14 əsrdən bəri yaşamış bütün İslam alimləri Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olaraq Mehdiyyət mövzusunun üzərində dayanmış, hədisləri köçürmüş və hz. Mehdini insanlara tanıdan xüsusiyyətləri bütün detalları ilə yüzlərlə səhifədə açıqlamışlar. Onların hər biri İslam tarixində mümüm yeri olan, müsəlmanlara bir çox mövzuda yol göstərmiş, yaşadıqları dövrlərin böyük alimlərdir. Əhli Sünnənin böyükləri olan hədis və məzhəb imamlarımız da Mehdiyyət mövzusuna böyük önəm vermiş, əsərlərində Mehdiyyət mövzusunu ətraflı şəkildə açıqlamışlar. Hicri təqvimi ilə XIII əsrin böyük İslam alimi hz. Mehdinin (əs) müjdəçisi  Bədiüzzaman Səid Nursi də əsərlərində yüzlərlə səhifəni hz. Mehdinin (əs) gəlişinə həsr etmişdir.

Mehdiyyət mövzusunu xüsusi vurğulayan böyük İslam alimlərindən bəzilərinin adlarını sadalayaq:

1.      İmam-i Əzəm Əbu Hənifə

2.      İmam-i Hənbəli

3.      İmam-i Şəfii

4.      İmam-i Maliki

5.      İmam Məhəmməd ibn İsmayıl Buxari

6.      Əbul-Hüseyn Müslim İbn Həccax Küşeyri

7.      Böyük hədis alimi Məhəmməd ibn İsa Tirmizi

8.      Hafiz Əbu Davud ibn Əşas Sicistani

 9.     Əbu Abdullah Məhəmməd ibn Yəzid(İbni Macə)

10.    Məhəmməd ibn Rəsul Bərzənci

11.    Əlaəddin Əli ibn Hişam Müttəqi Hindi

12.    Əbdülqadir Gilani

13.    İmam Qəzali

14.    İmam-i Rəbbani

15.    Muhyiddin Ərəbi

16.    İbn Kəsr

17.    İbn Teymiyə

18.    Zahidul Kövsəri

19.    Cəlaləddin Suyuti

20.    Bədiüzzaman Səid Nursi

21.    Şəhabəddin İbni Həcər Əskəlani

22.    Hüseyn Helmi İşıq

23.    Mahmud Əsad Coşan

24.    Mahmud Sami Ramazanoğlu

25.    Əbu Qasım Təbərani ƏBU 

26.    Almalılı Həmdi Yazar

27.    Məhəmməd ibn Əli Şövqəni

28.    Məhəmməd Cəmaləddin Əl-Əzələmi Əl Dəməşqi

29.    Kurtubi

30.    İman Maturidi

31.    İmam Accuri

32.    İbn Həzm

33.    Pəzdəvi

34.    Nəsəfi

35.    Təftəzani

36.    İbnul Ərəbi

37.    İman Cəfər Ət Tahavi

38.    Ağıbəyazi

39.    Seyid Alusi

40.    Əbul Müntəha

41.    Əs-Səffarini

42.    Əbdülmühsin din Həmd Əl-Abbad

43.    Əbu Məhəmməd Həsən bin Əli Əl-Bərbəhari

44.    Məhəmməd Nəsrəddin Albani

45.    Şəmsəddin Məhəmməd ibn Əhməd Səfəreyni

46.    Əbu Abdullah ibn Cəfər İdrisi Kətani

47.    Şəhabəddin Əhməd ibn Məhəmməd Qumari

48.    Həsəneyn Məxluf Əl-Misri

49.    Əbul-Həsən Məhəmməd ibn Hüseyn Aburi

50.    Səid Həvva

51.    Şeyx Həsən Ədvi Həmzəvi

52.    M. Siddiq ibn Həsən Kunuci

53.    Məhəmməd ibn Həsən Əl-Əsnəvi

54.    Nurəddin Atar

55.   Əbu Abdullah Məhəmməd ibn Cəfər İdrisi Kətani

56.   Əbus Sadat Məhəmməd Əbu Şohbə

57.   Ən-Nəvəvi

58.   Əbul-Fəzl Abdullah ibn Məhəmməd Əl-İdrisi   

59.   Məhəmməd Əl-Məkki

60.   Əbu Bəkirəhməd ibnMəhəmməd İskafi

61.   Hafiz Əbu Bəkir ibn Haysəmə

62.   Əbu-l Bəkiz Məhəmməd ibn İbrahim Kələbazi Buxari

63.   Əbu Qasım Əbdürrəhman Süheyli

64.   Yusif ibn Yəhya Maqdisi Əş-Şafi

65.   Şeyx İbrahim ibn Məhəmməd Hamvini

66.   İbni Həcər Əş-Şəfii əl Məkki

67.   İbni Həcəri Məkki

68.   Şeyx Məhəmməd Səfərani Əl-Hənbəli

69.   Süelyman ibn İbrahim Qunduzi

70.   Seyid Məhəmməd Siddiq Qanıçı Buxarı

71.   Əbülfəzl Abdullah ibn Məhəmməd Siddiq

72.   Allamə Şövqani

73.   Hafiz Əskəlani

74.   İbni Həcəri Heysəmi

75.   Şəblənci

76.   Misirli Şeyx Məhəmmədi Hənəfi

77.    Şeyx Məhəmməd Sabban

78.   Süvəydi

79.    Əhməd ibn Zeyni Dehlan əş-Şafi

80.    Əbdülvəhhab Əbdüllətif

81.    Allamə Əbu Tayib

82.    Səid ibn Cabir

83.    Niyazi Misri

84.    Ən Nifəri

85.    İmamı Əzəm, “Fiqhi Əkbər” Şərhində Əliyyül Qar-i

86.    Təhtəvi

87.    Şeyx Mənsur Əli Nasif

88.    Seyid Qütb

89.    Şeyx Fakih İmani

90.    Əli Əs Sabuni

91.    Məhəmməd Mehdi Əl-Xorasan

92.    Şeyxülislam Səbri Əfəndi

 

3- Uca Rəbbimiz hz. Adəmdən (əs) və dünyanın yaradılışından başlayaraq, bütün dünyanı Mehdiyyət üçün hazırlamışdır.

 

Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.(Ənbiya surəsi, 105)

Dünyanın yaranmasından və Hz. Adəm (ə)ın yaradılışından bəri Allah bütün yer üzünü və tarixdə yaşanan bütün hadisələri Mehdiyyət üçün hazırlamışdır. Hz. İsa (ə) zamanında İncil, Hz. Musa (ə) dövründə isə Tövrat ilə, Hz. Davud (ə) zamanında Zəbur ilə bütün insanlar Hz. Mehdi (ə)ın gəlişi ilə müjdələnilmişlər. (İncildəFaraklitadı keçən hz. Mehdi (ə.) ilə əlaqədar məlumatlarvə Tövratda hz.Mehdidən (əs)  bəhs edilən ifadələr)(http://us1.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/21284)

Allah bütün dünyaya İslam əxlaqını hakim etmək üçün hz.Mehdiningəlməsindən əvvəl dünyaya dinsizliyi hakim etmişdir. XX əsrdə baş verən bütün müharibələr, I və II Dünya müharibələri, yer üzündə hökm sürən terror və anarxiya, müsəlmanların yaşadığı bir çox bölgədə hökm sürən təzyiqlər, çətinliklər, ağrı-acılar, aclıq, səfalət hz. Mehdinin (əs)gəlişindən əvvəl xüsusi olaraq yaradılmış hadisələrdir. Allah Peyğəmbərimizin (səv)hədisləri ilə hz. Mehdinin (əs) çıxışını insanlara xəbər verən yüzlərlə hadisənin reallaşacağını bildirmişdir. Bu əlamətlərin əksəriyyətiisə dövrümüzdə məhz hz. Mehdinin (əs) çıxışı üçün xüsusi olaraq reallaşdırılmışdır. (Hz. Mehdi (ə)ınçıxış əlamətləri) (http://www.axirzaman.net/post_viewer.php?id=16)

Rəbbimiz Öz Qatına yüksəltdiyi hz. İsanı (əs) əsrlər sonra belə şərəfli bir hadisə üçün təkrar yer üzünə endirəcəyini bildirmişdir. Bunlar dünyanın ən mühüm tarixi hadisələridir.

Allahın bütün bu tarixi hadisələri sırf Hz. Mehdinin (əs) zühurunun hazırlıq mərhələləri olaraq yaratması, şübhəsiz ki, Mehdiyyət mövzusunun mühüm olduğunu göstərir. Buna baxmayaraq, Mehdiyyəti və hz. Mehdini (əs) əhəmiyyətsiz görmək və daim gündəmdə olmasına ehtiyac olmadığını düşünmək son dərəcə yanlış bir fikirdir.

Allah Peyğəmbərimizin (səv) bir hədisində, "dünyanın bir gün ömrü qalsa da, Hz. Mehdinin (əs) zühuru üçün bu vaxtı uzadacağını" bildirmişdir. Tək bu hədislə Mehdiyyətin nə qədər mühüm olduğu məlum olur:

"Abdullahdan (rə) rəvayət edilmişdir: Rəsulullah (səv) buyurdu ki: Əhli Beytimdən adı adıma uyğun olan biri (Hz. Mehdi (əs)) başa keçəcək... DÜNYANIN SADƏCƏ BİR GÜN ÖMRÜ QALMIŞ OLSA, ONUN (HZ. MEHDİnin (ƏS) BAŞA KEÇMƏSİ ÜÇÜN CƏNABI ALLAH O GÜNÜ UZADAR." (Süneni Tirmizi 4/92)

 

4- Quranda İslam əxlaqının yer üzünə hakim olacağı vəd edilmişdir. Peyğəmbərimiz (səv) də14 əsrdir həsrətlə gözlənilən bu böyük hadisəyə hz. Mehdinin (əs) vəsilə olacağını bildirmişdir. Mehdiyyətdən bəhs edilməsini əhəmiyyətsiz hesab etmək İslam əxlaqının hakimiyyətini də əhəmiyyətsiz hesab etmək deməkdir.

 

Allah Quranın bir çox ayəsi ilə İslam əxlaqını bütün dünyada hakim edəcəyi bir dövr olacağını vəd etmişdir. Hədislərdə də bu vədin Hz. Mehdi (ə) vasitəsi ilə reallaşacağı bildirilmişdir. Buna baxmayaraq, Mehdiyyətin əhəmiyyətini inkar etmək (Allahı tənzih edirik) Quranın, İslamın və İslam əxlaqının dünya hakimiyyətinin də əhəmiyyətini təqdir edə bilməyən bir dünyagörüş olduğunu göstərir.

Halbuki  Allahın Quranda bildirdiyi ayələr çox açıqdır. Allah haqq din olan İslamı dünyaya hakim edəcək. Allah hər dövrdə müsəlmanları xəbərdar edib qorxudan, onları hidayətə yönəldən, onları bir birlik altında yığan bir elçi göndərmişdir. Bu Allahın adətullahıdır. Allah Peyğəmbərimiz (s.ə.v.) ilə axır zamanda müsəlmanların bu mənəvi liderinin, dünyada İslamın hakimiyyətinə vəsilə olacaq şəxsin Hz. Mehdi (ə) olduğunu bildirmişdir. İslam aləmi Peyğəmbərdən (s.ə.v.) bu yana 1400 ildən çoxdur ki, Mehdiyyəti eşqlə və şövqlə gündəmdə tutmuş, Hz. Mehdini (ə) sevgi ilə anmış və onun dövründə yaşamaq üçün Allaha könüldən dua etmişlər. Hz. Mehdinin (ə) az qala bütün zühur əlamətlərinin reallaşdığı, içində olduğumuz axır zamanda isə, əlbəttə ki, Mehdiyyət bütün müsəlmanların dillərindən salmamaları lazım olan bir mövzudur. Bütün müsəlmanların Mehdiyyət mövzusundan şövqlə bəhs etmələri, əzm və səylə gündəmdə tutmaları və bütün dünya müsəlmanlarını da bu əsrdə reallaşacaq olan bu tarixi hadisə ilə müjdələmələri son dərəcə əhəmiyyətlidir.

Allahın Quranda İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirdiyi və hz. Mehdinin (əs) gəlişinə işarə edən ayələrdən bəziləri belədir:

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini  və onların qorxusunu sonra əmin-amanlıqla  əvəz edəcəyini vəd buyurmuşdur…"(Nur surəsi, 55)
(Sizi hələ) sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə  müjdə ver!(Saff surəsi, 13)
Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.(Ənbiya surəsi, 105)
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi:“Onlar mütləq qalib gələcəklər.Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!” (Saffat surəsi, 171-173)
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!(Mücadələ surəsi, 21)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət  və haqq dinlə göndərən Odur!(Saff surəsi, 9)
Onu bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər!(Fəth surəsi, 28)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!Tövbə surəsi, 33
Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!”(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi  isə ziyana uğradı.(İbrahim surəsi, 14-15)
Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!(Nəsr surəsi, 1-3)
 Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir!(Fəth surəsi, 1-3)
...(Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə  tezliklə bir qələbə də bəxş edəcəkdir.  (Fəth surəsi, 27)
...Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər!(Rəd surəsi, 42)
De: “Haqq  gəldi, batil yox oldu. Çünki batil  yox olmağa  məhkumdur!”(İsra surəsi, 81)
Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik...(Əraf surəsi, 137)
Onlar Allahın nurunu  ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu  tamamlamaq istər. (Tövbə surəsi, 32)
Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu  tamamlayacaqdır. (Saff surəsi, 8)
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir! (Əhzab surəsi, 27)
Günahkarlar istəməsələr də, Allah sözləri  ilə haqqı gerçəkləşdirəcək !” (Yunus surəsi, 82)
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu  Allaha aiddir. (Həcc surəsi, 41)
Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Ali İmran surəsi, 139)

 

5- Quranda tarix boyunca pislərlə yaxşıların, dəccaliyyətlə Mehdiyyətin, batil ilə haqq dinin mübarizəsi olduğu bildirilmişdir. Axır zamanda dəccaliyyəti məğlub edəcək qüvvə və  bütün problemlərin həlli də Mehdiyyət olacaq.

 

Allahın Quran ayələrindəki vədləri və Peyğəmbərimizin (səv) hədislərində verilən məlumatlar Mehdiyyət mövzusunun əhəmiyyətini açıq şəkildə göstərir. Quranda tarix boyunca yaşanmış hər dövrdə dəccalların və mehdilərin mübarizəsinin olduğu bildirilir. Bu iki fikrin, yəni inananlarla inanmayanların, haqq ilə batilin mübarizəsi qiyamətə qədər də sürəcək.

Məsələn, hz. İbrahim (əs) yaşadığı dövrün Mehdisi, Nəmrud da o dövrün dəccalı olmuşdur. Hz. Musa (əs) öz dövrünün Mehdisi, Firon da o zamanın dəccalı olmuşdur. Tarixin hər mərhələsində, dəccalların və mehdilərin güclü bir mübarizəsi olmuşdur.

Peyğəmbərimiz (səv) axırzamanda çıxacaq dəccalın bu günə qədər gəlmiş  ən təsirli və ən güclü Dəccal olacağını bildirmişdir. Buna görə də, Allah axırzaman Mehdisini də o cür mühüm vəzifəli etmiş, hz. Mehdinin (əs) Dəccalla olan mübarizəsini və bunun nəticəsindəki qalibiyyətini də o cür böyük hadisə olaraq yaratmışdır.

Bədiüzzaman Səid Nursi Həzrətləri risalələrində axırzaman Mehdisinin çıxacağı zamanı "axır zamanın ƏN BÖYÜK FƏSAD dövrü" (Məktubat, s. 411 - 412) adlandırır. Həqiqətən də, yaşadığımız dövrdə dünya tarixinin ən böyük fəsadı yaşanır. Hz. Adəmdən (əs) bu dövrə qədər bu dərəcə böyük bir fəsad nə Nəmrud, nə Firon, nə də Hülakü dövründə  olmamışdır. Belə böyük bir fəsad ilk dəfə yaşanır. Axırzaman Dəccalı artıq çıxmışdır. Dəccal dünya tarixinin indiyə qədər gəlmiş ən böyük fəsadıdır. Belə ki, tarix boyunca bütün peyğəmbərlər axırzaman dəccalının şərindən Allaha sığınmışlar. Hazırda tarix boyunca yaşamış olan bütün fironların, nəmrudların və dəccalların cəmindən daha şiddətli bir küfr mühiti dünyaya hakimdir. Bu səbəbdən axırzamanda zühur edəcək hz. Mehdi (əs) çoxmühüm bir şəxsvə Mehdiyyət də üzərində dayanılmalı olan çox vacib mövzudur.

Tarixdə bu qədər böyük bir Dəccal və bu qədər şiddətli bir küfr hakim ikən Mehdiyyətin mühüm bir mövzu olmadığındandanışmaq və hz. Mehdinin (əs) gəlməyəcəyini iddia etmək Qurana uyğun deyil. Rəbbimiz dünya tarixi boyunca hər zaman belə bir qanun yaratmışdır, hər zaman küfr və dəccallar olmuş, bunların qarşısında da mehdilər olmuşdur. Amma bu dövrdə ən böyük dəccallar, ən böyük nəmrudlar, ən böyük fironlar ortaya çıxmışkən, bu dövrdə "Hz. Mehdi (əs) yoxdur, gəlməyəcək" deyilməsi Quranın məntiqinə uyğun deyil. Dəccal varsa, mütləq hz. Mehdi (əs) də vardır. Bu səbəbdən dəbelə bir dövrdə hz. Mehdidən (əs) bəhs etməmək mümkün deyil. Çünki problemin həlli Mehdiyyətdədir. Hz. Mehdi (əs) vasitəsi ilə müsəlmanların yaşadığı bütün çətinliklər, ağrı-acılar, çətinliklər sona çatacaq, dünyada hökm sürən dinsizlik yox olacaq, nəmrudlar, fironlar, dəccallar ancaq hz. Mehdi (əs) vasitəsi ilə məğlub olacaqlar.

 

6- Bəzi insanların hz. Mehdinin (əs) gəlməsini dünyakı mənfəətləri üçün istəmirlər

 

Bəzi insanların Mehdiyyət mövzusuna şübhə və tərəddüd ilə yaxınlaşmalarının hz. Mehdinin (əs) gələcəyini bildirən açıq-aşkar dəlillərə davamlı qarşı çıxmalarının arxasındakı ən əsas səbəb "mənfəət qayğısı"dır. Hz. Mehdinin (əs) gəlişi və Mehdiyyət mövqeyi bütün inananlar üçün bir rəhmət olduğu halda, Onun vasitəsi ilə bütün İslam aləminə sülh, ədalət, bolluq, bərəkət, dinclik, rifah, xoşbəxtlik gələcəyi halda, yenə də bəzi insanlar hz. Mehdinin (əs) gəlməsini istəmirlər.

Əlbəttə ki, bu son dərəcə diqqətçəkən və düşündürücü bir vəziyyətdir. Bir müsəlman dünyadakı bütün müsəlmanların yaxşılığını, birlik, təhlükəsizlik və rifah içərisində yaşamalarını istəməlidir. Amma buna baxmayaraq, bəzi insanlar bunun yaranmasına səbəb olacaq insanın gəlməsinə razı deyillər. Bunun arxasındakı səbəblər, şübhəsiz, imandan qaynaqlanmır, eqoistliyə dayanır. Bəzi insanlar sakit və nizamlı bir həyat yaşamaq üçün, bəziləri artıq qurulmuş nizamlarının pozulmaması, işlərinə, evliliklərinə, ictimai həyatlarına zərər gəlməməsi məqsədi ilə hz. Mehdinin (əs) gəlməsini istəmirlər və Mehdiyyət mövzusundan bəhs edilməsindən də narahat olurlar. Bundan başqa, əgər hz. Mehdi (əs) gələrsə, ona dəstək olmaları, onunla birlikdə bir çox fədakarlığı və çətinliyi nəzərə almaları, lazım gəldikdə ailə və işlərinin mənfəətlərindən, gələcəyə aid bəzi planlarından imtina etmələrini   düşünərək hz. Mehdi (əs) mövzusunun gündəmə gəlməsindən qaçırlar.

Ancaq bilinməlidir ki, bu insanların içərisində olduqları vəziyyət tarixin hər dövründə və Peyğəmbərimizin (səv) zamanında da yaşanmışdır. Hər müsəlman cəmiyyətində iman şövqü az olan, İslamın mənfəətlərindənsə öz mənfəətlərini ön planda tutan və dünya həyatının cazibədarlığına qapılan insanlar olmuşdur. Quranda Peyğəmbərimiz (səv) müsəlmanları hicrət etməyə, mübarizəyə, döyüşə çağırdıqda ailəsini, işini, uşaqlarını bəhanə edərək geridə qalan insanların vəziyyətini izah edən bir çox ayə vardır. Bu insanlar peyğəmbərimizlə (səv) birlikdəAllah üçün çətinliklərə, fədakarlıqlara dözməyi sanki bir kabus kimi görmüş və uzaqda durmuşlar.

Axırzamanda hz. Mehdinin (əs) zühurunu, hz. Mehdidən (əs) bəhs edilməsini istəməyən insnaların vəziyyəti də bundan fərqli deyil. Səmimi müsəlmanlara hz. Mehdinin (əs) gəlişi bir nur kimi görünür, dünya həyatını hədəfləyən insanlar isə bu vəziyyətdən şiddətlə çəkinirlər. Bir ayədə Allah bu kəslərin vəziyyətini belə açıqlayır:

Əgər o, asan əldə edilən mənfəət və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu  məsafə onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.(Tövbə surəsi, 42)

 

7 - Hz. Mehdinin (əs) gəlişi Allahın yaratdığı bir qədərdir. Bunun əleyhinə edilən istənilən səy bu müjdənin reallaşmasına mane ola bilməyəcək.

 

Allah bir ayəsində, "Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!" (Saff surəsi, 9) şəklində buyurmuşdur. Bu ayə bizə çox mühüm bir həqiqəti xəbər verir. Nə dəccalların, nəmrudların, fironların mübarizəsi, nə də qəlblərində xəstəlik və ya imanlarında zəiflik olan insanların səyləri Allahın qanununu əsla poza bilməz. Allah hər nə olursa-olsun vədini yerinə yetirəndir. Allah Peyğəmbərin (səv) hədisləri ilə hz. Mehdinin (əs) bu əsrdə gələcəyini və İslam aləmini şərəfləndirəcəyini xəbər vermişdir. Allah vədini reallaşdıracaq və inşaallah hz. Mehdi (əs) bütün müsəlmanların mənəvi lideri olaraq yer üzünə Quran əxlaqını hakim edəcək.

 

Adnan Oktarın mövzu ilə əlaqədar şərhləri

 

"Mehdiyyəti gündəmə gətirməkdən çəkinmək səmimiyyətsizlik olar"

 

ADNAN OKTAR: "  Bir cavan "hocam" deyir, " Allah razı olsun, siz yaxşı, xoş, gözəl danışırsınız, amma hər mövzunu Mehdiyə (əs) gətirib çıxarırsınız. Yəni biz bunu anlaya bilmirik..." deyir. Yaxşı, qardaşım, yəni Qurana baxdığımızda hansı dövrdə dəccal və Mehdi (əs) mübarizəsi olmayan bir dövr var? Hansı dövrdə var? Göstərsinlər baxım. Quranın hər dövründə, hər yerdə, hz. İbrahim (əs) dövründə hz. İbrahim (əs) "dövrün Mehdisi"dir. Nəmrud "dövrün dəccalı"dır. Firon "dövrün dəccalı"dır, hz. Musa (əs) "dövrün Mehdisi"dir. Elə deyilmi? Bu səbəbdən onların çox güclü bir mübarizəsindən bəhs edilir Quranda.

"Axırzamanın ən böyük fəsadı zamanında..." deyir Səid Nursi. Dünya tarixinin gəlmiş-keçmiş ən böyük fəsadı yaşanır bu an. Baxın, hz. Adəmdən (əs) etibarən bu dövrə qədər bu dərəcədə böyük bir fəsad nə Firon dövründə, nə Nəmrud dövründə, nə Hülakü dövründə olmamışdır. İlk dəfə olur bu qədər böyük bir fəsad və dəccal çıxmış artıq. Bütün peyğəmbərlər Allaha sığınırlar dəccalın şərindən. Dünya tarixinin gəlmiş-keçmiş ən böyük hadisəsidir dəccal. Yaxşı, Deccaliyyət zühur etmiş, deyilmi? Fironların, Nəmrudların cəmindən daha şiddətli bir küfr dünyaya hakim olmuş, lakin Mehdi yoxdur deyirlər. Mehdisi yoxdur bu fəaliyyətin. İlk dəfə deyirlər yəni. "Dünya tarixində hər zaman Allah belə bir Adətullah (Allahın qayda-qanunu) yaratmışdır, hər zaman küfr olmuşdur, dəccallar olmuşdur, Mehdilər olmuşdur amma bu dəfə ən böyük dəccal çıxmışdır, ən böyük Firon və Nəmrudlar zühur etmişdir, lakin Mehdi (ə.s.) yoxdur" deyirlər. Bu olmadı. Bu, saxtakarlıq və səmimiyyətsizlik olar. Yəni Qurana görə, Quran məntiqi ilə baxdığımızda səmimiyyətsizlik olar. Yəni dəccal varsa, mütləq Mehdi vardır, inşaAllah. "Bu səbəbdən bizə Mehdidən (əs) bəhs etmə". Yaxşı bəs nədən bəhs edək? Necə canımızın yandığından bəhs edək. "Ey Amerika məhv ol" deyəcəksən. Yəhudilərə, sionistlərə lənət yağdıracaqsan, masonlara lənət edəcəksən. Yaxşı bəs həll yolu? "Ağlayacağıq" deyir. "Toplanıb birlikdə ağlayaq" deyirlər. Başla, baxaq görək deyirlər. Bismillah,  başladırlar ağlamaya. Ağlama günü təyin edilir, ağlamaya başlayırlar. Hər kəs dəsmallarla filan, "niyə bizi bu hala gətirdiniz ey zalımlar, ey mərhəmətsizlər?" Hönkür-hönkür, hönkür-hönkür. "Sizdə heç mərhəmət yoxdurmu, ey zalımlar?" Hönkür-hönkür, hönkür-hönkür. Həll yolu? Aman deyirlər, yəni "Mehdi mövzusunu unut. Bunun həlli ağlamaqdır" deyirlər. Çıxış yolu Mehdiyyətdir. Peyğəmbərimiz (səv) hədislərdə bunu demişdir. Amma deyir ki, "Mehdiyyət gündəmə gəlincə mənim işim-gücüm var, gözəl rahat evə qovuşdum, yeməyim, içməyim yerində. Evləndik, gəlin evdə. "Mehdi dedinmi, Mehdi (əs) nə demək? Əziyyət, mübarizə, ağrı-acı çəkmək, həbs. Deyilmi? Həyəcan, aclıq, susuzluq. Ayədə nə deyir Cənabı Allah? Aclıq, susuzluq, çətinliklərlə möminləri imtahan edəcəyini söyləyir və nə deyir ayədə ayrıca? "Sizdən əvvəlkilərin başına gələnlər" deyir. Şeytandan Allaha sığınaram: "sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?" deyir Cənabı Allah. İndi adam əvvəlkilərin başına gələnlər "aman Allah qorusun" deyir. Hz İbrahimin (əs) başına gələnlər, Hz. Musa qövmünün, Rəsulallahın (səv) zamanında olan hadisələr indi bizim də başımıza gəlirsə, bütün kefimiz, səltənətimiz əldən gedər. Ən yaxşısı biz Mehdi (əs) mövzusunu ortadan qaldıraq. Bu səbəbdən yalnız dəccal çıxdığında ağlayaq. Dəccal vursun, bunlar da ağlasın. Elə deyil? Dəccal döysün-öldürsün, bunlar ağlasınlar…Həll budur deyir. Həll ağlamaq deyil. Dəccal çıxmışkən axırzamanın ən böyük fəsadı zamanında Mehdini (əs) axtarmamaq oyundur. Eqoist bir oyundur və şeytanın da bunda təsiri olduğunu görməmək üçün uşaq olmaq lazımdır. Elə deyil? Bu qəsdən anlamazlıqdan gəlinən bir sistemdir. Ta başından bəri." (Adnan Oktarın 4 Mart 2010 tarixli HarunYahya.tv reportajından)

 

"Ev mücahidliyi” Məntiqi Böyük Səhvdir

 

ADNAN OKTAR: "Bunu əvvəl Bədiüzzamana buraxdılar. Onsuz da o Mehdidir(əs). 30 il gedər həbsdə yatar, onlar da evdə oturarlar, “Risaleyi Nur” külliyyatını oxuyaraq "vay-vay Ustadımız nə qədər çətinliklər çəkmiş maşallah" deyəcəklər. Amma o Ustad təbii, o, edər. Yəni o əziyyət çəkər. Olmuş. Əvvəlki peyğəmbərlər, bizim Peyğəmbərimiz də (səv) əziyyət çəkə bilər, amma XIX əsrə gəlmiş artıq əziyyət dövrü qalmışmı onlar üçün? Artıq ev mücahidliyi dövrü başlamış, artıq məscid mücahidliyi. Məscidə çıxacaq, sarığı cübbəni taxacaq. Barmağında üzüklə, əqiq üzüklə qışqıra-qışqıra: "Ey qafillər, ey cahillər" deyə məsciddəki məzlumlara orada onlara əsib-coşacaq. Onlar da tərləyir belə hadisənin şiddətindən. Və böyük bir cihad etmiş olurlar. Belə mübarizə aparmaq olmaz. Küfrə qarşı aktiv olaraqfaydalı elmi mübarizə aparmaq lazımdır, inşaallah. Və bunun nəticəsində də mətbuat üstünə gəlir, böhtana uğrayarsan, təhqirə uğrayarsan, həbs olunarsan. Nəzarət altına alınarsan, işindən- gücündən olarsan, kefin qaçar, xəstələnərsən. Hamısı olacaq yəni. Bunları gözə alacaq mömin, inşaallah. İndi Quranın hər hansı bir səhifəsini açsınlar. Açdıqlarında ya dəccal, ya Mehdi, ikisi birdən hətta. Məsələn, bu iki səhifəni açdığımızda həm dəccaldan, həm Mehdidən bəhs edər. Həmişə Mehdi və dəccal mübarizəsi ilə doludur Quran. Onlar istəyir ki, dəccal olsun, lakin Mehdi olmasın. Belə olmaz." (Cənab Adnan Oktarın 4 Mart 2010 tarixli HarunYahya.tv reportajından)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr