Bəzi insanlara “din əxlaqını yaşayan cəmiyyətin təzyiqlərə məruz qalacağı” fikri təlqin edildiyi üçün onlar bu üstün əxlaqın cəmiyyətə gətirəcəyi gözəlliklərin fərqində deyillər. Ancaq bu yanlış düşüncənin əksinə uca Rəbbimizin Quranda bildirdiyi əxlaq modeli təzyiqdən və məcburiyyətdən uzaq, sevgiyə, hörmətə, xoş münasibətə, ədalətə əsaslanan, gözəl bir əxlaqdır.
Hikmətin və nurun yeganə sahibi olan Allah insanın ruhunu gözəlliyə və yaxşı olan hər şeyə qarşı meyilli yaratmışdır. Ancaq bu meyilliliyin ortaya çıxması insanın imanı və imanın vəsiləsilə qazandığı ağlı ilə birbaşa əlaqəlidir. İnsanı “ən gözəl surətdə” yaradan Allah onu hər cür yaxşı işlərdən, gözəllikdən, estetikadan və sənətdən zövq alacaq fitrətdə yaratmışdır. Şübhəsiz ki, səmimi imana sahib bir mömin üçün dünyada ona verilən ən böyük nemətlərdən biri də Quranda bildirilən din əxlaqı və bu əxlaqın onun fitrətinə uyğun olmasıdır. Çünki, insan ruhunun xoşlandığı hər növ gözəllik, hər cür gözəl əxlaq xüsusiyyəti İslam dinində var. Cənab Adnan Oktar insan ruhunun xoşladığı hər şeyin İslam dinində olduğunu bir söhbətində belə izah etmişdir:
İslam dininin möminlərə və cəmiyyətə qazandırdığı gözəl vəsflər
İslam dini sülhün və təhlükəsizliyin qaynağıdır
Quran Allahın insanlara yol göstərici olaraq göndərdiyi bir kitabdır. Allah Quranda insanlara gözəl əxlaqı əmr etmişdir. Bu əxlaqın təməlində sevgi, şəfqət, xoş münasibət, ədalət və mərhəmət kimi anlayışlar durur. “İslam” kəliməsi ərəbcə “sülh” kəliməsiylə eyni mənanı verir. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin dünyada təcəlli etdiyi hüzur və sülh dolu həyatı təmin etmək üçün göndərilmiş dindir. Quran ayələrində insanlar dünyada mərhəmətin, şəfqətin, xoş münasibətin və sülhün yaşana biləcəyi yeganə həyat tərzi olan İslam əxlaqına dəvət edilirlər. Bəqərə surəsinin 208-ci ayəsində belə buyrulur:
“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!” (Bəqərə surəsi, 208)Ayədə Rəbbimiz insanların təhlükəsizliyinin və aralarındakı sülhün Quran əxlaqının yaşanmasıyla mümkün ola biləcəyini bildirir. Quran əxlaqına görə iman etmiş bir şəxs, Müsəlman olub-olmamağına baxmayaraq digər bütün insanlara qarşı yaxşılıqla və ədalətlə davranmaqla, zəifləri və məzlumları qorumaqla dünyada fitnənin qarşısını almaqla məsuldur. Fitnə, insanların təhlükəsizliyini, sülh şəraitini və hüzurunu pozacaq hər cür vəziyyətə verilən addır. Azad iradəyə, düşünmə və inanc seçiminə sahib insanlara hər hansı səbəbə görə təzyiq etmək də İslam əxlaqına uyğun deyil və cəmiyyətdə fitnəyə səbəb olacaq bir davranışdır. Dolaysı ilə, “… Allah fitnə-fəsadı sevməz!”(Bəqərə surəsi, 205) ayəsinə əsasən müsəlmanlar bu yanlış davranışdan çəkinərlər. Əksinə müsəlmanlar cəmiyyətdə hüzuru pozan insanlara və fəaliyyətlərə qarşı elmi mübarizə apararaq, yaxşılığı əmr edib pislikdən çəkindirməklə, dünyadakı fitnəni yox etmək və bütün insanlara hüzur və sülhün hakim olduğu bir nizam qurmaqla məsuldurlar. Allahdan qorxan bir insanın dövlətinə, millətinə, insanlara zərər verəcək ən kiçik bir hərəkəti etməsi və ya belə hərəkətlərə göz yumması qeyri-mümkündür.
İslam dini birliyin və bərabərliyin qaynağıdır
Hər cür əskiklikdən uzaq olan Allah ayələrində möminlərin birlikdə və həmrəy hərəkət etmələrini əmr etmişdir. Quran ayələrinə baxdığımız zaman müsəlmanların dünyadakı mövqelərinin və Allah qatındakı dəyərlərinin digər insanlardan çox fərqli olduğunu görərik. Müsəlmanlar vicdanlı, əxlaqlı və şərəfli bir həyat yaşadıqları üçün Allahın sevdiyi, dəyər verdiyi şəxslərdir. Buna görə bir müsəlman belə iman edənlər üçün çox dəyərlidir. Quranda da müsəlmanların bir-biriləri üçün dəyərləri “qoruyucu, himayə edici, köməkçi” mənalarını verən “vəli” kəliməsi ilə bildirilmişdir.
Uca Allah Quranda iman edən qullarına bir-birilərinin dəyərini bilmələrini, bir çətinliklə qarşılaşdıqda bir-birilərinə tam dəstək vermələrini və birlik olmalarını əmr etmişdir. Allahın bu əmrinə əsasən müsəlmanlar bir-birilərini hər hadisədə və şəraitdə qorumalıdırlar. Maddi və ya mənəvi bütün imkanlarıyla müsəlmanların güclənməsi, inkişaf etməsi və qorunması üçün cəhd edərlər. Allah müsəlmanların bir-birilərinə necə bağlanmalı olduqlarını bir ayədə belə bənzətmə ilə xəbər verir:
“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.” (Saff surəsi, 4)
İslam dini həqiqi sevgi və hörmətin qaynağıdır
Sevgi, Allahın insanlar üçün yaratdığı, nəfsin həm dünyada, həm də axirətdə ən çox xoşuna gələcək nemətlərdən biridir. Sevgini axtaran və bunu ən gözəl şəkildə yaşamaq istəyən hər insan hörmətin əhəmiyyətini də qavramalıdır. Hörmət olmadan dostluq, yoldaşlıq, sirdaşlıq, sədaqət, güvən kimi xüsusiyyətlərin tam yaşanması mümkün deyil. Belə bir sevgini və hörməti insanlara verən xüsusiyyət isə sadəcə və sadəcə imandır. Dərin Allah sevgisi, Allah qorxusu, Quran əxlaqını yaşamaqda göstərilən qətiyyət insanların bir-birilərinə həqiqi sevgi və hörmət bəsləmələrinə səbəb olur. İman olmadan insanların bir-birilərinə göstərəcəkləri hörmət və sevgi sadəcə fiziki xüsusiyyətlərinə, maddi imkanlarına və dünyəvi mövqelərinə əsaslanır. Bunlardan hər hansı birində əskiklik olduqda, bu sevgi və hörmət zənn edilən hisslərin o andaca yox olmasına səbəb olar. İmandan qaynaqlanan sevgi və hörmətlə isə, Allahın iznilə insanların həyatlarının sonuna qədər davam edəcək bir nemətin qapısını açmış olar.
Rəbbimiz Quranda sevgi nemətini iman edənlər üçün yaratdığını belə bildirir:
“İman gətirib yaxşı işlər görənlər üçün Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. “(Meryem Suresi, 96)
İslam dini inanc azadlığının qaynağıdır
İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama zidd davranışdır. Çünki, İslamda səmimi iman “azad iradə” və “vicdanla qəbul etməklə” mümkündür. Əlbəttə müsəlmanlar bir-birilərini Quranda bildirilən əxlaqi vəsflərin tətbiqi üçün təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə izah edilməsi və ya xatırladılması bütün iman edənlərə aid bir məsulliyətdir. Ancaq iman edənlər, “…Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et…”(Nəhl surəsi, 125), ayəsinə əsasən din əxlaqının gözəlliklərindən bəhs edərlər amma, “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir.”(Bəqərə surəsi, 272), ayəsinin də fərqində olaraq davranarlar. Əsla məcbur etməz, insanlara maddi və ya mənəvi təzyiqlər etməzlər. İnsanların din əxlaqına yönəlmələri müqabilində onlara dünyəvi mənfəətlər təklif etməyə çalışmazlar. Çünki uca Allahın bildirdiyi ibadətləri tətbiq edib-etməmək, iman edib-etməmək insanın özündən asılıdır. Necə ki, Allah Quranda iman edənlərə belə buyurmuşdur:
“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!”(Qaf Surəsi, 45)İnsanların ibadət etməyə məcbur edildikləri bir cəmiyyət modeli “Dində məcburiyyət yoxdur.”(Bəqərə surəsi, 256), ayəsinə uyğun deyil. İnanc və ibadət sadəcə Allaha istiqamətləndiyi və insanın öz seçimiylə olduğu təqdirdə dəyərlidir. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edərsə insanlar o sistemdən qorxduqları üçün zahiri görünüşdə dindar ola bilərlər. Din əxlaqında məqbul olan isə vicdanın tamamilə azad olduğu bir şəraitdə Allah rızası üçün din əxlaqının yaşanmasıdır.
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir.”(Bəqərə surəsi, 256)
İslam dini ədalətin qaynağıdır
Quranda ədalətin həqiqi mənası bildirilmiş, iman edənlərə hadisələr qarşısında davranışları və ədalətin necə tətbiq ediləcəyi barədə məlumat verilmişdir. Bu, iman edənlər üçün çox böyük komfort və Allahdan bir rəhmətdir. Sonsuz ədalət sahibi olan uca Allahın Quranda bizə bildirdiyi həqiqi ədalət insanlar arasında heç bir fərq qoymadan qərar verməyi, insanların haqqını qorumağı, zülmə qətiyyən razı olmamağı, ehtiyacı olanlara kömək etməyi əmr edir. (Nisa Surəsi, 135). Bu ədalət, bir qərar verməli olduqda hər iki tərəfin də haqqını qorumağa, hadisələri çox tərəfli dəyərləndirməyə, ön mühakiməsiz düşünməyə, tərəfsiz olmağa, dürüstlüyə, xoş münasibətə, mərhəmətə və şəfqətə əsaslanır.
Allahdan qorxub çəkinən və axirət günündə sorğu-sual olunacağını bilən bir insan Quranda bildirilən bu ədalətə əsasən qərar verər. Çünki iman edənlər Allahın rızasını və cənnətini qazanmaq və hüzurlu, təhlükəsiz və sülh içərisində yaşaya bilmək üçün insanlar arasında ədaləti təmin etməklə məsul olduqlarının fərqindədirlər. Unudulmamalıdır ki, “Sözsüz ki, Allah insaflıları sevir.”(Hucurat surəsi, 9).
İslam dini həqiqi demokratiyanın qaynağıdır
Bəzi insanlar demokratiyanın bəşər tarixində ilk olaraq Qədim Yunanıstana aid olduğunu düşünürlər. Ancaq insanlara demokratiyanı öyrədən Allahdır. Hz Adəmdən (ə.s.) etibarən bütün peyğəmbərlər azadlığın, azad düşüncənin, fikirlərə hörmətin həqiqi təmsilçiləri olmuşlar. Demokratiya deyildiyi zaman insanların ağlına gələn azadlıq, ədalət, heç kimə təzyiq edilməməsi, insanların bərabərhüquqlu olması, insanlara hörmət edilməsi, güvənilməsi, insanların sahib olduqları fikrə görə mühakimə edilməməsi kimi bütün anlayışların hamısı din əxlaqında var. İnsanlar bunları Allahın göndərdiyi haqq dinlər vəsiləsilə öyrənmiş və ən gözəl nümunələrini də haqq dinlərin yaşandığı dövrdə görmüşlər. İnsanlara düşüncələrinə görə zülm edildiyi, fərqli ideologiyalara sahib olanların əzildiyi, fərqli dinə mənsub insanların əzab gördüyü, sənətin, elmin, memarlığın məhv olduğu, insanların həyat sevgisini itirib sanki bir robot halına gətirildiyi, kitabların yandırıldığı, cinayətlərin, qətliamların, soyqırımların yaşandığı dövrlərə baxdığımız zaman isə dinsiz, ateist ideologiyaların ya da din əxlaqının təhrif edilərək radikallaşdıran insanların düşüncələrinin cəmiyyətlərə hakim olduğunu görərik.
Sadəcə Allahın haqq dini, Allahın əmr etdiyi şəkildə tətbiq edildiyi zaman insanların həsrətində olduğu həqiqi demokratiyanın yaşanacağı açıq bir həqiqətdir.
İslam dini həqiqi yaxşılığın qaynağıdır
İslam əxlaqına görə həqiqi yaxşılığın nə olduğunu Rəbbimiz Quranda bildirərək, möminlərə sahib olmalı olduqları gözəl əxlaqı xəbər vermişdir. Bu çox böyük bir rəhmətdir. Çünki həqiqi yaxşılıq cəmiyyətdə bəzi insanların düşündüklərindən tamamilə fərqlidir.
Müsəlmanın rəhbəri olan Quran və Peyğəmbərimizin (s.ə.v.) hədisləri insana yaxşılıq məsələsində də yol göstərir. Allahdan qorxan bir insan qarşısına çıxan hər hadisədə Allahın rızasına və Quran əxlaqına uyğun davranar. Hər zaman dürüst olar, insanların haqqını əzməyərək axirətdə sorğu-sual olacağını bilərək hərəkət edər və buna görə də həmişə qarşısındakının yaxşılığını düşünər.
Ətrafda olan hər hadisənin Allahın nəzarətində baş verdiyini bilməsi, hər şeyə xeyir və hikmət gözüylə baxması, gizli və aşkar etdiyi hər hərəkətin axirətdə qarşısına çıxacağını düşünməsi insanı daima doğru düşünməyə və gözəl davranmağa sövq edər. Dolayısı ilə yaxşılığın əsl mənasıyla yaşana bilməsi üçün insan “Allahdan qorxmalı, axirətə inanmalı və Allahın rızasını qazanmağı özünə məqsəd etməlidir”. Bu xüsusiyyətlər olmadan edilən hərəkətlər Quran əxlaqına əsasən həqiqi yaxşılıq deyil. Quranda həqiqi yaxşılığın Allahdan qorxan və Allahın qoyduğu həddi aşmayan insanların hərəkətləri olduğu bildirilir:
“…yaxşı əməl (sahibi) Allahdan qorxan şəxsdir…”(Bəqərə surəsi, 189)
İslam dini həqiqi biliyin və elmin qaynağıdır
20-ci və 21-ci əsrin texnologiyasıyla əldə etdiyimiz bir çox elmi məlumat dövrümüzdən 1400 il əvvəl Quranda xəbər verilmişdir. Elm Quranda bildirilən həqiqətlərə yönəldildiyi təqdirdə çox sürətlə inkişaf edər və bəşəriyyətə çox faydalı xidmətlər verə bilər. Allah Quranda insanlara göyləri, yeri, dağları, ulduzları, bitkiləri, toxumları, heyvanları, gecə ilə gündüzün meydana gəlişini, insanın doğulmasını, yağışı və yaradılmış bir çox varlığı düşünmələrini və bu varlıqları tədqiq etmələrini bildirmişdir. Bunları tədqiq edən insan canlı və ya cansız bütün varlıqlarda Allahın uca yaratma sənətini görəcək və beləcə onu və bütün kainatı yoxdan yaradan Rəbbimizi lazımi qədər tanıyacaqdır. Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini görərək insanlara açıqlamağın yolu isə “elmdir”.
İman edənlər bilgini Allahın rızasını qazanmaq üçün gözəl bir yol olaraq görürlər. Bilgiləri artdıqca və tədqiq etdikcə uca Allahın varlığının dəlillərini və yaradılışdakı incəlikləri görərək bunun imanlarının artmasına vəsilə ola biləcəyini, Allaha yaxınlaşmaq məqsədiylə bilgilərini artırmaq üçün etdikləri cəhdin də Allahın iznilə saleh bir əməl olacağını bilirlər. Məsələn, kosmosu tədqiq edən iman sahibi bir alim eyni tədqiqatları aparan iman etməmiş bir insandan çox fərqli düşüncələrə sahib olar. Kosmosda gördüyü hər incəliyin Allahın sonsuz elminin dəlillərindən biri olduğuna şahidlik edər, acizliyini daha yaxşı anlayar. Bunun vəsiləsiylə imanı güclənər və ona verilən nemətlərə şükr edər. Allah Quranda elm sahibi olmağın əhəmiyyətini belə bildirir:
“…De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)
İnsanların həqiqi İslam əxlaqını tanımaları İslam əxlaqının dünyaya yayılmasına vəsilə olacaq
Məqalə İslam əxlaqıyla əlaqəli çəkilən misallar şübhəsiz ki, Rəbbimizin İslam əxlaqını vəsilə etdiyi gözəlliklərin və üstünlüklərin sadəcə bir qismidir. Bu yüksək xüsusiyyətlərin yaşanmasıyla, Allahın iznilə çox yaxında demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh heç vaxt görülmədiyi şəkildə dünyaya hakim olacaq, insanlar imanın sevincini, bərəkətini doya-doya yaşayacaqlar. Ayələrin göstərdiyi əlamətlərdən, Peyğəmbərimizin (s.ə.v.) hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq-aşkar göründüyü kimi yaşadığımız dövr Axırzamandır. Axırzamanın çətin, sıxıntılı günləri Hz. İsanın (ə.s.) və Hz. Mehdinin (ə.s.) vəsiləsilə bu əsrdə sona çatacaq, dünya yeni, nurlu bir mərhələyə keçəcək. Allahın varlığını və birliyini gözəl və hikmətli bir şəkildə anlatmaq və insanlara Qurandakı və Əsri-Səadət dövründəki İslamı izah etmək isə yaxın gələcəkdə qovuşacağımız nurlu günlər üçün şərait hazırlayır. İstəyimiz Allahın bu məqaləni də sözü gedən gözəlliklərə vəsilə etməsi və “insanların Allahın dininə dəstə-dəstə girdiklərini” görəcəyimiz günlərin bir an əvvəl gəlməsidir. Nurun yeganə sahibi olan Allahın bu müjdəsi Quranda belə xəbər verilir:
“Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr surəsi, 1-3)
Bu məqalə “İlmi Araştırma Dergisi” 88-ci nömrəsindən (Oktyabr 2011) 34-cü səhfədə yayınlanmışdır.