“Sülh dini İslam” ifadəsi əsl İslamı tanımayan bir çox insan üçün sanki inanılması mümkün olmayan, şablon ifadə halına gəlib. İnsanların bir qismi dünyadakı münaqişələrə, Yaxın Şərqin vəziyyətinə və müsəlmanların ümumi görüntüsünə nəzər yetirdikdə bu gerçəyə inana bilmirlər. «İslam adı altında həyata keçirilən müharibə və münaqişələr gözümüzün qabağında olduğu halda, sülhə necə inanaq?” deyirlər. Əslində müəyyən mənada haqlıdırlar. Sülh əsla müharibə ilə təmin edilə bilməz. O halda qarşımızda göz ardı edə bilməyəcəyimiz bir gercək var: İslam adı altında müharibəni seçənlər böyük yanılqı içindədirlər.
İslam dünyasının əksəriyyəti Quranı tərk etmiş vəziyyətdədir. Qurandan başqa mənbələrə müraciət edilmiş, Qurandan kənar din yaşanmışdır. Bu səbəbdən müharibələri İslam adı altında həyata keçirir, zülm sistemi formalaşdırır, demokratiya yerinə güc və təzyiq yolu ilə dini tanıdırlar. Bir başqa acınacaqlı mənzərə isə İslam adı altında yaradılan keyfiyyətsizlik, zövqsüzlük, qadına dəyər verməyən, sənət və zəriflikdən uzaq həyat tərzidir.
Ötən günlərdə «New York Times»da yayımlanan Natalia V. Osipova tərəfindən hazırlanan bir videoda Rusiyada müsəlman qadınlar adından həyata keçirilən bəzi fəaliyyətlərlərdən bəhs edilir.1 Xüsusilə son dövrlərdə İslam yanlış tanıdıldığından, islamofobiya artdığından cəmiyyətlərdə qaçınılmaz olaraq formalaşan ön mühakiməni qırmaq üçün həyata keçirilən fəaliyyət çox gözəl nəticələr verəcək kimi görünür. Bu təşəbbüs çərçivəsində bir modelyer, bir insan resursları üzrə mütəxəssis və bir bəstəkar birlikdə fəaliyyət göstərərək Rusiyada İslam barədə olan mənfi fikrin dəyişməsi və keyfiyyətin artması üçün böyük əmək sərf edirlər.
Rusiyada müxtəlif etnik qruplarla yanaşı çox geniş müsəlman cəmiyyəti də yaşayır. Hal-hazırda Moskvada müsəlman əhalinin sayının iki milyona çatdığı məlumdur. Bu Moskva əhalisinin 16%-inə bərabərdir. Əhalinin artımı yüksək olduğundan gələcək bir neçə on il ərzində bu nisbətin Rusiya əhalisinin 25%-nə barəbər olacağı güman edilir.
Müsəlmanlarının sayının çox olduğu ölkədə keçmişdə radikal İslamın izlərinin müxtəlif formalarda özünü göstərdiyi məlumdur. Lakin rus müsəlmanlar ümumi həyatın da, müsəlmanlara istiqamətli fikirlərin də böyük ölçüdə dəyişməyə başladığını bildirirlər. Bunun üçün özlərinin nəsə etməli olduğunun şüurundadırlar. Bu səbəbdən əsl İslama yaraşan dəyişikliyin vacibliyini görürlər.
Bu dəyişikliyinin gözəl və önəmli nəticələri olacaq. Əsl İslamın başa düşülməsi üçün əlbəttə dünya səviyyəsində dəyişilməli çox şey var. Lakin ilk öncə bir qisim müsəlmanların illərlə yanlış mənbələrə əsaslanıb formalaşdırdıqları zövqsüz və keyfiyyətsiz İslam modelini aradan qaldırması lazımdır. Müsəlmanlar gözəl və keyfiyyətli geyimə üstünlük verən, mehriban həyat anlayışını, xüsusilə sənətə və elmə əhəmiyyət verən tərəflərini inkişaf etdirdikcə, şübhəsiz ki, dünya səviyyəsində daha çox qəbul ediləcək. Keyfiyyətsiz həyat yaşayan, insanlığın dəyər verdiyi gözəlliklər olan sənətə, musiqiyə, elmə qarşı olan və hər fürsətdə ətrafına nifrət saçan müsəlman modelinin, xüsusilə, müsəlmanların azlıq təşkil etdiyi ölkələrdə reaksiya görməsi təəccüblü deyil.
Dolayısilə İslama qarşı ön mühakimədə mövcud cəmiyyətlərə bütün təqsiri yönəltmək əvəzinə, xurafatlardan irəli gələn İslam inancının gətirdiyi nəticələri sorğu-sual etmək daha düzgündür.
Rusiyada həyata keçirilən yuxarıda qeyd edilən təşəbbüsdə geyim modellərinin həm qapalı, həm də açıq qadınlara xitab etməsi, tanıtım üçün ölkə səviyyəsində məşhur aktyorların və sənətçilərin iştirakı, musiqi və sənət dünyasından bəzi məşhur isimlərin bu tanıtımda yer alması və xüsusilə bütün bu mövzularda müsəlman qadınların öncülük etməsi təqdirəlayiqdir. Rus cəmiyyətinin İslamda qadına böyük dəyər verildiyini görməsi gözəl nəticə verəcək. Bu cəmiyyət içində lazımsız yerə formalaşdırılmış qorxuları aradan qaldıracaq, dəyərli rus xalqının daha rahat və əmin-amanlıq içində yaşamasına səbəb olacaq.
Dövrümüzdə xüsusilə müsəlmanların azlıq olduğu cəmiyyətlərdə müsəlmanların sevgi insanları olaraq ön plana çıxması hər zamankindən daha çox əhəmiyyət kəsb edir. Qeyd edilən cəmiyyətlərdə İslam əleyhdarlığının konkret səbəblərini görməzdən gələrək, ölkədə yaşayan insanların qorxularını anlamayaraq sevgi və sülh zəmini yaratmaq mümkün deyil. Bu zəmini formalaşdırmaq üçün isə müsəlmanların keyfiyyət və sevgiyə önəm verən, hər inanca hörmət edən insanlar olduğunun isbat etməsi şərtdir. Bunun üçün həyata keçirilən hər təşəbbüs bu sahədəki cəhdləri bir addım irəli aparacaq. Lakin əlbəttə ki, əsas vacib olan xurafatlara əsaslanan İslam təhsilini aradan qaldıracaq düzgün təhsilin mənimsənilməsi və yayılmasıdır.
1. http://www.nytimes.com/video/world/europe/100000003811381/muslim-image-makers-made-in-moscow.html
Adnan Oktarın «Pravda.ru» saytında dərc edilən məqaləsi:
http://english.pravda.ru/opinion/columnists/07-08-2015/131606-islam_religion_peace-0/