Bir həqiqət heç vaxt unudulmamalıdır ki, yarım əsrdir insanları aldadan Darvinizm fitnəsinin qaynağı olan dəccal, Allahın nəzarətində olan bir varlıqdır. Dəccaliyətin, yəni masonluğun fitnəsi, səmimi iman edənlər xaricində, hardasa bütün insanları təsiri altına sala biləcəyi böyüklükdə bir fitnədir. Lakin masonların hiyləsi nə qədər böyük olursa-olsun, bir həqiqəti unutmamalıyıq ki, qurulan bütün hiylələrə ən gözəl cavabı Uca Allah verəcək. Allah, insanları sınamaq, saleh müsəlmanları üzə çıxartmaq, onları öyrətmək və bir çox hikmətin gərəyi olaraq şeytanın yer üzündəki fəaliyyətlərini və bir sözlə dəccaliyəti də taledə yaratmışdır və dəccaliyəti mütləq məğlub olacaq şəkildə yaratmışdır. Bu səbəbdən inkar edənlərin hiylələri, Allahın icazəsi ilə, heç vaxt müvəffəqiyyət qazana bilməyəcək. Allah, bir ayəsində bu sirri belə xəbər verir:
Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)
Tarix boyu inkar edənlər və insanları inkara sövq edənlər müxtəlif hiylələr qurmuşlar. Ancaq qurulan bütün hiylələr, Allahın vədinə görə lazımınca pozulmuş və öz sahibinə dönmüşdür. Bu, Allahın bir qanunudur. Rəbbimiz, ayələrində belə bildirir:
... Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 42-43)
Eyni son, dəccal sistemi olan masonluğun qurduğu hiylələr və onun fikir sistemi üçün də keçərlidir. Darvinizm, insanları Allahın yolundan azdırmaq üçün masonlar tərəfindən qurulmuş xüsusi bir hiylədir. Ancaq qurulan hiylələr nə qədər böyük, qurulan planlar nə qədər əhatəli və təsirli olursa-olsun hamısı Allahın nəzarəti altındadır. Dəccal da, onun hiyləli nizamı da yalnız Allahın istəyi ilə mövcuddur. “Amma Allah istəməyincə, siz də istəyə bilməzsiniz! …” (İnsan surəsi, 30) ayəsiylə də buyurulduğu kimi, Allah istəmədikcə heç kim bir şey istəyə bilməz, hiylə qurmağa da, hiyləni həyata keçirməyə də şübhəsiz heç kimin gücü çatmaz. Darvinizm, hal-hazırda eyni vəziyyətdədir. Dəccalın qurduğu bu hiylə, Allahın istəyi ilə pozulmuşdur. Darvinistlər, qurduqları çirkin planın əvvəldən pozulmuş kimi yaradıldığını bilmədiklərindən, təbliğatlarının təsirli olduğunu gördüklərində boş bir sevincə qapılmış və müvəffəqiyyətə nail ola biləcəklərini zənn etmişlər. Allahın onları mütləq məğlubiyyətə uğradacağını, bütün dünyaya hökm etdikləri vaxtda bir anda lağ olunmalı vəziyyətə düşəcəklərini təxmin belə etməmişlər. Allahın yaratdığı qanunun, haqq olanın, mütləq qalib gələcəyini başa düşməkdən uzaqdırlar. Hiylələr müvəffəqiyyətsiz olduqca yeni hiylələr arxasınca qaçarlar, lakin bunların da pozulmuş olaraq yaradıldığını başa düşmürlər. Halbuki dəccalın bütün azğın sistemi, mütləq məğlubiyyətə uğrayar və uğrayır. Allah, inkarçıların qurduğu hiylələrin özlərinə geri dönəcəyini Quranda belə bildirmişdir:
Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)
Bu gün Darvinizm müdafiəçisi olmaq, sanki bir utanc vəsiləsidir. Darvinist nəşrlərin yeni saxta xəbərlərinin daima gündəmdə olma səyləri, darvinistlərin çarəsizcə konfrans verə bilən adam axtarışları, əllərində ara fosil olmadığına görə, üzərində yalnız xəyali şəkillərin olduğu karton afişalarla təkamül sərgiləri keçirmək, darvinist elm adamlarının, yaşayan fosil sərgilərinə və ya “Yaradılış Atlası”na verdikləri reaksiyaları əbəs yerədir. Artıq iş işdən keçmişdir. Darvinizm elm tarixinin ən böyük məğlubiyyətinə uğramışdır. Allahın istəyi ilə bu hiylə pozulmuşdur. Allah, haqqı, haqq olaraq gücləndirib bütün yer üzünə hakim edəcək. Allah bir ayəsində belə buyurur:
... Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)