Əgər bir insan Allah`ı inkar edir, yaradılışa inanmır, bu dünyanın sonu olacağına və ölüm ilə birlikdə yenidən yaradılacağını qəbul etmir və bütün həyatının bu dünyadan ibrət olduğunu sanırsa, bu insan hər zaman narahatlıq və sıxıntı içərisindədir. Ola bilsin ki, özü bu vəziyyətə əhəmiyyət verməməyə, dünyanın ləzzətini çıxarmağa çalışır. Sabahı düşünmədiyini, yalnız bu anı yaşadığını iddia edir. Halbuki şüur altında daim “yox olma”nın narahatlığını yaşayır. Mütləq varlığına inanadığı bu dünya həyatı get-gedə ondan uzaqlaşır, hər an ölüm yaxınlaşır. Ölümdən sonra isə batil inancına görə, yox olacaq. Bu isə o adamı, həqiqi mənada, lərzəyə salır.
Allah`ı inkar edən insanın yaşadığı qorxu yalnız yox olmaq deyil. Yaradılışı rədd edən, hər şeyin təsadüflər nəticəsində yarandığını zənn edən, bu səbəbdən özünün də, kainatın da başıboş olduğuna inanan insan üçün hər şey dəhşət vericidir. Ayaqlarımızın altında qaynayan lava təbəqəsi yerləşir, dünya isə kosmos boşluğunun içində çox böyük sürətlə dönüb fırlanır. Əgər hər şey təsadüfdürsə, nizam yoxdursa, onda hər an dünyaya bir meteorit çarpa bilər, yaxud bir böyük fəlakət bütün dünyanı məhv edər. Bizim yaşamağımız üçün əlverilşli olan milyardlarla həssas nizam və tarazlığın hər hansı biri pozulsa, həyat məhv olar. Buna görə də təsadüfən yarandığına inan insan üçün hər şey təhlükə altındadır və dəhşət vericidir. Təsadüfən atdığına inandığı ürək, damarlar, gözləri hər an təhlükə altındadır. Bu insanlar sahib olduqları tək şeyin bu dünya həyatından ibarət olduğuna inanırlar. Ayədə ifadə edildiyi kimi, “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirildiləcək deyilik.” (Muminun surəsi, 37)
Bu yanlış məntiqə sahib olan insanların məqsədi isə yalnız dünya həyatından mümkün olduqca faydalanmaqdır. Buna görə də belə insanlar var gücü ilə yox olmadan əvvəl başıboş zənn etdiyi dünyada qala bilmək üçün bütün imkanlarını səfərbər edirlər. Onların bir çoxu isə isə imkanlarını həyatda qala bilmək üçün və ya dünya zövqləri üçün deyil, müsəlmanlarla mübarizə aparmaq üçün istifadə edirlər. Dünya həyatında əldə etdikləri bütün gücü, pulu, imkanı, qısaca, Allah`ın özlərinə verdiyi hər şeyi yalnız Allah`a və dinə qarşı mübarizə aparmaq üçün, müsəlmanları zəiflətmək və onlara əziyyət verə bilmək üçün xərcləmələri çox qəribədir.
Uca Rəbbimiz bu həqiqəti ayələri ilə belə xəbər vermişdir:
İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar. (Yunus surəsi, 21)
Çətinlik anında Allah`ın qudrətini görüb təqdir edən inkarçılar rifaha çatdıqda Uca Allah`ın öz fəzilindən lütf etdiyi rəhmətini özlərindən zənn edirlər, rifah və güc sahibi olduqlarına ağılsızcasına inanaraq bütün güclərini müsəlmanlara qarşı mübarizəyə yönəldirlər. Allah bu insanları müsəlmanların imtahanı üçün xüsusi yaratmışdır. Onların varlıqları Allah`ın böyük dəlillərindən biridir.
Uca Allah Quran əxlaqına görə yaşamaq istəməyən bəzi inkarçıların bütün güclərini Allah və müsəlmanlara qarşı mübarizə üçün istifadə edəcəklərini Quranda xəbər vermişdir. Bu ayələrdən bəziləri belədir:
Şübhəsiz ki, kafir olanlar (insanları) Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar. (Ənfal surəsi, 36)
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)
Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər. (Nisa surəsi, 27)
O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər. (İbrahim surəsi, 3)
Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. Onlar dedilər: “Bir-birinizin yanında Allah’a and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər. (Nəml surəsi, 48-50)
Onlar Allah’a çox möhkəm and içdilər ki, özlərinə qorxudan (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah’ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah’ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 42-43)
Ey iman gətirənlər! Siz-lərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz (nazil olan) kitabların hamısına inanır-sınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allah’dan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir. (Ali İmran surəsi, 118-120)
İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını (təkəbbürlə )o yan bu yana çevirir ki, (insanları) Allah’ın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Həc surəsi, 8-9)
Məgər Allah’ın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. (Loğman surəsi, 20)
Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız. (Ənam surəsi, 121)
Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. (Bir görəydin) Mənim cəzam necə oldu! (Mümin surəsi, 5)
Özlərinə bir dəlil gəlmədən Allah’ın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir. (Mömin surəsi, 35)
İnkarçılar dünya həyatının keçici nemətlərindən əsla zövq ala bilməzlər
Uca Rəbbimiz Quranda dünya həyatını bəzək, keçici zövq, oyun və əyləncə kimi ifadə edir. Allah və axirəti inkar edərək yalnız bu dünya üçün yaşadıqlarını iddia edən insanların ilk baxışda dünya həyatının bəzək və keçici zövqlərindən faydalandıqları, dünya həyatını arzuladıqları şəkildə zövq və xoşbəxtlik içində yaşadıqları düşünülə bilər. Halbuki həqiqət heç də belə deyil. Dünya həyatının guya zövqünü çıxarmaq üçün Allah`ı inkar edən insanlar üçün, əslində, dünya həyatı əzaba çevrilir. Bu insanlar yaşadıqları hər an yox olacaqlarını düşünərək narahatlıq içindədirlər. Ölən bir ağcaqanad belə onlara əvvəl-axır görüşəcəkləri ölümü xatırladır. Ölüm onlar üçün ən böyük qorxudur. Çünki özlərinə görə, tək sahib olduqları dünya əllərindən gedəcək və varlıqlarından əsər qalmayacaq. Belə düşüncəyə sahib insanın yaşadığı andan zövq ala bilməsi necə mümkündür? Əlbəttə, mümkün deyil. Yox olub gedəcəyini düşünən bir insan bu dünyada ona zövq verilən hər şeydən əslində böyük narahatlıq duyur. Bol-bol var-dövləti olsa da, buna sahib olmaq, bunları xərcləmək də mütləq ona acı və sıxıntı verəcək. Musiqi dinləmək, yemək yemək, əyləncə yerlərində vaxt keçirtmək, tətilə getmək, səyahət etmək, restoranda yoldaşları ilə vaxt keçirmək, evlənmək, ev, avtomobil, torpaq, qısaca, dünyada sahib olacağı hər nemət onu mütləq narahat edəcək. Təsadüfən meydana gəldiyinə, hər şeyin başıboş və idarəsiz olduğuna inandığı üçün sonsuz qayğı və sıxıntı içindədir. “Yox olma” duyğusu bütün qayğıların üstündədir. Yalnız bir an belə yox olub gedəcəyini ağlına gətirsə, o mütləq xoşbəxtliyini, sevincini itirəcək. Yaşadığı o anın, o həyatın heç bir mənası qalmayacaq. Özünə xoşbəxtlik verəcəyinə inandığı şeylər ona sıxıntı verəcək. Musiqi onu hirsləndirəcək, əyləncə mühitləri onu sıxacaq, mal yığmaq narahatlıq gətirəcək. İnsanlara özünü göstərmək üçün aldığı avtomobilinə minmək, gözəl mənzərə görmək, evi, evin dizaynı, hətta yoldaşı, uşağı və yaxın qohumları daxil olmaqla, onun üçün hər şeydə bir əksiklik olacaq və öz dəyərini itirəcək. Düşünmək istəmədiyi o ölüm anı hər saniyə bir az daha yaxınlaşır. Bu səbəbdən hər keçən an onun üçün daha çox qorxu, daha çox qayğı və daha çox narahatlıq gətirir.
Uca Rəbbimiz inkarçıların dünyaya aid zövqləri istifadə edərkən, əslində, böyük sıxıntı çəkdiklərini bir ayədə belə xəbər verir:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)
Başqa bir ayədə isə Rəbbimiz yaşadıqları sıxıntılara görə bu kəslərə cəhənnəm əzabının bir qisminin dünyada verildiyini xəbər verir:
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər. De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”. (Nəml surəsi, 71-72)
Zövq almaq və xoşbəxtlik ancaq Allah sevgisi ilə mümkün olar. Bir insan musiqidən, insandan, çiçəkdən, gözəl mənzərədən, yaşadığı mühitdən, əyləncədən, dostluqdan, alverdən, söhbətdən ancaq içindəki iman sevinci ilə zövq ala bilər. Bütün bunlardan zövq alması üçün içinin rahat olması, vicdanının dinc olması şərtdir. Ürəyi və vicdanı rahat olmayan bir insanın həqiqi mənada xoşbəxt ola bilməsi, zövq ala bilməsi mümkün deyil. İman sevinci isə ancaq Allah`ı çox sevən, Allah`dan çox qorxan, yaşadığı hər anın Allah`ın lütfü olduğunu bilən bir insanın Allah`a qarşı vicdanının rahat, içinin dinc olması ilə mümkün ola bilər. Əslində, hər insan bunu bilir. İnkar edənlər də daxil olmaqla, hər insan vicdanına görə hərəkət etməli olduğunu çox yaxşı bilir. Vicdanının səsini Uca Allah hər kəsə ilham edir. Lakin bu insanlar vicdanlarının səsinə qulaq asmadıqları, doğru olanı seçmədiklərinə görə heç bir zaman daxili rahatlıq və xoşbəxtliyinə qovuşa bilməz. Tam əksinə, yaşadıqları şey hər zaman qorxu, qayğı, narahatlıq və kədər mənbəyidir.
Dünya həyatını qorxu içində yaşayan inkarçıların Allah`a və müsəlmanlara qarşı mübarizəyə aparmağa cəhd etmələri möcüzədir
İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar. (Yunus surəsi, 21)
Yunus surəsinin 21-ci ayəsində göründüyü kimi, özlərinə nemət verilən inkarçılar dərhal Allah`ın ayələrinə qarşı çıxmaq, müsəlmanları gücdən salmaq üçün səy göstərirlər. Digər ayələrdə də gördüyünüz kimi, bu inkarçılar haqqa qarşı böyük və ciddi mübarizə aparırlar. Allah bir ayədə buyurur:
Şübhəsiz ki, kafir olanlar (insanları) Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki… (Ənfal surəsi, 36)
Öz ağılları ilə müsəlmanları zəiflətmək, Quran əxlaqının yer üzünə hakim olmasına mane törədə bilmək üçün ən dəyər verdikləri dünyəvi mallarını, imkanlarını xərcləməkdən çəkinmirlər. Tək sahib olduqlarının dünya həyatı olduğunu zənn etmələrinə baxmayaraq, bütün vaxtlarını müsəlmanlara tələ qurmaq, onlara qarşı mübarizə aparmaq üçün istifadə etməkdən qorxmurlar. Bütün enerjilərini müsəlmanlara qarşı pislik etmək üçün sərf edirlər. Bu, həqiqətən, böyük bir möcüzədir.
Əslində, Quran əxlaqına qarşı mübarizə aparan bir insanın bunlara gücü çata bilməz. Yaşadığı bu məhdud həyatda bir gün mütləq yox olacağı narahatlığı ilə heç bir zaman rahat olmur onsuz da. İmansız olduğu, axirətə inanmadığı, Allah`a güvənmədiyi və hər zaman qorxu və narahatlıq içində yaşadığından, bu adam öz canını qiymətli görməsi lazım idi. Əlindəki dünyəvi dəyərlərini, pulunu və digər imkanlarını müsəlmanları gücsüzləşdirmək üçün xərcləməməsi, tələlər üçün vaxt ayıra bilməməsi, belə bir işdə taqəti qalmaması lazım idi. Belə insan özünə görə əyləncəyə dalar və qalan vaxtını öz dünyasını zövqlə əyləndirərək keçirər. Lakin bunu edə bilmir. Çünki Allah onları müsəlmanlarla mübarızə aparmaq üçün xüsusi yaratmışdır. Bu onların qədərlərindəki vəzifədir. Bu insanların bütün qorxularına baxmayaraq, bütün dünyəvi imkanlarını Allah`a və Allah tərəfdarlarına qarşı mübarizə üçün səy göstərmələri, ölümdən bu qədər dəhşətlə qorxarkən müsəlmanları yox etmək uğruna onlara qarşı mübürizə aparmaları Allah`ın onları imtahan etmək üçün xüsusi yaratdığının çox açıq dəlilidir. Ayədə ifadə edildiyi kimi, müsəlmanlara nizam və tələ qurmaq bu insanlara bəzəkli və cazibədar göstərilmişdir:
Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar (doğru) yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz. (Rad surəsi, 33)
İnkarçıların tələləri ən mükəmməl şəkildə planlansa da, mütləq öz hədəfinə çatmayacaq.
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allah`a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)
Uca Allah`ın adətullahına görə, Allah dostu saleh möminlər hər zaman güclü və üstündürlər. İnkarçıların bilmədiyi ən böyük sirlərdən biri də heç zaman Allah tərəfdarlarını məğlub edə bilməyəcəkləridir. Ona görə də, inkar edənlər istədikləri qədər hiylə qursunlar, möminlərin əleyhinə planlar təşkil etsinlər, yenə də heç zaman özlərini gözləyən əzablardan xilas ola bilməyəcəklər. Əlbəttə, Allah onları hər tərəfdən əhatə etmişdir. Bütün gücün sahibi Uca Rəbbimiz qarşısında tam acizdirlər. Allah yolunda səy göstərən müsəlmanların əleyhinə etdikləri hər pisliyin mütləq qarşılığını görəcəklər. Cənabi Allah ayəsində belə buyurur: