Allah sevgisi və Allah qorxusu birlikdə olmalıdır
ucgen

Allah sevgisi və Allah qorxusu birlikdə olmalıdır

1499
Bəzi insanlar  din əxlaqını yaşamaq və Allah’ın razı olacağı bir insan olmaq üçün yalnız Allah sevgisinin kifayət etdiyini zənn edirlər. Amma Allah Quranda razı qaldığı təqvalı qullarının Allah’ı çox sevmələri ilə bərabər, Özündən güclərinin çatdığı qədər qorxub çəkindiklərini bildirir. Allahı bütün sifətləri ilə tanıyan, Onun böyüklüyünü lazımınca qiymətləndirə bilən, ağıllı və vicdanlı  hər bir insan Allah’dan gücü çatdığı qədər qorxub çəkinər. Allah Özündən qorxub çəkinən qullarına doğrunu yanlışdan ayırd edə bilmək qabiliyyəti verir. Allah’ın hökmlərinə qüsursuz tabe olması, hər zaman vicdanlı davranması ona güc qazandırır. Allah iman  gətirənlərə bəxş etdiyi bu nemətini Quranda belə bildirir:
 

“Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!” (Ənfal surəsi, 29)

 
Məsələn, Allah’dan qorxub çəkinən bir insan əsla yalan danışmaz. Mənafelərinə zidd olsa belə, Allah’ın rizasını qazana bilməməkdən və ona  verəcəyi qarşılıqdan qorxub çəkinər və dürüst davranar. Bir anlıq qəflət nəticəsində səhv bir şey söyləsə belə, dərhal günahından ötrü Allah'a tövbə edər və səhvini düzəldər. İnsanın çox böyük ehtiyac içində olmasına baxmayaraq, haram yollardan pul qazanmağa əsla yanaşmaması da yenə Allah qorxusundandır.
 
 
Allah qorxusu olmayan hər insanın özünə görə bir həddi vardır, o həddə qədər dürüst və doğru olsa belə, bir məqamdan sonra nəfsinə görə davranmağa başlayır. Allah’dan qorxub çəkinən bir insan isə nə qədər çətin vəziyyətdə qalsa da, heç bir zaman Allah’ın razı olmayacağı bir yolu seçməz. Hər hansı bir çətinliklə qarşılaşdıqda Allah’a güvənər, ona çıxış yolu göstərməsi üçün dua edər və təvəkküllü davranar.
 
Allah qullarını sevən, onlar üçün gözəllik diləyən, onları bağışlayan, mərhəmət edən, onlara yardım edən və əvəzsiz lütf edəndir. Müşriklər və inkar edənlər isə Allah’ın rəhmətindən uzaqdırlar. Sonsuz ədalət sahibi olan Rəbbimiz Özünə səmimi qəlblə iman gətirən saleh qullarını dünyada və axirətdə rəhməti ilə mükafatlandıracaq, inkar edənləri isə cəhənnəm əzabı ilə əzablandıracaqdır.
 

“Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah, sizin nə etdiklərinizi görəndir.” (Hədid surəsi, 4)

 
Rəbbimizin sonsuz gücünü və axirətdəki sonsuz əzabını layiqincə qiymətləndirə bilən insan həyatının hər anında, etdiyi hər işdə Allah’dan daxilən titrəyərək qorxar. Bu qorxu səbəbilə Rəbbimizin razı olmadığı davranışlardan qəti şəkildə çəkinər. Amma bir tərəfdən də Allah’a səmimi bir sevgi və sədaqətlə bağlanmış olmasına görə Allah’ın günahlarını bağışlayıb tövbələrini qəbul edəcəyini, Allah üçün cəhd göstərdiyinə, çalışdığına görə onu cənnətlə mükafatlandıracağını ümid edər. Quranda iman gətirənlərin bu əxlaqı belə bildirilir:
 

“Rəbbindən görmədən qorxanları isə bağışlanma və böyük mükafat gözləyir.” (Mülk surəsi, 12)

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün.” (Ali-İmran surəsi, 102)

 
Allah’ı səmimi sevən hər bir mömin Allah’ın əzabından, Allah’ın rizasını və sevgisini itirməkdən böyük  qorxu hissi keçirər və buna görə də həyatı boyu çox ciddi və səmimi çalışar. Allah Quranda bu əxlaqda olan möminləri belə müjdələyir:
 

“Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar.” (İsra surəsi, 19)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr