İnsanların ürəklərinə sevgi və dostluq verənin Allah olduğu bir çox ayədə bildirilər. Məsələn, Allah bir ayədə möminləri bir yerə gətirənin, onların arasını düzəldib onları qardaş olaraq birləşdirənin Özü olduğunu belə bildirmişdir:
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə
olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)
Allah başqa ayələrində isə, iman edənlərə sevgi verənin, onlara sevgi həssaslığı verənin Özü olduğunu bildirməkdədir.
Qatımızdan ona bir sevgi həssaslığı və təmizlik (də verdik). O, çox təqva sahibi biriydi. (Məryəm surəsi, 13)
İman edənlər və saleh əməllərdə olanlar isə, Rəhman (olan Allah), onlar üçün bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə sizə öz nəfslərinizdən yoldaşlar verməsi və aranızda bir sevgi və mərhəmət yaratması da, Onun ayələrindəndir. Şübhəsiz, bunda düşünə bilən bir qövm üçün, həqiqətən, ayələr vardır. (Rum surəsi, 21)
Allah, düşmənçiliyi olan kəslərlə də möminlər arasında bir sevgi yaradacağını söyləyir. Bu həm möminlərin, həm də digər bütün insanların ürəklərinin Allaha aid olduğunu göstərən bir başqa ayədir.
Bəlkə, Allah sizlərlə onlardan özlərinə qarşı düşmənçilik bəslədikləriniz arasında bir sevgi bağı yaradar. Allah güc çatdırandır. Allah çox bağışlayandır, çox əsirgəyəndir. (Mumtəhinə surəsi, 7)
İnsanların ürəklərinə sevgi və dostluq verənin Allah olduğu bir çox ayədə bildirilir. Məsələn, Allah bir ayədə möminləri bir yerə gətirənin, onların arasını düzəldib onları qardaş olaraq birləşdirənin Özü olduğunu belə bildirmişdir