Bir çox ayədə inkar edənlərin ürəklərinə qorxu verildiyi Quranda belə xəbər verilir:
Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam.…" (Ənfal surəsi, 12)
Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri! (Həşr surəsi, 2)
Bu ayələrdə bildirilənlər Allahın yaratdığı bir möcüzədir. Allah möminlərə qarşı gələnlərin, Allaha və din əxlaqına qarşı mübarizə aparanların ürəklərinə qorxu verərək onların güclərini azaltmaqda, dinə qarşı mübarizə imkanlarını daraltmaqdadır. Möminlərin bu ayələr üzərində düşünmələri və özləri üçün bəzi ibrətlər çıxarmaları çox əhəmiyyətlidir. Çünki daha əvvəlki mövzularda da toxunulduğu kimi, bütün insanların qəlbləri Allahın əlindədir və Allah kimə diləsə, onun ürəyinə dilədiyini ilham edər. Möminlərə düşən insanlar üzərində bir təsir meydana gətirməyə çalışmaq deyil, yalnız səmimi olmaqdır. Məsələn, bir mömin bir insanı Allahın ayələri ilə xəbərdar edib qorxutmaqla məsuldur. Ancaq o insan özünə din əxlaqı yaxşı izah edildiyi üçün hidayət tapmaz. Ona hidayəti Allah verər. Eyni şəkildə, mömin özünü təhlükələrdən qoruya bilməz. Və ya düşmənlərini qorxutma gücünə sahib deyil. Amma Allah möminlərin səmimiyyətləri və Allah yolundakı səylərinin qarşılığında onları Öz Qatından göndərdiyi yardımlarla qoruyar. Məsələn, bu ayələrdə də bildirildiyi kimi düşmənlərinin ürəklərinə qorxu salar və beləcə onların başlarının özlərinə qarışmasını təmin edər. Beləcə, möminlərin üzərindəki təhlükələri qaldırar.
Allah, inkar edənlərin ürəklərinə çox fərqli qorxular verə bilər. Onların ürəklərinə ölüm qorxusu, gələcək qorxusu, yaralanma və ya bir orqanını itirmə qorxusu, ac qalma qorxusu, hər an bir fəlakətə uğrama qorxusu, sevdiklərini itirmə qorxusu kimi yüzlərlə qorxu sala bilər.
İnkar edənlər özlərinə Allahı dost və vəkil əldə etmədikləri, etdiklərinin və əldə etdiklərinin tək sahibi olaraq özlərini gördükləri, axirətə inanmayaraq dünyaya sıx bağlandıqları üçün rahatca bu qorxulara qapılarlar. Məsələn qazanclarının pisə getməsi, pulsuz qalmaq onlar üçün ən böyük qorxulardan biridir. Və ya axirətə inanmayaraq dünyaya şiddətli bir bağlılıqla bağlı olduqları üçün ölüm onlar üçün bir son deməkdir. Bir heçlik olacaqlarını və hər şeylərini itirəcəklərini düşündükləri üçün ölümdən çox çox qorxarlar. Bu qorxuları isə onları zəiflikləri olan, gücsüz insanlar halına gətirər. Allah, Özünə ortaq qaçdıqları üçün inkar edənlərin ürəklərinə qorxu salındığını və bu insanların uğradıqları sonu belə bildirər:
Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir! (Ali-İmran surəsi,151)