Big Bang da bütün canlılığı və bütün kainatı da yaradanın Allah olduğu gerçəyi, (Haşa) şərhsiz qalmaqdan və ya daha əvvəlinə cavab tapa bilməməkdən qaynaqlanmaz. O zaman bütün canlılığı və kainatın özbaşına olduğu, sadəcə əvvəlinə şərh etmək lazım olduğu kimi nəticə çıxar ki, belə bir özbaşınalıq yer üzündə yoxdur (Allahı tənzih edirik).
Bütün kainat, yer üzündəki bütün canlılar bir şeyə işarə edərlər. Araşdırıldıqca fövqəladəlik olduğu aydın olar. Kainatdakı tarazlıq, dünyadakı nizam, başlı başına canlılıq, canlının tək bir hüceyrəsi, tək bir atom, sahib olduqları fövqəladəliklərlə bir mesaj verər insanlara. Bir ağıl var deyirlər. Bu ağıl sizdən, sizin görüb bildiyiniz hər şeydən üstün deyirlər. Aləmlər içində aləmlər yaradan, atomun içində belə ağlını və ucalığını göstərən üstün Gücə işarə edirlər. Onların göstərdiyi işarələrdən çıxan nəticə var. Və bu nəticə, bizi Uca Allahın varlığına aparır.
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 191)
Bunu görmək üçün insanın kainatın başlanğıcına qədər getməsinə ehtiyac yoxdur. Tək bir hüceyrə, tək bir saç teli, tək bir atom belə insanın Allahın varlığını və böyüklüyünü görməsi və iman etməsi üçün kifayətdir. Əlbəttə, kainatın Big Bang ilə yaradılışı çox böyük bir hadisədir, möhtəşəm gözəllikdir. Allah bu vəsilə ilə qüdrətini və üstün gücünü göstərir.
“Bu elmə daxil olmaz” iddiası da çox axmaq iddiadır. Elm onsuz da Allahın yaratdıqlarını araşdırmaq üçün vardır. Onların verdikləri mesajın böyüklüyünü görə bilməyi təmin edər. Allahın ucalığını və böyüklüyünü daha yaxşı qavraya bilməyi təmin edər.