İnsanların ən böyük yanılmalarından biri hər şeyi səbəblərə bağlı olaraq düşünmələridir. Məsələn, daha əvvəlki mövzularda da bəhs edildiyi kimi, mallarını Allah yolunda xərclədiklərində pullarının qalmayacağını zənn edərlər. Halbuki, Allahın yaradılışında onların bilmədikləri bir sirr vardır və Allah infaq edənlər üzərində dünyada və axirətdə nemətlərini artıracağını bildirir. Allah bunları, əlbəttə ki, səbəblərə bağlıymış kimi göstərir. Məsələn, infaq etdiyi üçün bərəkəti artan bir insanın işlərinin düz getməsini təmin edər, işlərini asanlaşdırar və qazancını artırar. Ya da bir insan əvvəlki mövzuda da söylənildiyi kimi, azğın bir insanı yumşaq sözlə razı edə bilməyəcəyini zənn edib, ona qarşı tək çarənin güc tətbiq etmək olduğunu düşünə bilər. Halbuki Allahın əmrinə uyan bir insan üçün, Allahın Quranda bildirdiyi sirlər tək həldir.
Quranda bunlara bənzər olaraq verilən sirlərdən biri də Allahın bir başqa əmridir:
Ey iman edənlər, sizə məclislərdə "yer verin" deyildiyi zaman, yer verin; Allah sizə genişlik versin. Sizə: "Durun" deyildiyi zaman da durun. Allah, sizdən iman edənləri və özlərinə elm verilənləri dərəcələrlə yüksəltsin. Allah, etdiklərinizdən xəbərdardır". (Mücadilə surəsi, 11)
Allah, bir yığıncaqda, yeni gələnlər üçün və ya izdihamın azaldılması üçün yer açılması lazım olduğunda, möminlərin bu çağırışa dərhal uymalarını əmr edər. Bu, həm incə düşüncə, həm fədakarlıq, həm də itaət göstəricisidir. Allah bu davranışın bir qarşılığı olaraq, möminlərə genişlik verəcəyini və onları dərəcələrlə yüksəldəcəyini bildirər. Allah hər insanın niyyətini və ürəyini əlində tutar. Allah bir davranışdan məmnun olduğunda, o insana dilədiyi hər şəkildə nemət və gözəllik verə bilər. Bu səbəblə, möminlər hər şeyin nəticəsini və qarşılığını Allahdan gözləyərlər. Bir yığıncaqda yer açdıqlarında, insanlardan təşəkkür və ya minnətdarlıq deyil, Allahın məmnuniyyətini və Onun ürəklərinə verəcəyi hüzur, genişlik və dərəcələrindəki artımı ümid edərlər.