ADNAN OKTARIN A9 TV-DƏKİ CANLI SÖHBƏTİ (12 DEKABR 2011; 22:00)
ADNAN OKTAR: Bax, Allah təala, Əraf surəsi, 32-33-cü ayələrdə buyurur: "De ki, Allahın qulları üçün üzə çıxartdığı zinəti"-zinət nədir? Bəzək əşyaları "…Və təmiz ruziləri kim haram etmişdir?" Kim haram edir? Xurafatçılar, müşriklər. Diqqət edin: “Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı"-yəni “Allah belə dedi” deyərək yalan danışağı-"və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur", deyir. Sən nə deyirsən? “Allah dedi” deyərək, Allah adına yalan danışırsan. "Ayə göstər" -deyirəm; "Yox" deyirsən. Xurafatdır? "Bol" deyirsən.
ADNAN OKTARIN A9 TV-DƏKİ CANLI SOHBƏTİ (3 NOYABR 2011; 20:00)
ADNAN OKTAR: Baxın, Əraf surəsi, 32-33-cü ayələr. "De ki; Allahın qulları üçün üzə çıxartdığı zinəti” -yəni bəzəkləri, gözəllikləri, müsəlmanların gözəl görünməsi üçün lazımlı hər cür vəsait-" və təmiz ruziləri ", halal olan yeməkləri kim haram etmişdir? Xurafatçılar haram edir. Quranla edir? Xeyr, xurafatla. Baxın, Allah təala deyir: "Haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi"-yəni Quran ayəsi olmadığı halda-"nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı", yəni Allah adına hökm vermənizi, bütlər yolu ilə Allah adına hökm uydurmanızı, ortaya hökm gətirmənizi, "və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi Allah haram etmişdir" deyir. Münafiq, xurafat tayfası qışqıra-qışqıra televiziyada bəzi kanallarda, bütün millətin gözünə baxa-baxa xurafat danışır. Baxın, "Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi Allah haram etmişdir." Quranda var mı? Yoxdur. “Haradan çıxardırsan? Bütdən çıxarıram”-deyir. Bunlar üç şeyə düşməndirlər, bir-Quran düşmənliyi, iki-Əhli-Beyt düşmənliyi, gizlicə də Rəsullah (s.ə.v)-ə düşməndirlər, bu alçaqlar. Üç düşmənlikləri vardır bunların, amma hiss etdirməzlər.