Əsl dost qullarının xoşbəxtliyini istəyən Allahdır
ucgen

Əsl dost qullarının xoşbəxtliyini istəyən Allahdır

1093

Qulları üçün dünya həyatını imtahan mühiti kimi yaradan Allah onlara saysız-hesabsız nemətlər bəxş etmişdir. Ehtiyacı olan və ya sevdiyi hər cür şərait hələ insan mövcud olmadan əvvəl onun üçün hazırlanmışdır. Nəfəs alacağı təmiz hava, göy üzündə uçan bir-birindən gözəl quşlar, çiçəklər, tayı-bərabəri olmayan nemətlər, sevdiyi insanlar, sevimli, gözəl heyvanlar, qüsursuz müvazinət sistemi və başqa bir çox şeyi Allah onun üçün yaratmışdır.

İnsan dünyaya gəldikdə ehtiyacı olan hər şeyi hazır tapır. Rahatlığı təmin olunmuşdur. Meyvələr, yeməklər, bütün dünya içindəki hər təfərrüatı ilə insanın həyat tərzinə uyğundur. İnsan isə bunları əldə etmək üçün demək olar ki, heç bir səy göstərmir. Mükəmməl müvazinət və nizamla qarşı-qarşıyadır. Bütün bunları ən incə təfərrüatına qədər onun üçün Rəbbimiz yaratmışdır.

Bunlarla yanaşı, imtahan mühiti olan dünya həyatı üçün qullarına yol göstərici kimi elçiləri vasitəsilə içində hər şeyi açıqladığı haqq kitab nazil etmişdir. “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq. (Ənam surəsi, 38) ayəsi ilə bildirildiyi kimi, Quran insanın ehtiyacı olan hər mövzunun və Allahın rizasını qazanmağın yollarının açıq-aydın izah edildiyi kitabdır. İnsan isə Allahın əmr və tövsiyələrini bildirdiyi Qurana uyğun əxlaqla yaşamalıdır. Allaha üz tutmuş qul kimi həyatını onun üçün sonsuz ağlı ilə ən gözəl nemətləri yaratmış həqiqi dostunun, yəni Allahın rizasına uyğun formalaşdırmalıdır. Sevilməyə, xatırlanmağa, təriflənməyə, güvənilməyə layiq olan, insana hər şeyi hələ o bunlardan xəbərsiz ikən bəxş edən yeganə dost Allahdır.

Allahın tək dost olduğunu bilən, Onun gücünə və qüdrətinə sığınmış, Onun üstün ağlına və rəhmətinə güvənən insanın yeganə vəkili də uca Allahdır. Heç bir şey ikən onu yaradan, nemətlərlə hər tərəfdən əhatə edən Allaha tam təslim olmaq imanın ən əsas xüsusiyyətlərindəndir.

Daima sonsuz gözəl əxlaqı ilə xeyir yaradan Allahdan başqa insanın heç bir dostu yoxdur. Ona görə, Quran əxlaqına uyğun yaşayan müsəlmanın həyatı boyu təvəkkül edəcəyi yeganə varlıq uca Allahdır. Allah: “Allaha təvəkkül et. Allahın vəkil olması kifayət edər! (Əhzab surəsi, 3) - deyə buyurmuşdur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr