ALLAH QATINDA ŞƏHİDLƏR DİRİDİRLƏR
ucgen

ALLAH QATINDA ŞƏHİDLƏR DİRİDİRLƏR

764

 

 

 

25 İyun 2012
(Adnan Oktar Ali İmran surəsi 168-173-cü ayələri təfsir edir)

 

"(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər". Elə olmasaydı ölməzdi, belə olsaydı ölməzdilər, - deyir insanlar, ayədə bu bildirilir. "De: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”. Ölüm mütləq gələcək, - deyir Allah.

"Allah yolunda öldürülənləri əsla ölmüş sanma". Şəhidlərə ölü demək haramdır. "Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir". Gözəl yeməklərlə. "Ölü deyillər", - deyir Allah. Normal ölənlər özlərinin öldüyünü bilir, "mən öldüm", - deyir. Şəhid bunu hiss etmir. Yəni diri olduğuna əmindir. Yaddaşını, hər şeyini Allah ona uyğun yaratdığına görə anlamır.

"Onlar Allah`ın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir. "Hər zaman sevinc içindədirlər. Daima sevinc var, nə kədərlənirlər, nə iztirab, nə çətinlik çəkirlər, daim nəşəlidirlər. "Arxalarınca gəlib hələ onlara çatmamış kəslər üçün" Yəni digər igidlər üçün, qoç pəhləvanlar üçün "fərəhlənirlər", kaş ki bu məkanı, mühiti biləydilər, bu sevinci yaşamağı biləydilər, eşq dolu gələydilər. "heç bir qorxu ilə qarşılaşmayacaqlar". Heç bir qorxu yoxdur. Əslində, dünyada günahkardır, amma şəhid olduqdan sonra hökm qalxır üstündən. Çox böyük rahatlıqdır. Daim savab qazanacaq şəkildə yaşayırlar orada. "və onlar kədərlənməyəcəklər".

"Onlar Allah`ın nemətinə, lütfkarlığına, həm də Allah`ın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər". Allah`ın vədinin doğru olduğunu müjdələyirlər. Cənab Allah yenə igidlərdən bəhs edir:

"Yaralandıqdan sonra" PKK gülləsinə tuş gəlir qoç pəhləvanların sinəsi, qıçı, qoluna güllə dəyir və ya bomba partlayır, ayağını qoparır. "Allah`ın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslər" hələ də cəhd etməyə davam edir, maşaAllah. "İçərilərindən yaxşı işlər görənlər". Hələ də gözəl əxlaqdan, şövqdən, Allah yolunda mübarizədən bəhs edənlər. "və (Allah`dan) qorxanlar üçün böyük mükafat vardır". Müharibə veteranı olub, yenə İslama möhkəm şəkildə bağlıdır. Hansı ki, "yenə gedəcəm" deyən qoç igidlər, aslanlar. Bir şəhid atası çıxıb dedi ki: "Mən şəhadətə inanıram, bir qram içimdə qəm-qüssə yoxdur. Allah, Kitab, Vətən, millət üçün getdi mənim övladım, halal olsun" deyir.

"(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır". PKK sizə qarşı toplanıb, kommunist köpəklər sizə qarşı toplanıblar, "onlardan qorxun!” - dedikdə". Deyirdilər ki, "şəhərdə hadisə törədəcəklər, verək xilas olaq". Bəziləri "bunlar zarafat etmir, İstanbulu yandıracaqlar, bunlar hər yeri yandıracaq. Nə istəyirlərsə, verək xilas olaq" deyirdilər. (Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. Bizim pəhləvan əsgərlərimiz isə, bax, bunu bunu deyir, maşaAllah.

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr