AmericanPublic TV 25 dekabr 2009 Adnan Oktar: Türk-İslam Birliyini iki il əvvəl söyləmişdim. Mən söylədikdən sonra türk ölkələri olan Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan kimi ölkələrlə və İslam ölkələri ilə vizalar ləğv edilməyə başladı. Vizanın ləğv edilməsi nə deməkdir? Bu xalqların insanları ilə türk insanlarının rahat görüşə bilməsi, rahat ticarət edə bilməsi, rahat ictimai əlaqələr içində olması deməkdir. Bir müddət sonra vizaların ləğv edilməsindən sonra da pasportlar ləğv ediləcək. Pasportların da ləğv edilməsi nə deməkdir? İslam ortaq bazarı kimi, türk ortaq bazarı kimi Türk-İslam Birliyi meydana gələcək. Bunun məqsədi yalnız siyasi, mənfəətə söykənən bir quruluş deyil; sevgi, şəfqət, mərhəmət, yoldaşlıq, dostluq, qardaşlıq duyğularının hakim olduğu bir birlikdir. Bu səbəbdən hamısının üstündə Allah sevgisi, Allah qorxusu və Allah sevgisi əsas olacaq. O zaman həyat bir məna qazanar. Yoxsa sırf yemək-içməklə, ticarətlə insanlar xoşbəxt olmur. İqtisadiyyatlar çökür, görürsünüz. İqtisadi böhranın ana səbəbi də sevgisizlikdir, eqoistlikdir, eqoizmdir və hamısının üstündə darvinizmdir. Amma darvinizmin yıxılması, sevgisizliyin getdikcə ortadan qalxması, şəfqətin, mərhəmətin, sevginin dünyaya hakim olması sürətlə yayılır. Dolayısı ilə Türk-İslam Birliyi də 10-20 il içərisində tamamilə birləşmiş olacaq, inşAllah.
Hilal TV, 27 dekabr 2008 Adnan Oktar: Türkiyənin öndərliyini qəbul etməyən heç bir İslam ölkəsi mən indiyə qədər görmədim. Türkiyənin liderliyini qəbul etməyən heç bir Türk dövləti də görmədim indiyə qədər. Daha yeni, Qazaxıstandan yenidən dedilər, Türkiyə lider olsun deyə. Bütün Türk dövlətləri Türkiyənin lider olmasını istəyir. Azərbaycan can atır, hətta Ermənistan belə Türkiyə ilə birləşmək istəyir. Qapılarımızı açaq, birlik olaq deyirlər. Bizim təbii, bu yazılarımızdan sonra, bu izahlarımızdan sonra bu cəsarəti tapdılar və bu düşüncəyə düşdülər. Ermənistan, Gürcüstan, hətta Litva və Rusiya da Türk birliyində iştirak edəcəklər. Türk-İslam Birliyində iştirak edəcəklər, inşAllah |