Hz. Mehdi (ə.s) zamanındakı cahil alimlərin vəziyyəti
ucgen

Hz. Mehdi (ə.s) zamanındakı cahil alimlərin vəziyyəti

1063

Peyğəmbər (s.ə.v) qiyamət əlamətlərindən biri olaraq elmin ortadan qalxıb cəhalətlə əvəz olunacağını söyləmişdir: Allah Təala elmi sizə lütf etdikdən sonra (yaddaşınızdan) zorla çəkib almaz. Lakin alimləri elmləri ilə birlikdə cəmiyyət içindən çəkib alar, ruhlarını təslim edər. Artıq qara cahil zümrə qalar. Xalq bunlardan dini ehtiyaclarına uyğun suallar soruşar, onlar da (ayə, hədis fərqi olmadan) öz düşüncə və arzularına görə qərar verib, həm özlərini, həm də başqalarını azdırarlar. (Buhari Tecrid-i sarih: 2174)

• "Dəccala İsfəhan yəhudilərindən yaylıqlı (sarıqlı və cübbəli) yetmiş min adam tabe olacaq." (Müslim, Et-Tac Ali Nâsıf el-Hüseynî, c.5/səh.627) 

• "Ümmətimdən başı sarıqlı yetmiş min alim dəccala tabe olacaq". (Mevsuatu's sunne, El-kütüb’s-sitte ve Şüruhuha 22, Müsnedu, Ahmed B. Hanbel 3-4,  Tunus: Daru Sahnun, 1992. 22.c, səh.224)

Rəsulullah (s.ə.v): Ümmətimdən başları sarıqlı 70 min adam dəccala tabe olacaq. (Ebu Bekir Abdürrazzak b. Hemmam, Abdürrazzak es San’ani , El Musaannef, XI, 393)

• Qiyamətdə bir din adamı cəhənnəmə atılar. Tanışları soruşarlar: "Sən dünyada dinin əmrlərini yayırdın. Nə üçün bu əzaba düçar oldun?". O da cavab verər: "İnsanlara günahdır, etməyin deyirdim, amma özüm edərdim. "Edin" dediklərimi də etməzdim. Bunun cəzasını çəkirəm". (Buxari)

Elə bir zaman gələr ki, alimlər fitnə ünsürü olar. (Əbu Nuaym)

İmam Rəbbani həzrətləri buyurub ki :

Dünya həvəsində olan din adamlarının sözlərini dinləmək, kitablarını oxumaq zəhər yemək kimi zərərlidir. Pis din adamlarının zərərləri yoluxucudur. Cəmiyyətləri pozar, millətləri parçalayar . Tarixdə İslam dövlətlərinin başlarına gələn fəlakətlərə həmişə səhv yolda olan din adamları səbəb olub. Dövlət adamlarını doğru yoldan onlar azdırdı. Peyğəmbərimiz (müsəlmanlar 73 firqəyə bölünəcək. Bunların 72-si cəhənnəmə gedəcək, təkcə bir firqəsi cəhənnəmdən xilas olacaq) buyurdu. Bu 72 azğın təriqətin başçıları həmişə pis din adamları olacaq. Cəhənnəmdən xilas olacaq olan tək firqə isə əhli-sünnədir. (İmam Rabbani, Mektubat-ı Rabbani, 47. Mektup) 

Ümmətim pis alimlər, cahil ibadət edənlərə görə həlak olar. (Darimi)

• "Bidət sahibi, mənəvi cəhətdən kiçik insanların yanında elm axtarmaq qiyamət əlamətlərindəndir.". (Camiu’s-sağir: 2475) (Kıyamet ve Alametleri, Ömer Öngüt, səh. 53) 

"Dünyaya qarşı zahidlik (Dünyaya rəğbət bəsləməmək. Nəfsani zövq və arzudan çəkinərək ibadətə yönəlmək) dildə qalmadıqca, təqva da süniləşmədikcə qiyamət qopmaz". (Camiu’s-sağir: 9856) (Kıyamet ve Alametleri, Ömer Öngüt, səh. 53)

" ...... İMAM  MEHDİ (ə.s) çıxarkən hassətən (xüsusilə, yalnız, həmçinin, xüsusi olaraq) Fukaha (fiqh alimləri) ona (hz. Mehdi ( ə.s-a)) düşmən olacaq. ONUN (HZ. MEHDİ (Ə.S)-IN) qılınc qardaşlarıdır. Əlində qılınc olmasaydı, yəni qardaşları olmasaydı, zamanın fukahası (fiqh alimləri) onun (hz. Mehdi (ə.s)-ın) qətlinə fətva verərdilər. Lakin Cənabi Haqq onu (hz. Mehdi (ə.s)-ı) kərəmi və qılıncı (qardaşları ilə) ilə tathir (təmizləmək, yuyub pak etmək) edəcək, onlar ona (hz. Mehdi (ə.s)-a) etimad göstərəcəklər. Hökmünə inanmayanlar da qəbul etməyə məcbur qalacaqlar, əksini izmir (gizlətmək, saxlamaq) edəcəklər". (Ramuz el-Hadis., səh.56,73)

Onun (hz. Mehdi (ə.s)-ın) dövründə din tamamilə şərhdən təmizlənərək köhnə mahiyyətini qazanacaq. Verəcəyi bir çox hökmlər üləma məzhəblərinə müxalif olacaq. Buna görə ONDAN (HZ. MEHDİ (Ə.S)-DAN) UZAQ DAYANACAQLAR. Çünki zənlərinə görə həqiqətən Allahın imamlarından sonra bir müctəhid göndərmədiyini qəbul edəcəklər... (Muhyiddin Arabi, "Futuhat-El Mekkiye", 66. bab, c. 3, səh. 327- 328)

"İnsanlar məscidlərlə bir-birilərinə qarşı öyünmədikcə qiyamət qopmaz. " (Nesai)

Peyğəmbərimizin qiyamət əlamətləri ilə əlaqədar təsvirləri :

Rəsulullah (s.ə.v) hədisdə buyurur ki: "Ümmətimə elə bir zaman gələcəkdir ki, İslamın tək adı, imanın şəkli, Qurandan isə hərf və xurafat qalacaq. Cəhdləri mədələri, dinləri pul, qiblələri arvadları olacaq. Onlar aza qənaət etməyəcək, çox ilə də doymayacaqlar". (Kıyamet ve Alametleri, Ömer Öngüt, səh. 50)

Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Ümmətimə elə bir zaman gələcək ki, idarəçiləri zalım, alimləri tamahkar və təqvasız olacaq, ibadət edənləri riyakar, tacirləri sələmçi, ayıbları gizlətmələri yalnız alverdə olacaq. Qadınları dünya bəzəyinə qapılacaqlar. O zaman pislər onların üzərinə düşər, yaxşıları dua edər, amma onlardan razılıq edilməz". (Bihar’ul-Envar, c. 23, səh. 22)

Peyğəmbərimiz Axırzamanın vəziyyəti haqqında xəbər vermişdir: "İnsanlar üçün elə bir zaman gələcəkdir ki, İslamın tək adı, Quranın isə rəsmi qalacaq. Məscidlər xarici görünüşləri ilə xoş, lakin daxili ilə hidayətdən məhrum olacaq. Onların alimləri səma altındakı ən şər insanlar olacaqdır . Fitnə onlardan çıxdı və yenə onlara qayıdacaq". (Beyhaki) (Kıyamet ve Alametleri, Ömer Öngüt, səh. 54)   

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr