Saatlarla müzakirə aparılan “Siyasət Meydanı” proqramında bütün darvinist iddiaları kökündən məhv edən və Cəlal Şəngörün bütün dediklərini qısa müddətdə yox edən olduqca mühüm olan bir sıra məsələlərdən bəhs edilmədi. Orada tamaşaçı olaraq oturan hər kəsin razılaşacağı və darvinist təbliğatın davam etdirilməsinə mane olan bu məsələlər bunlardır:
 
1- Cinlər və mələklər necə yaradıldı?
 
Allah’ın canlıları təkamüllə yaratdığını uyduranlar mələklərin və cinlərin yaradılışı mövzusu gündəmə gələndə susurlar. Allah cinlərin və mələklərin yaradılışını ayələrində bildirir:
 

“Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.” (Hicr surəsi, 26-27)

“Göyləri və yeri Yaradan mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allah`a həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.” (Fatir surəsi, 1)

 
İnsanın və canlıların təkamüllə meydana gəldiyini iddia edənlər nurdan yaradılmış mələklərin, oddan yaradılmış cinlərin əmələ gəlməsini, əlbəttə ki, təkamüllə açıqlaya bilməzlər. Allah`ı layiqincə qiymətləndirə bilməyən, Onun bütün səbəblərdən uzaq olduğunu bilməyən və Rəbbimizin “Ol” əmri ilə yaratdığını qəbul edə bilməyən insanlar üçün mələklərin və cinlərin varlığı bütün saxta iddiaları ortadan qaldırır. Çünki cinlərin və mələklərin varlığı bu açıq həqiqəti göstərir: Mələklər və cinlər təkamüllə yaradılmadıqları kimi, insan da təkamüllə yaradılmamışdır.
 
2- Axirətdəki yaradılış necə olacaq?
 
İnsan ətdən, sümükdən ibarət olan bir varlıqdır. Ölümü ilə birlikdə çürüyür və yox olur. Əbədi qalan isə Allah`ın bəxş etdiyi ruhudur. Onun ruhu axirətdəki sonsuz həyatını keçirmək üçün cənnətə və ya cəhənnəmə aparılacaq. Lakin insan axirətdə yeni bir yaradılışla yaradılacaq. Cəhənnəm əhlinin gözləri, qulaqları, dərisi olacaq və əleyhinə şahidlik edəcəkdir. Dünyada çürüyüb yox olmuş bədənlərini Allah axirətdə yoxdan bir anda yaradacaq. Bəzi insanların iddia etdiyi şəkildə Allah`ın yoxdan yaratmaq üçün insanın dünyada qalan sümüklərinə ehtiyacı yoxdur (Allahı tənzih edirik). Allah ilkin halını necə yaradırsa, axirətdə də yalnız “Ol” əmri ilə yoxdan yaradacaq. Rəbbimiz bir ayəsində belə buyurur:
 

“Həqiqətən, O, (hər şeyi) ilkin yaradır və (onu yenidən) bərpa edir!” (Büruc surəsi, 13)

De: “Yer üzünü gəzib dolaşın və (Allah`ın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir. (Ənkəbut surəsi, 20)

 
3- Hz. Musanın əsası necə ilana çevrildi? Hz. İsanın quş formasına saldığı palçıq necə quşa çevrildi?
 
Darvinizmi kor-koranə müdafiə edənlər, Quranda bildirilən Musanın əsasının ilana çevrilməsini və İsanın palçıqdan düzəltdiyi quşun canlanmasını əsla açıqlaya bilməzlər.
 
Uca Allah hz. Musanın əsasının ilana çevrilməsini ayələrində belə xəbər verir:
 

(Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. (Allah) buyurdu: “At onu (yerə), ey Musa!” (Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Taha surəsi, 18-20)

Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. (Əraf surəsi, 117)

 
Hz. Musanın söykəndiyi, ağacdan yarpaq salmaq üçün istifadə etdiyi əsası Allah`ın əmri ilə bir anda canlı, törəyən, qidalanan, mükəmməl, tam və qüsursuz bir ilana çevrilmişdir. Bir taxta parçası Allah`ın diləməsi ilə bir neçə saniyədə mükəmməl bir ilana çevrilmişdir. Bu dəlil Quranda təkamül nəzəriyyəsinə aid dəlil olduğu iddiasını qəti olaraq aradan qaldırır.
 
Uca Allah hz. İsanın palçıqdan düzəltdiyi quşu canlı quşa çevirməsini ayəsində belə xəbər verir:
 

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)

 
Hz. İsanın palçıqdan düzəltdiyi quş Allah`ın izni ilə bir anda canlı, mükəmməl, tam və qüsursuz qanad quruluşu olan, uçan, çoxalan, qidalanan quşa çevrilir. Məhz bu yoxdan yaradılış darvinistlərin əsla izah edə bilməyəcəkləri böyük bir möcüzədir və yer üzündəki bütün canlıların yoxdan yaradılışına bir dəlildir.
 
4- Qapqaranlıq beyinin içində rəngli dünya görən və gördüklərini qavrayan kimdir?
 
Darvinistlər mükəmməl kompleks orqan olan göz barəsində üstünlük əldə etməyə çalışsalar da, əslində, onları ən böyük məğlubiyyətə uğradan həqiqətlərdən biri görənin, əslində, göz olmaması həqiqətidir.
 
Gözə toxunan foton, gözdən beyinə gedən isə elektrik siqnalıdır. Elektrik siqnalı gözdən yola çıxaraq beyinin görmə mərkəzi deyilən mərcimək böyüklüyündəki bir yerə çatır və mərcimək böyüklüyündəki bu sahədə bir görüntü yaranır. Burada yaranan görüntünü də izləyən BİR GÖZ VARDIR. ƏSL mükəmməl olan göz məhz “O” gözdür. O göz özünə gələn elektriki görür, həm də mükəmməl bir dərinlik hissi ilə, canlı, hərəkətli üçölçülü, rəngarəng və qüsursuz olaraq. Halbuki ora qapqaranlıqdır. Elektrik siqnalının irəlilədiyi yer də, beyinin görmə mərkəzi də, beyinin içi də zülmət qaranlıqdır. Amma oradakı göz ən yüksək texnologiya ilə istehsal edilən televizorların göstərə bilmədiyi dəqiqlik və mükəmməllikdə büllur kimi canlı görüntü görür. Bu gördüyü görüntüləri şərh edərək hiss edir, sevinir, sevir, bəyənir, analiz edir, xatırlayır, nəticə çıxarır.
 
Beyninizin xaricində hərəkətli, rəngli və üçölçülü dünyanı beynimizdə izləyən, bütün bunları görən göz ruhumuzdur. Ruh tamamilə metafiziktir, heç bir maddi anlayışla açıqlana bilməz. Ruh hər şeyin varlığını maddə ilə açıqlamağa çalışan materialist, ateist və darvinistləri çıxılmaz vəziyyətə salır. Uca Allah`ın insana bəxş etdiyi ruh həqiqəti darvinizmi və darvinistlərin müdafiə etdiyi hər cür fikir sistemini təməlindən çürüdüb yox edir.
 
Darvinistlər və şüursuz olaraq azğın bir din olan darvinizmi müdafiə edənlər bu həqiqəti mütləq bilməlidirlər: Allah hər cür nöqsandan uzaq, heç bir şeyə ehtiyacı olmayandır (Allah’ı tənzih edirik). Bu səbəbdən Allah`ın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması heç kəsi çaşdırmamalıdır. Allah bütün bu səbəblərin Yaradıcısı olaraq bunlardan tamamilə uzaqdır.
 
Allah cinləri, mələkləri, ilana çevrilən hz.Musanın əsasını, palçıqdan quşu və axirətdəki həyatı yoxdan yaratdığı kimi, yer üzündəki bütün canlıları da eyni şəkildə, yalnız “OL" əmri ilə yaratmışdır. Bir ayədə bildirildiyi kimi, Allah`ın yaratması üçün heç bir dəyişiklik yoxdur:
 

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allah`ın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allah`ın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Rum surəsi, 30)