Cahil Cəmiyyət
ucgen

Cahil Cəmiyyət

1075

İnsana yaradılış məqsədini bildirən, doğrunu-səhvi göstərən və həyatın həqiqi yönlərini açıqlayan, yol göstəricimiz Qurani Kərimdir. Çünki Quranı insanları yaradan, onların tək hakimi və tək sahibi olan Allah endirmişdir. Buna görə də insanın bilmədiklərini öyrənməsi və içərisində olduğu cahillikdən xilas olub məlumatlana bilməsi də ancaq Quranda və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində göstərilən din əxlaqını tam olaraq yaşamasıyla mümkündür.

Bu əhəmiyyətli həqiqəti görməzlikdən gələrək din əxlaqından uzaq yaşayan kəslər isə "cahil" bir cəmiyyət meydana gətirərlər. Lakin bu cahillik hamının bildiyi cahillik olaraq istifadə edilən mənasından tamamilə fərqlidir. Bu kəslər ədəb, mədəniyyət və ya təhsil baxımından özlərini inkişaf etdirmiş kəslər ola bilərlər. Ya da elmin bir çox sahəsində ixtisaslaşmış, yüzlərlə kitab oxumuş, saysız-hesabsız kəşflər etmiş və hətta bu qazandıqlarıyla yaşadıqları tarixə adlarını yazdırmış kəslər də ola bilərlər. Ancaq bu insanların nə mövqeləri, nə təcrübələri, nə çıxardıqları düsturlar, nə də oxuduqları kitablar içərisində olduqları cəhaləti aradan qaldırmağa kifayət edər. Çünki bəhsi keçən bu cahillik, bu kəslərin yaradanımız olan Allahı tanımamaları, Onun qüdrətini lazım olduğu kimi təqdir edə bilməmələri, Onun özlərindən nələr gözlədiyini, Allahın məmnun olacağı ümid edilən əxlaq və şəxsiyyət quruluşunun necə olmasının lazım olduğunu bilməmələrindən qaynaqlanan bir cahillikdir. Bu əsaslı cəhalət onların həyat tərzlərindən şəxsiyyət quruluşlarına qədər həyatlarının hər anında öz mənfi təsirini göstərir.

Bu cahillikdən xilas olmağın tək və qəti həlli isə, Allahın insanlara dünya və axirət həyatına aid bütün sirləri və həqiqətləri bildirdiyi və bilmədiklərini öyrətdiyi Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə yönəlmələridir. Əks təqdirdə isə, tək bir qaynaq, tək bir doğru və tək bir din anlayışı olmayacağı üçün, ortaya minlərlə batil inanc və xarakter çıxar. Bu fərqli xarakterləri daşıyan insanların hər birinin yaşama məqsədləri, idealları, əxlaq anlayışları, doğruları, səhvləri və həyat tərzləri də bir-birindən ayrıdır. Bu xarakterlər bir-birləriylə müqayisədə o qədər böyük ziddiyyətlərə sahibdirlər ki, bu kəslərin bir yerdə yolagedən bir şəkildə yaşaya bilmələri çox vaxt mümkün olmaz. Hər kəs öz düşüncəsinin və öz həyat tərzinin doğruluğunu müdafiə edər və başqalarınkını tənqid edər. Bir-birlərini bəyənmədikləri və bir çox məqamda yola getmədikləri üçün də çətin bir həyat yaşayarlar.

Bu insanlar üçün tək həll isə əvvəlcə də ifadə edildiyi kimi, din əxlaqının təqdim etdiyi gözəl həyatı yaşamaqdır. Çünki insanı yaradan Allah, yenə onun ən ideal həyatı yaşaya biləcəyi və hər şeydən ən çox zövqü ala biləcəyi sistemi Quranda bildirmişdir.

Məhz bu kitabın məqsədi də cahil cəmiyyətin meydana gətirdiyi həyat tərzlərindən və xarakterlərdən bəzi əsas nümunələri araşdıraraq, bu sistemin bütün formalarının qəti olaraq "çıxılmaz vəziyyətdə" olduğunu ortaya qoymaqdır. Həmçinin cahil cəmiyyəti meydana gətirən insanların yaşadıqları klassik xarakterlərlə axtardıqları dinclik və xoşbəxtliyə heç bir şəkildə çata bilmədiklərini göstərməkdir.

Bununla bərabər kitabda, Quranda bildirilən mömin xarakterinin, cahil cəmiyyətin yaratdığı minlərlə xarakterin hamısından üstün olduğu təsvir ediləcək və yenə möminin yaşadığı həyatın, cahil sistemlərdəkinin tam əksinə nə cür mükəmməl olduğu ortaya qoyulacaqdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo