Darvinizmin ən böyük və təməl çıxılmaz vəziyyəti həyatın ilk başlanğıcı olduğundan, darvinistlər üçün ən çətin mövzu da budur. Tək bir zülalın, nəinki təsadüfən, laboratoriyada belə meydana gəlməsinə açıqlama gətirə bilməyən darvinistlər hər zaman olduğu kimi qaçış yolu olaraq demaqoqluğa üz tuturlar.
Son senzurasız proqramında da zülal ilə əlaqədar şərh edilməsi istəndiyində, darvinistlər tək bir zülalın meydana gəlməsi üçün edilən ehtimal hesablarının “səhv” olduğu kimi bəhanəyə sığındılar. Sığınılan bu bəhanə belə, darvinistlərin tək bir zülalı açıqlaya bilməməkdən ötrü nə qədər dəhşətə düşdüklərini göstərir.
- Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
- Zülal olmadan DNT meydana gələ bilməz
- DNT olmadan zülal meydana gələ bilməz
- Zülal olmadan zülal meydana gələ bilməz
- Tək bir zülalın meydana gəlməsi üçün 60 ayrı zülal lazımdır
- Bu zülalların biri belə əskik olsa zülal var ola bilməz
- Ribosom olmadan zülal meydana gəlməz
- RNT olmadan da zülal meydana gəlməz
- ATP olmadan zülal meydana gəlməz
- ATP-i çıxaracaq mitoxondri olmadan da zülal meydana gəlməz.
- Hüceyrə nüvəsi olmadan zülal meydana gəlməz
- Sitoplazma olmadan da zülal meydana gəlməz
- Hüceyrədəki orqanoidlərdən biri əskik olsa zülal meydana gələ bilməz
- Hüceyrədəki bütün orqanoidlərin var olması və fəaliyyəti üçün də zülallar lazımdır.
- Bu orqanoidlər olmadan da heç bir şəkildə zülal olmaz. Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz. Qısacası, ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ƏDƏD BELƏ ZÜLAL MEYDANA GƏLƏ BİLMƏZ.
- Lakin burada əsl vurğulanmalı olan nöqtə budur: Zülaldan söhbət gedəndə, hər hansı riyazi ehtimaldan bəhs etmək mümkün olmur. Çünki ZÜLALIN MEYDANA GƏLMƏSİ ÜÇÜN BAŞQA ZÜLALLARIN VARLIĞI LAZIMDIR. Yəni, hər nə qədər sıfır ehtimal da olsa, “ancaq bu qədər ehtimalda meydana gələ bilər” kimi məntiq istifadə etmək doğru olmayacaq. Çünki zülal, meydana gəlməsi üçün, onsuz da özünün varlığı kimi şərt gətirməkdədir. Bu darvinistlər üçün böyük sonsuz dövrdür.
- Zülalı meydana gətirmək üçün lazım olan hər cür vəsait və zülalın təməl daşları olan amin turşuları saxlanılmış olsa da, heç bir şəkildə zülal meydana gələ bilməyəcək. Mütləq bu təşkilatı edəcək olan TAM TƏŞƏKKÜLLÜ BİR HÜCEYRƏNİN VƏ ZÜLAL İSTEHSALINI REALLAŞDIRACAQ DNT VƏ ZÜLALLARIN VARLIĞI ŞƏRTDİR.
- Bundan əlavə, tək bir zülal üçün bir-iki də deyil, tam 60 ayrı zülal lazımdır. Bu zülalların hamısı ayrı vəzifələr üçün xüsusiləşmiş üstün keyfiyyətli zülallardır.
- Senzurasız proqramında zülalın varlığı üçün zülala və DNT-ə ehtiyac olduğu həqiqətinin “uzun zamandır elm adamları tərəfindən bilinir” olduğunun darvinistlər tərəfindən israrla gündəmə gətirilməsinin də hansı məqsədə xidmət etdiyi müəyyən deyil. Bu həqiqət, əlbəttə XXI əsrdə hüceyrəni araşdıran hər elm adamının bilməsi lazım olan və ifadə etməli olduğu həqiqətdir. Bu həqiqəti kimin kəşf etdiyi deyil, bu həqiqətin təkamül üçün çıxılmaz vəziyyət təşkil etdiyi həqiqəti əhəmiyyət daşıyır.
- Bu səbəbdən, darvinistlərin “o ehtimal səhv, bu hesablama doğrudur” şəklindəki zaman qazanma üsulları ciddi şəkildə aldadıcıdır. Darvinistlər hər nə iddiada olurlarsa olsunlar, bir zülalın meydana gəlməsini, yəni “həyatın başlanğıcını” açıqlaya bilmələri qeyri-mümkündür.
- Darvinistlərin tək bir zülalı açıqlaya bilmədikləri həqiqəti, təkamül nəzəriyyəsini tamamilə ortadan qaldırır. Bundan sonra təkamülə dair irəli sürülən saxta şərhlərin hamısı onsuz da başdan etibarsızdır.