Bədənimiz həyat üçün vacib olan prosesləri gerçəkləşdirərkən oksigendən istifadə edir. Ancaq oksigendən istifadə edərkən bəzi tullantı maddələr meydana gəlir. Sərbəst radikal adlanan bu tullantı maddələr təmas etdikləri hüceyrələrin quruluşuna zərər verirlər. Əslində, dünya həyatına bağlanmamaq və dünyanın keçici bir yer olduğunun bilinməsi üçün Allahın yaratdığı yaşlanma və bəzi xəstəliklərin kökündə sərbəst radikalların təsiri durur. Lakin rəhmət və mərhəmət sahibi olan Uca Rəbbimiz bu sistemin dağıdıcı təsirini azaldan sistemləri, yəni antioksidləri də yaratmışdır. Belə ki, elm adamları meyvə və tərəvəzlərdə bol olan antioksidlərin hüceyrələrin enerji mərkəzlərini zərərli olan sərbəst radikallara qarşı gücləndirdiyini müəyyən ediblər.
Sərbəst radikalların hüceyrəyə verdiyi zərərlər:
Bəzi mühit faktorları, məsələn: hava kirliliyi, siqaret dumanı, aşındırıcılar, petrokimya məhsulları, dərmanlar, günəş şüaları, radiasiya, hətta qidalarda olan bəzi birləşmələr mitoxondridə, yəni hüceyrənin enerji mərkəzində oksigenin sərbəst radikallara çevrilməsinə səbəb olur. Bu molekullar hüceyrəni meydana gətirən lipid, zülal, hətta DNT kimi bütün normal molekullarda dağıdıcı təsir meydana gətirir, onların quruluşunu pozur və sərbəst radikallara çevirir. Bu dağıdıcı təsir yaşlanma ilə əlaqədar olduğu kimi, şəkər, hipertoniya kimi xəstəliklərin də başlıca səbəbidir. Əgər sərbəst radikallar neytrallaşdırılmasalar, bədəndə ciddi fəsadlara səbəb ola bilərlər. Bu fəsadları belə sıralaya bilərik:
- Hüceyrə qılafının zülallarını dağıdaraq hüceyrələri öldürür.
- Hüceyrə qılafının lipid və zülallarını yox edərək hüceyrə qılafını qalınlaşdırıb hüceyrənin funksiyasını yerinə yetirməsinə mane olur.
- Hüceyrənin nüvə qılafını yararaq nüvədəki genetik materiala təsir edir, DNT-ni qırılma nöqtəsinə və mutasiyalara açıq hala gətirir, immunitet sistemindəki hüceyrələri yox edərək immunitet sistemini zəiflədir.
Sərbəst radikalların hüceyrəyə verdiyi zərər nəticəsində bədənin xəstəliklərə qarşı immuniteti azalır və bədənin bəzi yerlərində fəsada səbəb olan xəstəliklər meydana gəlir. Sərbəst radikalların səbəb olduğu bu xəstəlikləri dörd qrupa bölə bilərik:
- İrsi xəstəliklər (sümük iliyində kök hüceyrə çatışmazlığından yaranan Fankoni anemiyası, boy qısalığı, böyümə geriliyi, kiçik alt çənə, xarakterik formaya malik olan burun və qulaqlar, uzun və dar xarakterik üz quruluşu, fotosensitiv adlanan dəridə günəş şüalarına qarşı həssaslıq, üzdə qızartı, səs incəliyi və qısırlıq kimi əlamətləri olan fiziki və əqli inkişafda çatışmazlıq, immunitet sistemi çatışmazlığından yaranan xroniki ağciyər xəstəliyi, şəkər və xərçəngə, xüsusilə də Hodjkin xarici linfoma növü xərçənginə meyillilik (bir çox xəstə 25 yaşına qədər xərçəngə tutulur və həyatını itirir), qısa ömür kimi əlamətləri olan blum sindromu).
- Ətraf mühit faktorları (peşə xəstəlikləri, virus və bakterial infeksiyalar), həm irsi, həm də ətraf mühit xəstəlikləri (bronxial astma, ürək xəstəlikləri və s.).
- Erkən yaşlanma.
- Elm adamları hüceyrənin dözümlülüyünü artırmaq və sərbəst radikalların dağıdıcı təsirlərini azaltmaq üçün müxtəlif araşdırmalar aparırlar.
Sərbəst radikalların hüceyrəyə verdiyi zərərin qarşısını alan bir antioksid: Avokado yağı
Avokadonun digər faydaları
- Yaşlanmanın qarşısını alır
Avokadonun tərkibindəki vitaminlər hüceyrə yeniləyici xüsusiyyətlərə sahib olduğu üçün yaşlılığın müalicəsində də istifadə olunur, dərini qidalandırır və qoruyur. Qeyd etdiyimiz kimi, qidalar bədənimizdə enerjiyə çevrilən zaman oksid adlanan bəzi maddələr ortaya çıxır. Avokado yağı tərkibindəki çoxsaylı antioksidlərlə zərərli maddələrin zərər verməsinə mane olur, hüceyrələrimizi yeniləyir, toxuma və orqanlarımızın yaşlanmasını gecikdirir. Bu yağ bədənimizdə hüceyrələrə zərər verən, yaşlandıran sərbəst radikalları zərərsizləşdirən E vitamini baxımından da zəngindir.
- Xolesterolu aşağı salır
Avokadonun tərkibindəki 30% doymamış yağ bədəndəki xolesterolun artmasının qarşısını alır. Ürək və damar xəstəliklərində təbii şəfa qaynağıdır. Mədə xorasına müsbət təsiri var. Aparılan kliniki tədqiqatlarda avokado bitkisi və xüsusilə yağının istifadəsindən sonra xolesterol xəstələrinin narahatlıqlarının azaldığı müşahidə edilmişdir. İllər əvvəl aparılan tədqiqatlarda doymamış yağların xolesterola mənfi təsiri müşahidə edilmişdir. Ancaq müasir dövrdə bu cür yağların xolesterola müsbət təsir göstərdiyi isbat edilib. Avokadoda yüksək miqdarda olan doymamış yağlar (monounsaturates) bitkinin sağlamlıq baxımından əhəmiyyətini bir daha göstərir.
- Avokado A, B1, B2, B3, B6, C, E, K vitaminləri, fosfor, maqnezium, dəmir, kalium və sink kimi minerallarla zəngindir. İmmunitet sistemini gücləndirir.
- Banandan 35% daha çox kaliuma malikdir. Yüksək kalium insana güc verir, depressiyanın qarşısını alır.
- İmmunitet sistemini gücləndirərək qandakı alkalinin tarazlığını qoruyur və qan hüceyrələrini çoxaldır, eyni zamanda dəmir qaynağıdır.
Şübhəsiz, Rəbbimiz avokado kimi bir çox nemət yaratmışdır. Allah Quranda qulları üçün yaratdığı bu nemətlər haqqında dərin düşünülməsini belə bildirir:
Yer üzündə bir-birinə yaxın torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rəd surəsi, 4)
Avokado, zeytun və zeytun yağı arasındakı bənzərliklər
Avokadonun sahib olduğu xüsusiyyətləri özündə daşıyan başqa bir bitki isə zeytun və zeytun yağıdır. Belə ki, aparılan araşdırmalar zeytun və zeytun yağından daha çox istifadə edən Aralıq dənizi ölkələrində ürək xəstəlikləri və yüksək xolesterol kimi xəstəliklərə daha az rast gəlindiyini ortaya qoymuşdur. Zeytun yetişdirməyə uyğun olmayan bölgələrdə zeytun yağının verəcəyi müsbət təsirə avokado yağının vəsilə olması, əlbəttə, Rəbbimizin qullarına bəxş etdiyi bir nemətidir. Ayədə belə buyurulur:
Avokado (Təzə, bişirilməmiş, yeyilə bilən hissələri 100 q)
Qida dəyəri
- Enerji 670 kc (160 kkal)
- Karbohidrat 8.53 q
- Qlukoza 0.66 q
- Lif 6.7 q
- Yağ 14.66 q
- Doymuş yağ 2.13 q
- Təkli doymamış yağ 9.80 q
- Çoxlu doymamış yağ 1.82 q
- Zülal 2 q
- Tiamin (vit. B1) 0.067 mq (5%)
- Riboflavin (vit. B2) 0.130 mq (9%)
- Niasin (Vit. B3) 1.738 mq (12%)
- Pnatotein asidi (vit. B5) 1.389 mq (28%)
- B6 vitamini 0.257 mq (20%)
- Fol turşusu (vit. B9) 81 mq (20%)
- C vitamini 10 mq (17 %)
- Kalsium 12 mq (1%)
- Dəmir 0.55 mq (4%)
- Maqnezium 29 mq (8%)
- Fosfor 52 mq (7%)
- Kalium 485 mq (10%)
- Sink 0.64 mq (6%)