Azərbaycan dilində aslan sözünün mənası güclü, qüvvətli, cəsur, igid deməkdir. Bu kəlmə Tövrat, İncil və peyğəmbərimizin (s.ə.v) hədislərində hz.Mehdinin isimlərindən biri olaraq keçir.
Peyğəmbərimiz hz. Mehdiyə “Aslan” deyə xitab etmişdir.
Mavərənnəhrdən bir şəxs (hz. Mehdi) çıxar, ona Əl Haris ibn Hərras deyilər” (Ebu Davud, Mehdi 1, (2452) Ravi: hz. Hilal İbnu Amr (ə.s))
“Əl Haris” ifadəsinin mənası aslandır. Əl Haris ibn Hərras isə “Aslan oğlu aslan” deməkdir. Peyğəmbərimiz “hz. Mehdinin Mavərənnəhrdən çıxacağını” deyərək, hz. Mehdinin atasının yaşadığı bölgəyə diqqət çəkib. Rəsulullahımız hz. Mehdiyə “Əl Haris ibn Hərras”, yəni Aslan oğlu aslan deyib.
Hz. Mehdidən “aslan”, “Aslan oğlu aslan” kimi bəhs edilən digər hədis isə belədir:
“O Əl Haris ibn Hərras (hz. Mehdi) eynilə Qüreyşin Rəsulullaha zəmin hazırladığı kimi, Ali Muhəmmədə zəmin hazırlayar və ya onları yetişdirər. Hər möminin ona (hz. Mehdiyə) yardım etməsi və ya dəvətinə cavab verməsi vacibdir” (Et-Tac, Ali Nâsıf el-Hüseynî, c. 5/s. 617).
Tövratda hz. Mehdiyə aid edilən adlardan biri “Aslandır”
Yəhudi qaynaqlarda da hz. Mehdidən aslan deyə bəhs edilir, hətta hz. Mehdini bildirən simvol olan aslan fiquru hz. İbrahimin dövründən gəlir. Buna görə də, hz. Mehdi bəzən pəncəsini qaldırmış aslan fiquru formasında təmsil edilmişdir. Yəhudilərin kitablarından biri olan Zoharda da Kral Məsihdən, yəni hz. Mehdidən “aslan” deyə bəhs edilir:
Aslan adlandırılan Davud oğlu Məsih... (Zohar, 20. Mişpatim 18)
Zoharda hz. Mehdidən aslan kimi bəhs edilən digər hissə isə belədir:
“... O doğruluq adına and içər, o bir Aslandır və “Aslan” deyə bəhs edilən şəfqətdir... Davud oğlu Məsihi bildirən şəfqəti təmsil edər. Sözlər belə deyər: “Sən sabaha qədər yat” (Rut 3:13), “Aslan” deyilən Davud oğlu Məsih və şəfqətin nuru adlandırılan sabah olana qədər” ( Zohar/ 20. Mişpatim 17).
Zoharda hz.Mehdinin aslan kimi güclü, lakin eyni zamanda çox şəfqətli olacağı bildirilir. Hz. Mehdi sevgisi, şəfqəti və mehribanlığı ilə bütün insanların çox sevdiyi, qəlbən bağlandıqları bir insan olacaqdır.
Onun dövründə sevgi, mərhəmət və şəfqətin çox yaşanacağı, gözəlliklərin artacağı, zənginlik, ədalət və sülhün yayılacağı Peyğəmbərimizin hədislərində də bildirilmişdir. Zoharda “Şəfqətin nuru adlandırılan sabah olana qədər” sözləri ilə də hz. Mehdi vəsiləsi ilə reallaşan İslamın sabahından bəhs edilir, yəni Quran əxlaqının Alahın iznilə yer üzünə hakim olacağına diqqət çəkilir.
Hz. Mehdi də Allah’ın aslanı ləqəbli hz. Əli kimi hərtərəfli olacaqdır
Hz. Əlinin ləqəblərindən biri olan “Heydər” Allah’ın aslanı mənasını verir. Hz. Mehdi dəccaliyyətin iki qolu olan darvinist, materialist sistem və xurafatla elmi mübarizə aparacaqdır. Bədiüzzaman həzrətləri də əsərlərində “əcaib bir şəxs” (heyrətamiz, təəccüb doğuran, bənzəri görünməyən) kimi dəyərləndirdiyi hz. Mehdinin bu mübarizəsində o günə qədər bənzəri görünməyən, heyrətamiz və olduqca təsirli üsullardan istifadə edəcəyini bildirmişdir.
Hz. Mehdi istər inkarçı fəlsəfələrlə olan fikri mübarizəsində, istərsə də din əxlaqının təbliğ edilməsində Allah’ın izni və diləməsilə ən ağıllı üsullardan istifadə edəcəkdir. Hər işində sürətli nəticə alacaq, maddiyyun və tabiyyun fəlsəfəsinin dağılmasında, səltənət, dəyanət və siyasət sahələrində, yəni demək olar ki, həyatın hər sahəsində, Allah’ın iznilə, eynilə hz. Əli kimi hərtərəfli fikri mübarizə aparacaqdır.
Adnan Oktar hz. Mehdinin adının Tövratda Aslan olaraq keçdiyini izah edir
Adnan Oktar: Aslan fiquru ilə təmsil edilən Davud oğlu hz. Mehdi, yəni Mehdi (ə.s) Tövratın təfsiri olan Zoharda keçir. Hz. İbrahim dövründən qaldığına inanılır və hz. Mehdi aslan fiquru ilə təmsil edilir. Pəncəsini qaldırmış aslan hz. Mehdini təmsil edir.
Tövratda “O doğruluq adına and içər”, kral Məsih Mehdi “O bir aslandır və aslan deyə bəhs edilən şəfqətdir”. “Adı aslandır, amma özü çox şəfqətlidir” deyə keçir. Sabah Davud oğlu Məsihi (hz. Mehdi (ə.s)) bildirən şəfqəti təsvir edir. Ayədə belə deyilir: “Sən sabaha qədər yat, aslan deyilən Davud oğlu Məsih və şəfqətin nuru adlandırılan sabah olana qədər”. İslamın sabahıdır, inşaAllah. Peyğəmbərimiz də deyir ki: “Mavərənnəhrdən bir adam (hz. Mehdi (əs)) çıxar” Mavərənnəhr nədir, hz. Mehdinin atasının yaşadığı yerdir. Qafqaz bölgəsi, türklərin yaşadığı yerlər. “Ona Əl Haris İbn Hərras deyilər”, yəni “aslan oğlu aslan” deyilər. (27 aprel 2012-ci il, A9 TV)