İnsanın duyğuları vasitəçiliyi ilə qəbul edə bilmədiyi, gələcəyə və keçmişə dair hadisələr mənasını verən "qeybi", yalnız üstün güc sahibi olan Allah bilər. Kainatda və digər bütün aləmlərdə meydana gələn hər hadisə, Allahın məlumatı daxilində və idarəsi altındadır. Zamanı yaradan və insanlara bu anlayışı öyrədən Allahdır. Uca Allah zamandan münəzzəhdir. O gizlinin gizlisini bilər və Öz Qatında gizli tutduğu məlumat və qeyb xəbərlərindən dilədiyi qədərini elçilərindən bəzilərinə açar.
Allahın özlərinə xüsusi elm verdiyi kəslər, bu elm sayəsində Allahın icazəsiylə keçmişdən və gələcəkdən xəbər verə bilir, yaşanan hadisələrin iç üzünü görür, bunlardan fərqli nəticələndirər çıxara bilirlər. Məsələn, Quranda bildirilən və hz. Musa (ə.s)-ın özünə elmindən öyrətməsi üçün tabe olduğu elm sahibi adam, bunlardan biridir. Hz. Xızır (ə.s) olduğu qəbul edilən bu adam (doğrusunu Allah bilir), Allahın özünə bildirdiyi qədəriylə hadisələrin iç üzünü, necə inkişaf edəcəyini belə biləcək bir elmə malikdir. Bu səbəblə, meydana gələn hadisələrə əvvəldən tədbir ala bilir. Uca Allahın qədərdə təyin etdiyi bu tədbirlər, kənərdan baxan və bu elmin şüurunda olmayan birinə çaşdırıcı gələ bilir.
Quranda bildirildiyi üzrə; Peyğəmbər əfəndimiz (s.ə.v) də Allahın icazəsiylə qeybdən, gələcəyə dair bir çox xəbərlər vermiş, hz. Yusuf (ə.s) da, yaşanacaq hadisələri əvvəldən bilmiş və yuxuları şərh edərək (Yusuf surəsi, 21-ci ayədə ) meydana gələcək hadisələri izah etmişdir.
Hz. Süleyman (ə.s)-a isə bəzi canlıların danışıq dili öyrədilmiş, quşlar, şeytanlar və küləklər əmrinə verilmişdir. (Sad surəsi, 36-38-ci ayələr)
ALLAHIN, QEYBİ DİLƏDİYİ ELÇİLƏRİNƏ BİLDİRDİYİNƏ DAİR QURAN AYƏLƏRİ
1. QEYBİ ALLAHDAN BAŞQA KİMSƏNİN BİLMƏYƏCƏYİNƏ DAİR AYƏLƏR
2. ALLAH QULLARINDAN DİLƏDİKLƏRİNƏ QEYBİ BİLDİRƏR
HZ İSA (Ə.S)
HZ YUSUF (Ə.S)
PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-Ə QİYAMƏTƏ QƏDƏR OLAN BƏZİ HADİSƏLƏRİN BİLDİRİLDİYİNƏ DAİR HƏDİSLƏR
Allahın aləmlərə rəhmət olaraq göndərdiyi müqəddəs Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v), həm Quran ayələriylə, həm də xüsusi olaraq özünə gələn vəhy nəticəsində, keçmişlə, yaşadığı zamanla və gələcəklə əlaqədar məlumatlar almışdır. Allahın diləməsiylə, bir çox mövzuda kimsənin bilməyəcəyi qeyb məlumatına sahib olmuşdur. Bu elm vəsiləsiylə çətinlik zamanlarında müsəlmanları fəthlə müjdələmiş, daha bir çox müjdə verərək onların şövqlərini artırmışdır.
Peyğəmbərimiz (s.ə.v)-in müsəlmanlara əvvəldən müjdəsini verdiyi bu hadisələr, bir möcüzə olaraq ard-arda reallaşmışdır.
Hz. Huzeyfə izah edir: "Rəsulullah (s.ə.v) bir gün qalxdı; bizə qiyamətə qədər olacaq şeyləri izah etdi. Bunları bəlli edən bəlli etdi, unudan unutdu. Bu yoldaşlarım bunu bilərlər. Rəsulullah (s.ə.v)-in xəbər verib də, mənim zamanla unutduğum şeyləri, o şey olduğunda xatırlayıram. Eynilə, adam birini yoxluğunda xatırlamayıb onu gördüyündə tanıması kimi..."(Tirmizi, Fiten: 23)
Yenə O belə demişdir: "Rəsulullah (s.ə.v) mənə qiyamətə qədər olacaqları izah etdi. Mən Ona olacaq hər şeydən soruşdum, yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım. (Müslim, Fiten və Eşratus-Saat (18/16 Nevevi Şərhi)
Əbu Zeyd Amr ibn Axtab əl-Ənsari (r.ə) belə demişdir: "Rəsulullah (s.ə.v.) bizə səhər namazını qıldırdıqdan sonra minbərə çıxdı, günortaya qədər xütbə verdi və endi. Namazı qıldı. Sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri izah etdi. Onları ən yaxşı bilənimiz ən çox əzbərləyənimizdir. "(Müslim, Fitən və Eşratus-saat (18/16 Nəvəvi Şərhi)
Huzeyfə ibn Yəmən (r.ə) belə demişdir: "Vallahi mən qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Rəsulullah (s.ə.v) mənə gizli olaraq izah etdiyi bu şeyləri başqa kimsəyə danışmamışdır. Lakin Rəsulullah (s.ə.v) fitnələri mənim də içində olduğum bir məclisdə izah edirdi. Fitnələri sayaraq dedi ki: (Onlardan üç dənəsi az qala heç bir şeyin arxasını buraxmaz, bəziləri yaz küləyi kimidir. Kiçiyi də var, böyüyü də.)" Huzeyfə belə demişdir: "Məndən başqa o məclisdə olan insanların hamısı getdi." (Müslim, Fitən və Eşratus-saat (18/16 Nəvəvi Şərhi)
Rəsulullah (s.ə.v), özünün bu fərqliliyinə bu sözləri ilə diqqət çəkir: "Mən sizin görmədiyinizi görər, duymadığınızı duyaram." (Tirmizi, Zühd: 9; İbn Macə, Zühd, 19 D. əl-Marif, Beyrut, 1996)
PEYĞƏMBƏRİMİZ (S.Ə.V) OLACAĞINI BİLDİRİB, O HƏYATDA İKƏN REALLAŞMIŞ OLAN BƏZİ HADİSƏLƏR
• Bir gün Rəsulullah (s.ə.v) mehrabdaykən deyər: "Saflarınızı düzgün tutun. Mən sizi önümdə ikən gördüyüm kimi, kürəyinin dönük olduğunda da görərəm." (Buxari, Azan: 72)
• Hz. Peyğəmbər (s.ə.v), Bədir döyüşündən bir gün əvvəl küfrün liderlərindən kimin harada öldürüləcəyini tək-tək xəbər vermişdir. (Müslim, Cənnət: 76)
• Həbəş kralı Nəcaşinin öldüyü gün hz. Peyğəmbər (s.ə.v) səhabələrinə: "Bu gün bir qardaşınız vəfat etdi. Qalxın, namazını qılaq" deyər. Qalxarlar, onun cənazə namazını qılarlar. (Buxari, Cənaiz: 55)
• Bir hədisdə Peyğəmbərimiz (s.ə.v) Əbu Süfyanın içindən keçirdiklərinə bir cavab vermiş və Əbu Süfyan bu vəziyyət qarşısında bu mübarək insanın peyğəmbərliyinə şahidlik etdiyini söyləmişdir:
• Əbu Süfyan məscidin bir kənarında otururdu. Bir gün Rəsulullah (s.ə.v) paltarına bürünərək evindən çıxdı. Əbu Süfyan oturduğu yerdən: "Görəsən bu nə ilə məğlub etdi" dedi. Rəsulullah (s.ə.v) Əbu Süfyanın yanına gəlib əli ilə onun kürəyinə vurdu və: "Səni Allah ilə məğlub etdim" dedi. Əbu Süfyan: "Sənin Allah Rəsulu olduğuna şahidlik edərəm" dedi. (Haris İbn Həcər Əsqəlani, Metalibi u Aliye 4, Tövhid Nəşrləri, 1996, 3839, səh. 17)
• Peyğəmbər Əfəndimiz (s.ə.v)-in insanların içindən keçirdiklərini anlayıb, buna görə cavab verməsinə bir nümunə isə Vabısa (r.ə) ilə əlaqədar olan hədisdir:
Rəsulullah (s.ə.v)-ə gəldim. Niyyətim yaxşılıq və günahdan ona soruşulmayan bir şeyi buraxmamaq idi. Ətrafını müsəlmanlardan bir camaat əhatə etmişdi, dayanmadan ondan soruşub fətva istəyirdilər. Onları yara-yara irəliləmək istədim.
- "Allah Rəsulundan uzaq dayan, ey Vabısa!" Dedi. Belə cavab verdim: - Buraxın məni ona yaxşıca yaxınlaşım! Özünə yaxın olmaq istədiyim insanların ən sevimlisidir o!
- "Buraxın Vabısanı!" Buyurdu. İki və ya üç dəfə də mənə xitab olaraq:
- "Ey Vabısa yaxınlaş!" Dedi. Nəhayət Ona yaxınlaşıb qarşısında oturdum. Mənə belə buyurdu:
- "Ey Vabısa" sənə mənmi xəbər verim, yoxsa sənmi məndən soruşarsan!"
- Əksinə sən mənə xəbər ver! dedim. Belə buyurdu:
- Yaxşılıq və günah haqqında soruşmaq üçün gəldin deyilmi?
- Bəli! dedim. Bunun üzərinə barmaqlarının uclarını bir araya gətirib onlarla sinəmə vuraraq belə buyurdu:
- "Ey Vabısa, ürəyinə məsləhətləş, özünə məsləhətləş! -Yaxşılıq, insanlar sənə fətva versələr, fətva verməsələr də, öz ürəyinin sakitləşdiyi şeydir; günah da, ürəyi qazıyan, (narahat edən) sinədə gəzib dayanan şeydir! "(İbn-i Kəsir, Peyğəmbərimiz (səv) ın Sxemili, Möcüzələri, Polad Nəşriyyat , səh. 361)
Bizansın qalibiyyəti
Rum surəsindəki ayələrdə Bizans imperatorluğunun bir məğlubiyyətə uğradığı, amma çox qısa bir zaman sonra təkrar qalib gələcəyi belə bildirilmişdir:
Bu ayələr, xristian olan bizanslıların farslar qarşısında ağır bir məğlubiyyətindən təxminən 7 il sonra, miladı 620-ci illərində endirilmişdi. O vaxt Bizans çox böyük itkilər vermişdir. Bu dövrdə, Bizansın doqquz il keçmədən yenidən qalib gələcəyi ayələrlə xəbər verildi. 622-ci ildə yəni məğlubiyyətlərindən 9 il sonra Herakl Ermənistanı işğal edib farsları məğlub edərək bir çox zəfərlər qazandı.
Rumların qalibiyyəti 630-cu ildə imperator Heraklın Fars hökmdarı II Xosrovu məğlubiyyətə uğradaraq, Qüdsü geri alması və xristianlığın simvolu "Həqiqi Xaçı" Müqəddəs Məzar Kilsəsinə qazandırması ilə tamamlanmış oldu.
Beləcə, Allahın Quranda bildirdiyi "Rumun zəfəri", ayədəki "üç ilə doqquz il içində" ifadəsi ilə diqqət çəkilən zaman aralığında, möcüzəvi bir şəkildə reallaşmış oldu.
Bu ayələrdə yer alan bir başqa möcüzə də, o dövrdə kimsənin təsbit etməsinin mümkün olmadığı coğrafi bir həqiqətin xəbər verilməsidir. Rum surəsinin 3-cü ayəsində, Rumların "Dünyanın ən alçaq yerində" məğlub olduqları göstərilir. Ərəbcəsi "ədna əl-ard" olan bu ifadə, bəzi tərcümələrdə "yaxın bir yer" olaraq da tərcümə olunur. Ancaq bu tərcümə, orijinal ifadənin tam qarşılığı deyil, məcazi bir şərhidir. "Ədna" sözü Ərəbcədə "alçaq" demək olan "dəni" sözündən törəmişdir və "ən alçaq" mənasını verər. "Ard" isə yer üzü deməkdir. Bu səbəbdən "ədna əl-ard" ifadəsi də "yer üzünün ən alçaq yeri" mənasını verir.
Bəzi təfsirçilər bəhs edilən bölgənin ərəblərə yaxınlığını göz qarşısında saxlayaraq sözün "ən yaxın" mənasını seçirlər. Ancaq sözün əsl mənası, Quranın endirildiyi dövrdə bilinməsi mümkün olmayan çox əhəmiyyətli bir geoloji həqiqətə işarə edir. Çünki dünyanın ən alçaq yerini araşdırdığımızda, bu nöqtənin bizanslıların, 613-614-cü illərdə məğlubiyyətə uğradığı yerlərdən biri olan Ölü dəniz (Dead Sea) hövzəsi olduğunu taparıq.
(http://www.beconvinced.com/science/QURANLOWEST.htm)
(http://www.tasabeeh.com/english/html/print.php?sid=71)
Bu məğlubiyyətin ən ağır zərbəsi, daha əvvəl də ifadə etdiyimiz kimi, Ölü dəniz yaxınlığındakı Qüdsdəki məğlubiyyət ilə birlikdə xristianlığın simvolu "Həqiqi Xaç" ın itirilməsidir.
Bizans İmperatorluğu ilə farslar arasındakı döyüşün reallaşdığı bəhs edilən yer, Suriya, Fələstin və indiki İordaniya torpaqlarının kəsişdiyi bölgədə yerləşən Ölü dəniz hövzəsidir. Ölü dəniz ətrafı isə dəniz səviyyəsindən 417 metr aşağıdakı, yer üzünün "ən alçaq" bölgəsidir. (World Book Encyclopedia, 2003, Corc Vaşinqton Universitetindən Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Professoru Bernard Reichin qatqılarıyla.)
Burada diqqət yetirilməsi lazım olan nöqtə, Ölü dənizin hündürlüyünün yalnız müasir dövrdəki ölçülərlə müəyyən edilmiş olmasıdır. Daha əvvəl heç kimin Ölü dənizinin dünyanın ən alçaq bölgəsi olduğunu bilməsi mümkün deyil. Amma bu bölgə Quranda "yer üzünün ən alçaq yeri" olaraq təyin olunmuşdur. Bu məlumat, Quranın Allahın sözü olduğunun bir başqa dəlilini ortaya qoyur
Məkkənin fəthi
Peyğəmbər Əfəndimiz (s.ə.v), Mədinədə ikən gördüyü bir yuxusunda, möminlərin güvən içində Məscidi Harama girdiklərini və Kəbəni təvaf etdiklərini görmüşdü. Ancaq, Məkkədən Mədinəyə hicrət edən möminlər, o zamandan bəri Məkkəyə gedə bilmirdilər.
Allah, Peyğəmbərimiz (s.ə.v)-ə Fəth surəsinin 27-ci ayəsini vəhy etmiş və yuxusunun doğru olduğunu, əgər Allah diləsə möminlərin Məkkəyə girə biləcəklərini bildirmişdir. Həqiqətən də əvvəl Hudeybiyyə sülhü və ardından da Məkkənin fəthi ilə, müsəlmanlar güvən içində Məscidi Harama girmişdilər. Beləcə Allah, Peyğəmbərimiz (s.ə.v)-in əvvəldən xəbər verdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.
Ancaq burada diqqət yetirilməsi lazım olan əhəmiyyətli bir nöqtə vardır. Fəth surəsinin 27-ci ayəsinə diqqət yetirilsə, Məkkənin fəthindən əvvəl reallaşacaq bir başqa fəthdən daha danışıldığı görüləcək. Necə ki, ayədə xəbər verildiyi kimi müsəlmanlar, əvvəl yəhudilərin əlində olan Xeybər qalasını fəth etmişlər, daha sonra da Məkkəyə girmişlər. (İmam Təbəri, Təbəri Təfsiri, c. 5, Ümid Nəşriyyat, İstanbul, səh. 2276)
Məkkənin fəthinin müjdələndiyi digər ayələrdən bəziləri isə belədir:
PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN AXIRZAMANA AİD OLAN HADİSƏLƏRİ XƏBƏR VERDİYİ BƏZİ HƏDİSLƏRİ
Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi və yaşadığımız dövr içində reallaşmış olan bir çox hadisə də vardır. Hz. Məhəmməd (s.ə.v) öz yaşadığı dövrdən 1400 il sonra meydana gələn hadisələri, sanki o dövrü görən adam kimi ətraflı olaraq izah etmişdir. Quyruqlu ulduzun doğulması, Iran-İraq döyüşü, Kəbə basqını, günəşdən bir əlamətin meydana çıxması, saxta məsihlərin ortaya çıxması, fitnələrin çoxalması və əxlaqi çöküş kimi əlamətlər, hz. Mehdi (ə.s)-ın zühuru və hz. İsa (ə.s)-ın nüzulu əvvəlində Axırzamanda yaşanacaq olan əlamətlərin yalnız bir neçəsidir.
Kutubu Sittə mühəddisləri Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, İbn-i Macə və daha bir çox mühəddis (hədis alimi), Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdəki bu qeyb xəbərlərinin doğruluğu haqqında ittifaq halındadırlar. Necə ki, Peyğəmbər Əfəndimiz (s.ə.v)-in xəbər verdiyi qeybi məlumatların hamısı reallaşmış və reallaşmağa da davam edir, insanlar bu möcüzələrə şahid olurlar.
Kəbə Basqını (Hicri 1400-cü ildə ilk günü - 1 Məhərrəm 1400) (1979)
Onun çıxacağı il, insanlar həccə, başlarında bir əmir olmadan gedəcəklər ... Həmişə birlikdə Beyti Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Aqaba cemrəsinin üzərinə axacaq. (Qiyamət Əlamətləri, səh. 168-169)
İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində ətrafları, itlərin sarışı kimi sarılıb, qəbilələrin bir-birinə girməsi ilə böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 35)
Kəbədə qan axıdılması (1987)
Rəsulullah buyurdu: Ramazanda bir səda, Şəvvalda bir səs, Zilqaidədə qəbilələr arasında müharibə olar. Hacılar talana uğrayar. Minada ölülərin çox olacağı bir döyüş olar, elə ki, orada daşları qan gölü içində buraxacaq qədər qan axar. (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, səh. 31)
Zilqaidə ayında qəbilələr döyüşər, hacılar qaçırılar, məlhamələr (qanlı hərblər) olar. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, səh. 34)
Şərq tərəfindən gecəni işıqlandıran böyük bir atəşin görülməsi (1979)
Hüseyn ibn Əli (r.ə)-dən belə rəvayət olunmuşdur:
"SƏMADA ŞƏRQ TƏRƏFDƏN, GECƏNİ İŞIQLANDIRAN BÖYÜK BİR ATƏŞ GÖRDÜYÜNÜZ VAXT, MƏHZ O AN, HZ. MEHDİ (ə.s)-ın GƏLİŞ VAXTIDIR." (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)
İran-İraq müharibəsi (1980)
Şəvval ayında qiyam, Zilqaidədə hərb danışmaları, Zilhiccədə isə hərb baş verəcək. (Qiyamət Əlamətləri, səh. 166)
Fıratın suyunun kəsilməsi
Fırat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkarlaması zamanı yaxınlaşır. Hər kim, o zaman orada olsa o xəzinədən bir şey götürməsin. (Riyazü'S Salihin, 3/332)
Fırat çayı qızıl bir dağ üzərindən açılmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün hərb edəcək və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər adam, "kaş ki, xilas mən olsaydım", deyəcək, buyurmuşlar. (Səhihi Müslim, 11/320)
İraqlıların pulu qalmayacaq
"İraq xalqına ölçəyin (qidanın) və dirhəmin (pulun) qadağan edilməsi yaxındır. Səhabə soruşur: 'Ya Rəsulullah, bu necə olacaq?' Rəsulullah cavab verir: 'Əcəmilər bunu edəcək. Bunları, İraq əhlindən məhrum edəcəklər. (Müslim, Fitən: 67)
"İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri pul az qala qalmayacaq." (Kənzul Ummal, Kitab-ul qiyamə qisim-ul efal, c.5, səh. 45)
Bağdadın alovlarla yox edilməsi
Axırzamanda Bağdad alovlar içində yox olar ... (Risalət-ül Huruc-ül Mehdi, Dəri 3, səh. 177)
Bir ordunun itməsi
Mehdinin beş əlaməti olacaq. Bunlar Süfyani, Yəməni, səmadan bir sayha (çağırış, nərə), Beyda da bir ordunun batışı və günahsız insanların öldürülməsidir. (Naim Bin Hammad)
... Özünə bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında ikən yerə batırılacaqlar. (Müslimdən; Gələcəyin Tarixi 4, səh.31)
Bir ordu döyüş üçün gəlir, səhraya girdiyində əvvəl və sonundakıları batar, ortadakılar da xilas olmaz. (Hənbəl, Tirmizi, İbni Macə, Əbu Davuddan; Gələcəyin Tarixi 4, səh. 30)
Əfqanıstanın işğalı (1979)
Talikana (Əfqanıstana) hayıf oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. '' (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh. 59)
Ramazan ayında 15 gün arayla ay və günəş tutulması (1981-1982)
Mehdi üçün 2 əlamət vardır ki ... Bunun birincisi, ramazanın birinci gecəsi ayın, ikincisi də ortasında günəşin tutulmasıdır. (Əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
Ramazanın birinci gecəsi ay, ortasında günəş tutulacaq. (Qiyamət Əlamətləri, səh. 199)
Onun səltənəti zamanında, ramazan ayının on dördündə günəş tutulacaq, o ayın ilkində isə ay qaralacaq ... (Məktubatı Rəbbani, 380. Məktub, 2/1163)
Quyruqlu ulduzun doğması – HALLEY QUYRUQLU ULDUZU (1986)
O gəlmədən əvvəl, şərqdən işıq verən bir quyruqlu ulduz görünəcək. (Əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
Fitnələrin artması
"Fitnələr olacaq. O fitnələrdə oturan ayaq üstə olandan, ayaq üstə olan gedənə, gedən qaçandan daha xeyirli olacaq. Ona yaxınlaşan özünü qurtara bilməyəcək. Kim o fitnələrdə bir qorunacaq yer, bir sığınacaq tapsa, onunla özünü qurtarsın." (Buxari, Fitən: 9; Müslim, Fitən: 10; Tirmizi, Fitən: 29.)
"Zaman bir-birinə yaxınlaşacaq. Əməl azalacaq. Xəsislik artacaq. Fitnələr zühur edəcək. Hərc çoxalacaq." Deyərlər: 'hərc nədir?' Rəsulullah cavab verir: 'Öldürmək, öldürmək. (Buxari, Fitən: 5)
Buynuzu xatırladan iki uclu ulduzun çıxışı - LULİN QUYRUQLU ULDUZU (2009)
Rəsulullah (s.ə.v) əfəndimiz belə buyurmuşdur: "Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ, MÜNƏVVƏR BİR BUYNUZ ÇIXAR." (İmam-ı Rəbbani, Məktubat-ı Rəbbani, 381. Məktub, səh.1184)
İqtisadi vəziyyətin pisləşməsi
Hər kəsin az qazancdan şikayətlənməsi ... Pulları üçün zənginlərin hörmət görməsi ... (Qiyamət Əlamətləri, səh. 146)
Bazarın durğun olması, qazancların azalması ... (Qiyamət Əlamətləri, səh. 148)
İşlərin kasad getməsi. Hər kəs "sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!" deyə şikayətlənəcək. (Qiyamət Əlamətləri, səh. 152, Əbu Davuddan; Gələcəyin Tarixi 4, səh.30)
Azərbaycanın işğal edilməsi (1990)
... Əbu Basar deyir ki: İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalam belə buyurdu: Atam mənə belə buyurdu: AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ VƏ HEÇ BİR ŞEY ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK. BELƏ BİR ŞEY OLDUQDA EVİNİZDƏ OTURUN. Biz nə etsək siz də onu edin. (Yəni biz evdə oturarkən siz də oturun). Və bizim qiyam edənimiz (Hz. Mehdi (ə.s.)) hərəkət etdiyində sürətlə və heç dayanmadan ona doğru tələsin... (Şeyx Məhəmməd b. İbrahim Numani, Qeybəti-Numanı səh. 311)
Tozlu dumanlı fitnə olacaq (11 sentyabr)
Tozlu dumanlı, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək ... (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh. 26)
Quraqlığın yaşanması
"Dəccalın çıxmasından əvvəl səma üç il yağışını tutar. Birinci ildə normal yağışın üçdə birini tutub, üçdə ikisini yağdırar. Yer üzü, bitkisinin üçdə birini bitirməz. İkinci ildə səma normal yağışının üçdə ikisini yağdırmaz. Yer üzü də bitkisinin üçdə ikisini bitirməz. Üçüncü ildə isə səma yağışının hamısını kəsər, yer üzü də bitkisindən heç birini bitirməz. " (Əbu Davud, İbni Macə, Təbərani; Gələcəyin Tarixi 3, səh. 241)
Zəlzələlərin çoxalması
"Zəlzələlər çoxalmadıqca, fitnələr zahir olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz." (Qiyamət Əlamətləri, səh. 109)
"Ümmətimdə zəlzələlər olar. Belə ki, bu zəlzələlərdə on min, iyirmi min, otuz min adam ölər. Allah, bu ölümü müttəqilərə öyüd-nəsihət, möminlərə rəhmət, kafirlərə isə əzab qılar." (İbni Asakır, Gələcəyin Tarixi 1, Orxan Bəydən, Mövsüm Nəşriyyat, səh.81)
Vatikanda zəlzələ (2009)
"... Hz. Mehdi (ə.s) və tələbələri ... (Romanı) təsbih və təkbirlə fəth edəcəklər ... O şəhərin (Vatikanın) divarları bir-bir yıxılacaq ..." (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, səh. 204)
Sevimli Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) -in qeyb xəbəri olaraq istər hz. Isa, hz. Mehdi və Axırzaman əlamətləri, istərsə də keçmişdə yaşanmış hadisələr haqqında bildirdiyi möcüzələr bütün müsəlmanlar üçün böyük bir müjdə, Allahdan bir kömək və lütfdür. Bu möcüzələr, Allahın izni ilə iman edənlərin imanlarını daha da gücləndirəcək və Allahın Peyğəmbərimiz (s.ə.v) -ə endirdiyi Uca kitabı Qurani-Kərimə daha böyük bir şövqlə bağlanmalarına vəsilə olacaq bir dəlildir.