Möminlərə Quranda bildirilən ən əhəmiyyətli ibadətlərdən biri də Allahın elçilərinə itaətdir. Allah elçilərini onlara itaət edilmələri üçün göndərdiyini bildirmişdir və hər dövrdə iman edənlər elçiyə itaət etməklə sınanmışlar. Elçilər Allahın sözünü, əmrlərini insanlara çatdıran, insanları Allahın ayələri və axirət günü ilə xəbərdar edib qorxudan, Allahın insanlar arasından seçərək digərlərinə görə üstün etdiyi, insanlara təqvaları, rəftarları və əxlaqları ilə ən gözəl nümunə olan, səmimi, Allahın dostu və yaxını olan mübarək insanlardır. Elçilərə itaət Allahın ayəsində də bildirdiyi kimi əslində Allaha olan itaətin bir göstəricisidir.
Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik. (Nisa surəsi, 80)
Elçiyə itaətsizlik isə, o insanın Allaha və dinə qarşı olduğunu, müsəlman olduğunu söyləməsinə baxmayaraq inancında səmimi olmadığını göstərər. Bu Allahın Quranda bildirdiyi əhəmiyyətli sirlərdən biridir. Allah bir ayəsində elçiyə itaət edənlərlə etməyənlərin vəziyyətlərini belə bildirmişdir:
Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və elçisinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Kimsə Allaha və elçisinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa surəsi, 13-14)
Allah Quranda elçiyə olan itaət ilə əlaqədar bir çox xüsusiyyətlər bildirmişdir və bu incəliklər ilə həqiqi itaət və təslimiyyət ruhunun necə olması lazım olduğunu, hansı itaətin Allah Qatında qəbul olacağını insanlara göstərmişdir. Bu ayələrdən də göründüyü kimi, bir insanın dinin bütün hökmlərinə uyur, din üçün çox xidmət edir kimi görünməsi kifayət deyil. Əgər bu insan elçiyə itaət mövzusunda Allahın bildirdiyi əxlaq və tutuma uyğun gəlmir, elçiyə itaətdə Qurana görə qüsur işləyirsə, Allah onun bütün etdiklərini etibarsız edə bilər. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:
Elçiyə tam bir təslimiyyətlə təslim olmadıqca iman etmiş olmazlar
Allah Nisa surəsində insanlara çox əhəmiyyətli bir sirri bildirir. Bu ayə belədir:
Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)
Bu ayə, bizə peyğəmbərə olan itaətin necə olması lazım olduğu mövzusunda əhəmiyyətli bir sirr verir. İnsanların bir çoxu itaət anlayışını tanıyar və bilər. Ancaq elçiyə itaət, insanın bildiyi bütün itaət şəkillərindən fərqlidir. Allahın bu ayəsində də bildirdiyi kimi, bir mömin elçiyə, könüldən, içində heç bir şübhə və ya tərəddüd olmadan itaət etməlidir. Əgər bir insan elçinin söylədiklərinə qarşı içində bir şübhə edirsə, öz ağlını daha çox bəyənib, öz fikrinin daha doğru və yaxşı olduğunu zənn edirsə, bu o insanın Allahın ayəsində bildirdiyi kimi iman etmədiyini göstərər.
Həqiqi imanda və təslimiyyətdə, möminlər elçinin hər söylədiyinin özləri üçün ən xeyirlisi və ən gözəli olduğunu bilərlər. Deyilənlər mənfəətləri ilə zidd düşsə belə bunları böyük bir şövq və istəklə qəbul edərək tətbiq edərlər. Bu əxlaq həqiqi imanın bir göstəricisidir və Allah bu şəkildə təslimiyyətlə itaət edənlərin qurtuluşa çatacaqlarını müjdələyir. Allahın bu müjdəni verdiyi ayələrdən bəziləri belədir:
Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)
Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır). (Nur surəsi, 52)
De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. (Nur surəsi, 54)
Allahın yuxarıdakı ayədə də bildirdiyi kimi, elçiyə itaət edənlər hidayət tapacaqlar. Tarix boyunca bütün insanlar Allahın elçilərinə uyub uymadıqları ilə sınanmışlar. Allah elçilərini həmişə insanların arasından seçmişdir. Bəzi dayaz fikirli və ağılsız kəslər isə öz aralarından çıxan və ya mal tərəfindən digərlərinə görə çox zəngin olmayan bir insana itaət etməyi qavraya bilməmişlər. Halbuki Allah elçilərini seçmiş, Öz Qatından hər istiqamətiylə gücləndirmiş, onlara elm və qüvvət vermişdir. Bu insanların qavraya bilmədikləri mühüm həqiqət isə, seçkinin Allaha aid olduğudur. Səmimi bir mömin, Allahın seçdiyi insana könüldən itaət edər, ona könüldən bağlanar və hörmət edər. Elçinin sözünə hər uyduğunda isə, əslində Allaha uyaraq itaət etdiyini bilər. Allaha və dinə təslim olanlar, Allahın elçisinə də tam bir təslimiyyətlə təslim olarlar. Allah Özünə təslim olanlar üçün ayədə belə bildirir:
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)
Səsini peyğəmbərin səsindən artıq qaldıranların əməlləri boşa gedər
Allah Quranda belə buyurur:
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər. Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir. (Hucurat surəsi, 2-3)
Allahın elçisi, hər vaxt möminləri haqq yola, ən doğru və ən gözəl olana çağırar. Elçilərin bu çağırışları əlbəttə ki, ətraflarındakı insanların nəfsləri ilə bəzən zidd düşər, ancaq mömin olanlar və elçiyə itaət edənlər, ən çətin şərtlərdə belə nəfslərinə deyil, Allahın elçisinin və Quranın sözünə uyar. İmanı zəif və ya nəfsinə hakim ola bilməyən insanlar isə, elçinin haqqa olan çağırışı qarşısında itaətsiz və ya zəif davranışlar göstərə bilərlər. Ayədə də bildirildiyi kimi, səs tonları, danışma üslubları, seçdikləri sözlər, onların ürəklərindəki xəstəliyi, itaətdəki zəifliklərini ortaya çıxardacaq şəkildə ola bilər. Hörmətsizcə, peyğəmbərin söylədiyinə müxalif çıxaraq, səslərini yüksəltmə ağılsızlığını göstərə bilərlər. Məhz Allah bu insanların əməllərinin boşa gedəcəyini bildirir. Bu insan daha əvvəl də danışdığımız kimi, gecə-gündüz din əxlaqının yayılması üçün çalışsa da, itaətsizliyi səbəbiylə Allah onun bu işlərinin boşa gedəcəyini bildirmişdir.
Bu, Quranda bir çox ayə ilə bildirilən çox əhəmiyyətli bir sirdir. Allah insanlara xeyirli əməllər görmələrini, İslamın mənfəəti üçün qərarlı bir şövq və xidmət göstərmələri, gözəl əxlaq göstərmələrini, fədakar, səbirli, tolerant, doğru sözlü, sadiq insanlar olmalarını əmr etmişdir. Şübhəsiz, bunların hamısı insana axirəti üçün fayda verəcək çox əhəmiyyətli ibadətlərdir. Ancaq yuxarıda ifadə etdiyimiz Hucurat surəsindəki ayədə göründüyü kimi, insanın bütün əməlləri Allahın elçisinə qarşı göstərdiyi hörmətsiz hərəkətlə boşa çıxa bilir. Şübhəsiz, bu da, Allahın elçilərinə göstərilən itaət və hörmətin nə qədər əhəmiyyətli olduğunu bir də xatırladır.
Allah, elçiyə itaət etməyənlərin güclərini alar
Allahın Quranda xəbərini bildirdiyi Talut və ordusu ilə əlaqədar hadisə, Allahın elçisinə itaətin əhəmiyyətini göstərən xatırlatmalardan bir başqasıdır. Quranda bildirildiyinə görə, Allahın elçisi olan Talut, ordusu ilə birlikdə düşmən ordusuna doğru gedərkən, ordusundakıları xəbərdar etmiş və irəlidə qarşılaşacaqları çaydan su içməmələrini söyləmişdir. Mövzu ilə əlaqədar ayə belədir.
Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)
Ayədədə göründüyü kimi, Talutun əmrinə uymayanlar gücsüz qalmışlar. Taluta uyanlar isə güc qazanmışlar və Allahın icazəsiylə sayları çox az qalmasına baxmayaraq qalib gəlmişlər. Bunlar Allahın Quranda bildirdiyi sirlərdir. İnsanların sandığı kimi güc, zəfər və üstünlük, maddi imkanlarda, sayca üstünlükdə, mövqe-məqamda ya da fiziki xüsusiyyətlərdə deyil. Kim Allahın sərhədlərinə uysa, Allaha və elçisinə itaət etsə, Allah o insanı bütün insanların üzərində güclü edər, o insanı ağıl, sağlamlıq, gözəllik, ruzi, zənginlik kimi saysız nemətlə mükafatlandırar. Onlar üçün axirətdə isə daha gözəl və ehtişamlı sonsuz bir həyat hazırlanmışdır.