İnsanın texniki imkanı olsa və bütün yağan qar kristallarını araşdırsaq, hamısının bir-birindən tamamilə fərqli olduğunu görərik. Bunun səbəbi qar dənəciklərini meydana gətirən su molekullarının molekulyar xüsusiyyəti və qar kristallarının müxtəlif həndəsi strukturlarda meydana gəlməsidir. Meydana gələn bu qar kristalları mükəmməl və qüsursuz simmetriyaya sahibdir.
Bir-birləri ilə zəif şəkildə birləşərək qar dənəsini meydana gətirən kristalların heç biri digərinə bənzəmir. Qar kristallarındakı möhtəşəm quruluş elm dünyasını təəccübləndirmiş və elm adamlarında böyük heyranlıq meydana gətirmişdir. Belə ki, qar kristalları üzərində ilk tədqiqat işi aparan amerikalı Uilson Bentli gördüyü möhtəşəm sənətdən çox təsirlənmiş və əlli il ərzində qar kristallarının rəsmini çəkərək qar dənəciklərini araşdırmışdır. Bentli kəşf etdiyi kristal aləminin bənzərsizliyini belə ifadə edir:
“Mikroskopun altında qar dənəciklərinin möcüzəvi gözəllikdə olduğunu kəşf etdim. Bu gözəlliyin başqaları tərəfindən görülməməsi və lazımi əhəmiyyətin verilməməsi böyük itkidir. Hər kristal bir dizayn möcüzəsidir və heç bir dizayn bir daha təkrarlanmır…”
Qar kristallarında olan müxtəliflik bitib-tükənmədiyi üçün hal-hazırda da tədqiqatlar davam edir.
Çox vaxt fərqinə varmadığımız sənət əsərləri
Göydən düşən qar dənəciklərinin bir-birindən fərqli olduğu çox insanın bilmədiyi mövzudur. Bilinsə belə, bu möhtəşəmlik üzərində çox düşünülmür. Halbuki qar kristallarının hamısının altıbucaqlı olub strukturlarının bir-birindən fərqlənməsi çox böyük möcüzədir. Belə müxtəlifliyi heç bir sənətkar, memar və ya elm adamı reallaşdıra bilməz. Üstəlik, Allah bu sənəti 0.1 millimetr olan bir məkanın içində yerləşdirmişdir.
Amerikalı fizik, professor Kennet Librext qar kristallarının möhtəşəm quruluşu üzərində tədqiqat aparan elm adamlarından biridir. Kaliforniya Texnologiya İnstitutunun professoru Librext qar dənəciklərinin şəkillərini çəkərək Allahın yaratma sənətindəki qüsursuz gözəlliyi nümayiş etdirmişdir.
Professor Librext indiyə qədər aparılan tədqiqatlar əsasında qar dənəcikləri arasında eyni böyüklükdə, eyni formada və eyni sayda su molekulu ehtiva edən iki kristalın belə olmadığını bildirmişdir. Librext texnoloji cihazların köməyi ilə qar kristallarının bucaqları, motivləri və rəngləri arasında belə, müxtəliflik olduğunu göstərərək bunun möcüzə olduğunu isbat etmişdir.
Qar kristalları necə meydana gəlir?
Bir qar dənəciyi kiçik toz dənəsi ətrafında meydana gəlməyə başlayır. Yaranan bu kristal get-gedə böyüyür və künclərində kiçik qollar formalaşır. Hava soyuduqca bu qolların böyüməsi bir az da sürətlənir. Qar ətrafa sovrulduqca və hava dəyişikliyinə məruz qaldıqca bu quruluş dəyişməyə davam edir və hər şəraitə uyğun müxtəlif xüsusiyyət qazanmağa başlayır. Bir qar dənəciyindəki hər qol eyni cür inkişaf edir, bütün qollar bir-birinə bənzəyir və çox kompleks quruluş meydana gəlir. Meydana gələn altıbucaqlı forma qızıl nisbətə uyğun simmetriyaya malik olur və kristal üç ölçülü quruluşunu qazanır.
Kainatı ən kiçik zərrəsinə qədər Allah yaratmışdır və yaratdığı hər şeyə surət vermişdir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər Onun ağlının təcəllisidir. İnsanın üzərinə düşən vəzifə Allahın yaratdığı bənzərsiz sənəti görmək və bunların üzərində düşünməkdir.
Allah nümunəsiz yaradandır
Hər bir qar dənəciyi Allahın iznilə yer üzünə düşür. Qarın meydana gəlməsi üçün lazım olan bütün faktorları yaradan Allahdır. Temperatur dəyişikliyi, hava kütlələri, kristallaşma Allahın istəyi ilə reallaşır. Hər su damlasını soyuq hava ilə qarşılaşdıran və çox nazik buz parçalarına çevirən də Allahdır. Hər şeyi ən gözəl şəkildə yaradan Allah trilyonlarla qar dənəciyini ehtişamlı sənətlə yer üzünə göndərir. Hər şeyin Allahın diləməsilə var olduğu bir ayədə belə bildirilir:
Burada Allahın sonsuz yaratma gücünü daha yaxşı anlamaq üçün qarla örtülmüş mənzərəni gözünüzün önünə gətirin. Qar altında olan ağacları, yolları, avtomobilləri və evlərin damlarını düşünün. İndi buradakı qar dənəciklərini saymağa çalışdığınızı fərz edin. Bunu bacarmaq qeyri-mümkündür. Çünki bir kub metr qarda 350 milyon qar dənəciyinin olduğu təxmin edilir. İndi bu 350 milyon qar dənəciyinin hər birinin fərqli altıbucaqlı quruluşa malik olduğunu düşünün. Sonra qarşınızdakı qarla örtülmüş mənzərəyə baxın və neçə fərqli qar kristalı ilə qarşı-qarşıya olduğunuzu düşünün. 350 milyon bir-birindən fərqli bucaqları, naxışı, rəngləri və quruluşları belə insanın zehnində canlandırması mümkün deyil. Dünyada heç bir rəssamın və ya heç bir sənətkarın bir-birindən fərqli 350 milyon rəsm əsəri və ya naxış işi yoxdur. Allah isə yalnız bir kub metr qarda 350 milyon müxtəlif naxış yaratmağa qadir olandır. Quranda Rəbbimizin yaratma elmi belə xəbər verilir: