Allah möminlərin Quranda müjdələnildikləri sirlərdən birini belə bildirir:
"Ey iman edənlər, əgər siz Allaha (Allah adına İslama və müsəlmanlara) kömək etsəniz, O da sizə kömək edər və sizin ayaqlarınızı sağlamlaşdırar." (Məhəmməd surəsi, 7)
İman edənlər həyatları boyunca Quran əxlaqını insanlar arasında yaymaq, insanların Allaha iman etmələrinə vəsilə olmaq üçün ciddi bir səy içində olarlar. Onların bu səylərinə qarşılıq, inkar edənlərdən bir qrup isə, tarix boyunca həmişə iman edənlərin qarşısında iştirak etmiş, onlara təzyiq və şiddətlə maneə törətməyə çalışmışlar. Allah Quranda, inkar edənlərə qarşı həmişə möminlərlə birlikdə olduğunu, onların işlərini asanlaşdıracağını, möminlərə kömək və dəstək olacağını bildirir. Allah yolunda səmimi bir səy göstərən möminlər bunları öz həyatlarının hər anında yaşayarlar. Allah hər işlərini asanlıqla nəticələndirər, hər işlərində müvəffəqiyyət və gözəllik verər. Ən çətin və ya kompleks kimi görünən hadisələrdə də möminlərə bir asanlıq verər. Hətta zəif imanlıların "əfsus" dedikləri, ümidsizliyə düşdükləri, heç bir qurtuluş yolunun qalmadığını düşündükləri vəziyyətlərdə də Allah möminlərə Qatından kömək göndərmiş və möminləri müvəffəqiyyətli etmişdir.
Allahın köməyinin və dəstəyinin özləriylə olduğuna iman edən möminlər heç bir zaman ümidsizliyə qapılmaz, Allahın hadisəni necə nəticələndirəcəyini həyəcanla gözləyərlər. Hz. Musa və qövmü buna bir nümunədir. Hz. Musa İsrailoğullarını Fironun zülmündən qorumaq üçün Misirdən çıxarar. Firon isə ordusuyla birlikdə hz. Musanın və qövmünün arxasınca düşmüşdür. Hz. Musa və İsrailoğulları dəniz sahilinə çatdıqlarında, içlərindən bəzi zəif imanlılar, Firon tərəfindən sıxışdırıldıqlarını düşünərək, çaxnaşmaya düşmüşlər və ümidsizliyə qapılmışlar. Halbuki hz. Musa "...Şübhəsiz, Rəbbim mənimlə bərabərdir; mənə yol göstərəcək". (Şuəra surəsi, 62) deyərək, Allahın möminlərlə birlikdə olduğuna dair inancını göstərmişdir. Həqiqətən də, Allah dənizi ikiyə yararaq, hz. Musanın və qövmünün qarşı sahilə keçməsinə şərait yaratmışdır, ardlarınca dərhal dənizi bağlayaraq Fironu və ordusunu suda boğmuşdur.
Allahın möminlərlə birlikdə olduğuna iman edən, Allaha dost və yaxın bir mömin, həyatının hər anında bu sirrin təcəllilərini görəcək. Əlbəttə ki, dənizin yarılması kimi möcüzələr Allahın bəzi elçilərinə göstərdiyi hadisələrdir. Ancaq hər mömin, səmimi olaraq düşünüb, yaşadığı hər hadisədə Allahın yaratmasını və Quran ayələrini düşünsə, haradasa möcüzə deyiləcək qədər böyük-kiçik yaşadığı hər hadisədə Allahın dəstəyinin və köməyinin əlamətlərini görəcək.
Allah, möminlərə sezilməz yollarla da kömək edər
Allah bir çox ayəsində möminlərə dəstəyinin nə şəkillərdə ola biləcəyini bildirmişdir. Məsələn, bir ayədə Allah möminləri, düşmənlərinin gözündə iki misli göstərdiyini belə bildirir:
Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün and olsun bir ayə (ibrət) vardır. Bir birlik, Allah yolunda vuruşurdu, digəri isə kafir idi ki, qarşılarındakını özlərinin iki qatı görürdülər. Allah dilədiyini köməyiylə dəstəkləyər. Şübhəsiz bunda, bəsirət sahibləri üçün həqiqətən bir ibrət vardır. (Ali İmran surəsi, 13)
Allah möminlərə qurulan tələləri pozaraq kömək edər
Daha əvvəl də ifadə edildiyi kimi, inkar edənlər möminləri Allahın yolundan maneə törətmək üçün onlara müxtəlif çətinliklər yaradarlar və onların əleyhində tələlər qurarlar. Ancaq Allah Quranda möminlərə qurulan bütün tələlərin pozulacağını, tələ quranların özlərinə qayıdacağını və möminlərə heç bir zərər verə bilməyəcəklərini bildirir. Bu ayələrdən bəziləri belədir:
Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)
Sizə bir yaxşılıq toxununca dərdlənərlər, sizə bir pislik toxunduqda isə buna sevinərlər. Əgər siz səbr edər və çəkinsəniz, onların "yaramaz hiylələri" sizə heç bir zərər verə bilməz. Şübhəsiz, Allah etməkdə olduqlarını əhatə edəndir. (Ali İmran surəsi, 120)
Qurulan tələlərin zaman içində mütləq möminlərin lehinə, tələni quranların isə əleyhinə döndüyünü göstərən nümunələrdən biri hz. Yusifə qurulan tələ ilə əlaqədardır. Yusif surəsində bildirildiyinə görə, atalarının sevgisini qısqanan qardaşları hz. Yusifə tələ qurub, onu bir quyuya ataraq ölümlə üz-üzə qoymuşdular. Hz. Yusifin gənc yaşlarında isə, yanında qaldığı vəzirin arvadı tərəfindən bir başqa tələ qurulmuşdur. Ancaq Allahın vədi qurulan bu tələlərin heç biri hz. Yusifə bir zərər verə bilməmişdir. Hz. Yusifə qurulan tələlər və quyuya atılması ilə davam edən hadisələrin nəticəsində hz. Yusif Misir xəzinələrinin başına gətirilmişdir. Hz. Yusif bütün bu hadisələr nəticəsində yaramaz hiylələrin müvəffəqiyyətə çatmayacağını söyləmişdir:
(Yusif vasitəçiyə bunu söylədi:) "Bu, (etiraf vəzirin) yoxluğunda, həqiqətən, ona xəyanət etmədiyimi və həqiqətən, Allahın xəyanət edənlərin yaramaz hiylələrini-nizamlarını müvəffəqiyyətə çatdırmadığını özünün də bilib öyrənməsi üçün idi". (Yusif surəsi, 52)