Keyfiyyət bir şeyin dəyərlilik, yararlılıq dərəcəsi deməkdir. Nə qədər yaxşı və üstündürsə o qədər də keyfiyyətli, lazımi meyarları nə qədər aşağıdırsa o qədər də keyfiyyətsiz hesab olunur. Eyni zamanda, keyfiyyət insani xüsusiyyətlərdən bəhs edərkən, tərifləyərkən və ya qiymətləndirərkən istifadə olunan bir meyardır. Keyfiyyəti ölçərkən insanın xarici görünüşü, geyim tərzi, təmizliyi, estetika və sənət anlayışı, əxlaqı, mənliyi, davranışı, ədəbi, danışıq üslubu və s. xüsusiyyətləri nəzərə alınır.
Keyfiyyətli gəncliyin xüsusiyyətləri:
Bütün bu sadaladıqlarımız hər birimizin bəyəndiyi və arzuladığı keyfiyyətli gəncliyin sadəcə bir neçə xüsusiyyətidir. Əlbəttə, bu keyfiyyətlərin sayını artırmaq və daha incəliklərini qeyd etmək mümkündür. Keyfiyyətin sərhədi yoxdur. İnsan hər gün əxlaqını, şəxsiyyətini, davranış və rəftarını daha da gözəlləşdirə bilər, sevgi, şəfqət, estetika, incəsənət anlayışını, ağlını, mədəniyyətini, elmini, savadını daha da artıra bilər. Təfəkkürünü dilədiyi qədər dərinləşdirə bilər. Bunlarla yanaşı, digər bütün xüsusiyyətlərin inkişafının, bir sözlə keyfiyyətin artırılmasının sərhədi yoxdur. Şübhəsiz, hər şeyin daha gözəli, daha yaxşısı, daha üstünü var. Çünki hər şey uca Allah`ın sonsuz sifətlərinin təcəllisidir. Buna görə də Allah`ın yaratdıqları üzərindəki təcəllilərinin heç bir sərhədi yoxdur.
Keyfiyyəti ən gözəl və aydın şəkildə Quran izah edir
Keyfiyyətli insan Quranda mömin simasında təqdim edilir. Hz. Adəmdən (ə.s) etibarən Peyğəmbərimizə (s.ə.v) qədər, qədim İslamın təmsilçiləri hz. Nuh (ə.s), hz. İbrahim (ə.s), hz. Yəqub (ə.s), hz. İsmayıl (ə.s), hz. Davud (ə.s), hz. Süleyman (ə.s), hz. İsa (ə.s) kimi bütün peyğəmbərlər öz dövrlərinin ən keyfiyyətli, ən müasir, ən seçilmiş insanları olmuşlar. Heç şübhə yoxdur ki, Allah`a qarşı duyduqları dərin sevgi və hörmət nəticəsində əldə etdikləri üstün ağıl ilə bütün peyğəmbərlər dövrümüzdə yaşasaydılar yenə də dünyanın ən keyfiyyətli, ən müasir insanı olardılar.
Keyfiyyətli insan olmaq üçün, hər şeydən əvvəl, Quranın bizə göstərdiyi yolu izləmək lazımdır. Allah keyfiyyəti, gözəlliyi sevir. Cənnətdə hər yer, hər şey, hər kəs sonsuz keyfiyyətli olacaq. Cənnətdə Allah`ın sonsuz sifətlərinin təcəllilərində hər gün, hər an durmadan artan bir keyfiyyət və gözəllik hakim olacaq. Möminin cənnət arzusu onu dünya həyatını da cənnət kimi yaşamağa sövq edir. Keyfiyyətli gəncliyin hədəfləri də böyükdür, kiçik məqsədləri güdmürlər :
Dünyanın gələcəyi olan gənclərimiz hərtərəfli ən yüksək keyfiyyəti əldə etməyi və qısa müddətdə bütün bəşəriyyəti indiyə qədər dadmadığı gözəlliyə, xoşbəxtliyə və üstünlüyə, yəni ən yüksək keyfiyyətə qovuşdurmağı özlərinə məqsəd seçməlidirlər. Məhz bu yolla insanların əxlaqı ilə yanaşı ağlı, gözəllik və estetika anlayışı da inkişaf edəcəkdir. Belə insanların yaratdığı dünya da ən yüksək keyfiyyətdə olacaqdır. Nəticədə də Allah`ın izni ilə yer üzündə bir növ cənnətin bənzəri yaranacaq.
“Hazırda İslam ölkələri pərişan vəziyyətdədir. Bu vəziyyət hz. Mehdinin dövründə tamamilə dəyişəcək. Hz. Mehdinin (ə.s) gəlişi ilə keyfiyyətsizlik ortadan qalxacaq.” (A9 TV, 12 noyabr 2013-cü il)
“Vaxt qızıldan dəyərlidir, çox dəyərlidir. Bütün gücümüzlə vaxtdan ən mükəmməl şəkildə istifadə etməliyik, 4-5 saat seriala baxmaq əvəzinə intellektual səviyyəni artırmaq olar, elminizi, savadınızı artıra bilərsiniz. İnsanlara kömək et, ətrafı təmizlə, özünü daha da təkmilləşdir.”(A9 TV; 16 sentyabr 2013-cü il)
“İslam nəzafətdir (təmizlik, paklıq), keyfiyyətdir. İslam dedikdə dünyanın ən keyfiyyətli, ən mədəni insanları göz önünə gəlməlidir.” (A9 TV; 28 iyul, 2013-cü il)
Keyfiyyət həyatın ən vacib meyarıdır. Keyfiyyət olmayan yerdə insanlar bədbinləşir, hissiyyatsız, eqoist olurlar, hətta dindən uzaqlaşırlar. Bir çox ibadətlərini yerinə yetirsələr də keyfiyyətsizlik xoşbəxt olmalarına mane olur. Qaranlıq, soyuq evlər, estetikadan uzaq məkanlar, baxımsız ibadətgahlar insanlara hüzur bəxş edə bilmir. Üzündə sevgi ifadəsindən əsər-əlamət olmayan, əsəbi, bədbin, gözəlliklərdən zövq almayan, hətta bunları həyatından silməyə çalışan, pessimistliyi bütün ətrafına yayan insanlar cəmiyyətdə getdikcə çoxalır. Belə cəmiyyətlərdə qardaşlıq, dostluq kimi gözəl xüsusiyyətlər dəyərini itirir, gözəlliklər, sevgi, hüzur yox olur, bir sözlə, rahatlıq olmur. Hər kəs bir-birindən uzaqlaşır və hətta bir-birindən çəkinir, qorxur. Əlbəttə, bu xoşagəlməyən vəziyyətdir.