SALAM - Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən
ucgen

SALAM - Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən

1476

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

 
Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:
 

Sizdə olan nemətlər tükənəcək, Allah`ın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

 
Şübhəsiz, dünyadakı və axirətdəki gözəl həyat qulları üzərində sonsuz şəfqət sahibi olan Allah`ın Salam sifətinin təcəllilərindəndir. Dünyada gözəl həyat yaşayan, Rəbbimizə qulluq edib etdiyi saleh əməllərdən əcr qazanan mömin axirətdə də razı salınmış olaraq cənnətə girəcək. Allah səmimi qullarının axirətdə qarşılaşacaqları mühiti Quranda belə xəbər vermişdir:
 

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, uzaqda olmayacaqdır. Budur sizə vəd edilən. O, hər bir üz tutan, (Onun əmrinə) riayət edən mərhəmətli (Allah`dan) (Onu) görmədən qorxan və (Allah`a) yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 31-35)

 
Allah`ın Salam sifəti, eyni zamanda, cənnətə qəbul etdiyi qullarına salam verməsi mənasına da gəlir. Allah “Yasin” surəsinin 58-ci ayəsində "Üstəlik, Rəhmli Rəbb: “Salam”, - deyəcək" şəklində buyuraraq cənnətə girən insanlara salam verəcəyini bildirir. Şübhəsiz, Allah`ın salamı möminlər üçün ola biləcək ən böyük müjdədir. Ayələrdə belə buyurulur:
 

Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik. (Furqan surəsi, 75)

Kora, çolağa, xəstəyə çətinlik yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan  evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız! (Nur surəsi, 61)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr