Rəsulullah (s.ə.v.): "Mən qiyamətin qopacağı vaxtda göndərildim. Ancaq bunun bu birini keçməsi kimi mən qiyamət saatından bir az əvvəl gəldim!" buyurdu və orta barmağı ilə şəhadət barmağını göstərdi. (Kütübi Sittə, Müstevrid İbnu Seddad el-Fihridən ravi edilmişdir, hədis nömrəsi 5026) Tirmizi, Fiten 39, (2214).] [50]
Rəsulullah (s.ə.v.): "Mən qiyamət yaxın olduğu anda göndərildim!" buyurdu və şahadət barmağı ilə orta barmağını yan-yana göstərdi. (Kütübi Sittə, Sehl İbnu Sa'd'dan ravi edilmişdir, hədis nömrəsi 5025) [Buxari, Rikak 39, Təfsir, Naziat 1, Talaq 25; Müslim, Fiten 132, (2950).] [49]
Abdullah İbni Həvalə əl-Əzdin (r.ə) yanına gəldim. Mənə: "Rəsulullah (s.ə.v.) bizi qənimət götürək deyə piyada olaraq göndərdi. Biz heç bir qənimət götürə bilməyərək geri döndük. Yorğunluğumuzu üzümüzdən anlayıb yanımıza gələrək: "Ey Allahım, onları mənə vəkil etmə, mən onları üzərimə götürməkdə acizəm! Onları özlərinə də vəkil etmə, bu işdə özləri də acizdirlər. Onları digər insanlara da vəkil etmə özlərini onlara tərceh edərlər!"deyə buyurdu. Sonra əlini başımın üstünə qoydu və dedi "Ey İbnu Həvalə! Xilafətin (Mədinədən) Ərzi Müqəddəsəyə (Suriyaya) endiyini görsən, bil ki, artıq zəlzələlər, kədərlər, böyük hadisələr yaxındır. O gün qiyamət insanlara bu əlimin başına olan yaxınlığından daha yaxındır" buyurdu. (Kütübi Sittə, İbnu Zuğb el-Eyadidən ravi edilmişdir)
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq…
ramıq-Əl Ehadis, 476/11
Qiyamətdən əvvəl iki böyük hadisə olacaq… və sonra da zəlzələli illər.
Ramiq-Əl Ehadis, 187/2
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar çoxalacaq…
Camiü's-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392
Rəsulullah (s.ə.v.) buyurdu ki: "Zaman yaxınlaşmadıqca qiyamət qopmaz. Bu yaxınlaşma elə olacaq ki, bir il bir ay kimi, bir ay bir həftə kimi, həftə də bir gün kimi, gün saat kimi, saat da çırağın alovlanması kimi (qısa) olar." (Kütübi Sittə, Ənəsdən ravi edilmişdir, hədis nömrə 5041)