(Müsəlmanların) Qanları halal sayılacaq. (Müsəlmanların) həm qanları həm malları (qənimət kimi) halal sayılacaq. ... Dənizdə dalğanın çalxalanması kimi dünyanı çalxalayacaqlar. Heç bir insan sığınacaq yer tapa bilməyəcək. (Bu fitnə) Şamda (Suriyada başlayıb) yayılacaq. İraqın hamısını bürüyəcək(lər). Ərəb yarımadasının hamısına əli ilə, ayağı ilə zərbəni vuracaq. Dəricilər dərini çəkdikləri kimi bütün ümmət zərbə yeyəcək, bəla gələcək. Bir insan bu fitnəyə dur deyəcək güc tapa bilməyəcək. Bir tərəfdə dayanacaq o tərəfi həll etdik dediklərində digər tərəfdə başqa bir (fitnə) baş verəcək.
(Nuaym ibn Hammad)
İnsanlar, bal arılarının ana arının ətrafında toplanması kimi, hz. Mehdi (ə.s) –ın ətrafında toplaşarlar. DAHA ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI HZ. MEHDİ (Ə.S) ƏDALƏTLƏ DOLDURAR. (HZ. MEHDİ (Ə.S)-IN) ƏDALƏTİ O QƏDƏR OLAR Kİ, YUXUDA OLAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ TÖKÜLMƏZ. DÜNYA, SANKİ ƏSRİ SƏADƏT DÖVRÜNƏ QAYIDAR.
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 29)
“Sufyanı Kufəyə çatdığı və Ali-Məhəmmədin köməkçilərini öldürdüyü zaman Mehdi çıxar və onun bayraqdarı Şueyb ibn Saleh Təmimi olar”.
(İmam-ı Suyûtî)
“Təmimdən Şueyb ibn Saleh deyilən bir adamdır ki, Sufyanın adamlarını məğlubiyyətə uğradar. Ta Beyti Maqdisə enər, Mehdinin hakimiyyətinə zəmin hazırlayar, ona Şamdan üç yüz nəfər kömək edər, onun ortaya çıxması ilə Mehdiyə əmrin (vəzifənin) təslim edilməsi arasında yetmiş iki ay vaxt vardır”.
(Fetava-i Hadîsiyye, İbn-i Hacer-i Heytemi -42)