İran, Türkiyə və Yaxın Şərqin gələcəyi
ucgen

İran, Türkiyə və Yaxın Şərqin gələcəyi

523

Ərəb Baharından sonra Yaxın Şərqdə bir çox dəyişikliklər baş verdi. Diktatorlar devrildi, yeni rəhbərliklər quruldu. Milyonlarla insan həyatını itirdi, evlərini tərk etmək məcburiyyətində qaldı. Təbii ki, beynəlxalq münasibətlərdə də əhəmiyyətli dəyişikliklər baş verdi. İran və Türkiyə arasında olduğu kimi ...

İranın son P5 + 1 danışıqlarında atdığı addımlar ölkə adına əhəmiyyətli nailiyyət idi. Türkiyə prezidenti Ərdoğanın İrana səfəri də olduqca vacib idi. Hər iki ölkənin də lideri bir-birini qucaqlayaraq, ölkələr arasındakı ticarəti daha da inkişaf etdirmək istədiklərini bildirdilər.

İki ölkə arasındakı bu ticarət ortaqlığı Yaxın Şərqdəki mövcud problemi aradan qaldıraraq bölgədəki sabitliyi təmin etmək üçün müsbət addımdır. Ancaq həll edilməli olan daha böyük problemlər var.

Əvvəla, Yaxın Şərqin yardıma ehtiyacı var. Bölgədəki insanlar din qardaşı olduqları və bir-birlərini sevmələri və qorumaları Allah tərəfindən onlara əmr edildiyi halda, məzhəb fərqinə görə bir-birlərini öldürürlər. Əsrlər boyunca xarici güclər tərəfindən bölgənin dini quruluşunda anlaşmazlıqların kökləri atılıb. Hal-hazırda isə bölgə ölkələri xarici güclər tərəfindən öz güc oyunları və mənfəətləri istiqamətində istismar edilir.

Bu gün Yaxın Şərqdə bir neçə ölkə istisna olmaqla "qarışıqlığın yaşanmadığı tək bir nöqtə belə yoxdur". Bu bəlkə iddialı bir cümlə kimi görünə bilər, amma mövcud vəziyyəti ümumiləşdirdikdə bu daha yaxşı aydın olacaq:

-Suriyada 10 mini uşaq olmaqla, təxminən 200.000 insan vətəndaş müharibəsində həlak oldu. 10 milyon suriyalı evlərini tərk etmək məcburiyyətində qaldı və bunların 3 milyonu uşaq idi. [i]

-Misirdə «Müsəlman Qardaşlarının» iqtidarı hərbi çevrilişlə sona çatdı. Çevriliş nəticəsində 2.655 insan öldü, 16.000 yaralandı. [ii] Hal-hazırda 3.000 nəfər ölüm cəzasına məhkum edilib və 18.000 siyasi məhbus var. [iii] Bir çoxlarına görə Hüsnü Mübarək rəhbərliyi Misirdəki mövcud vəziyyətdən daha yaxşı idi.

Yəmən isə şiə husilər və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən sünni rəhbərlik arasındakı güclü qarşıdurmaya görə bölünmüş vəziyyətdədir. Hökumət istefa vermək üzrədir. BMT-nin hesablamalarına görə, qarşıdurmalarda 600 nəfər ölüb, 2.200 insan yaralanıb və 100.000 nəfər köçmək məcburiyyətində qalıb. [ıv]

-42 il hakimiyyətdə olan Liviya lideri Qəddafinin amansızca qətl edilməsindən sonra ölkə İŞİD də daxil olmaqla fərqli qruplaşmaların və təxminən 300 fərqli milis gücünün, dini icmanın, qəbilənin və xarici güclərin mübarizə apardığı vətəndaş müharibəsinin içinə düşdü. Bu mübarizənin nəticəsində 2.800 insan həlak oldu və ölkə iqtisadiyyatı alt-üst oldu.[v]

-İraqda uzun müddətli məzhəb münaqişələrində 15 mindən çox insan həlak oldu. Bu 2007-ci ildə vətəndaş müharibəsinin səbəb olduğu ən böyük ölüm sayıdır. Torpaqlarının üçdə biri İŞİD tərəfindən işğal edildiyi üçün məvh olma təhlükəsində olan ölkədəki ölü sayının daha da artdığına dair məlumatlar var. [vi]

-Xristian azlıqlar da bölgədə təzyiq altındadır və yüz illərdən bəri məskunlaşdıqları yurdlarını tərk etməyə məcbur edilirlər.

Xalqın əksəriyyətinin müsəlman olduğu bu bölgədə müsəlmanlar bir-biri ilə müharibə apararkən, dünyanın digər bölgələrindəki müsəlmanlar təzyiq görür və öldürülməyə davam edir. Myanmada Rohinca, Çində Şərqi Türkistan, Tayvanda, Filippinlərdə, Orta Afrika Respublikasında, Sudanda və dünyanın digər yerlərində yaşayan müsəlman azlıqlar zülmə məruz qalırlar.

Prezident Ərdoğanın da açıq şəkildə ifadə etdiyi və Əhmədinejadın da Türkiyə ziyarəti əsanasında məsciddə nəzakət xətrinə sünni imamın arxasında ibadət edərək göstərdiyi kimi, müsəlmanların şiə və ya sünni olaraq ayrılması əvəzinə müsəlman olaraq qəbul edilmələri çox önəmlidir. Türkiyə, İran və bütün müsəlman dünyası birləşib, bir-birlərini məzhəb, inanc və mədəniyyət fərqinə baxmayaraq sevsələr, sülhü və sabitliyi təmin edə bilərlər.

Əgər müsəlmanlar İslam dünyasının fərqli ünsürlərinin tək İslam birliyi altında birləşməsinin tərəfdarı olsalar, bunun nəticəsində əldə ediləcək gücün tayı bərabəri olmaz. Belə ki, iqtisadi və hərbi gücü, dünya səviyyəsindəki hadisələrə təsiri ilə tarixdə görünməmiş bir güc halına gələr. Müsəlman ölkələrdəki zəngin təbii ehtiyatlar, əldə edilən iş gücü və ölkələrin ortaq hərbi potensialı dünya səviyyəsində sülh və rifaha qarşı hər hansı bir təhlükənin qarşısını asanlıqla ala bilər. Bu birlik şiələri, sünniləri və digər bütün müsəlman qrupları əhatə etdiyi üçün qardaş müharibəsinin də bitməsini təmin edəcəkdir.

Əslində Əhmədinejadın 2008-ci ildə Türkiyə-İran münasibətləri haqqında fikirləri nə etmək lazım olduğunun qısa xülasəsi olduğu üçün əhəmiyyət kəsb edir:

“İran və Türkiyənin əskiklərini tamamlaya biləcəklərinə və iki ölkənin əməkdaşlığı ilə bütün bölgənin təhlükəsizliyi və dünya sülhünü təmin edə biləcək böyük gücün ortaya çıxacağına inanırıq» deyə qeyd etdi və bu şəkildə sözlərinə əlavə etdi: « Türk xalqını ürəkdən sevirik. Bu sevginin kökündə inanclarımız var. Sonsuza qədər bir-birimizin yanından ayrılmayacayıq.”[vii]

Türkiyə və İran buna öndərlik edə biləcək gücdə iki vacib ölkədir. Hər iki ölkənin də diplomatika və sülhün təsis edilməsi kimi məsələlərdə min illərlə ölçülən təcrübəsi və mirası var. Hər ikisi də güclü iqtisadiyyatları, təsirli hərbi gücləri və parlaq gələcəkləri olan ölkələrdir. Sülh üçün müttəfiq olmaları zəncirvari reaksiyaya səbəb ola bilər. Güclərini bunu formalaşdırmaq üçün istifadə etməyə başladıqlarında digər ölkələr də dəstək verərək bu güclü ittifaqa daxil olmaq istəyəcək.

Bu iki gözəl ölkənin birləşməsinin və yüz illər boyu davam edən dostluqlarının sülh yönümlü təşəbbüslə gücləndirməyin əsl vaxtıdır. Bölgədəki insanların buna çox ehtiyacı var.

[i] http://time.com/24741/the-cost-of-war-syria-three-years-on/
[ii] https://www.middleeastmonitor.com/news/africa/9021-statistics-reveal-casualties-since-military-coup-in-egypt
[iii] http://uk.reuters.com/article/2015/04/09/uk-turkey-egypt-idUKKBN0N00YG20150409
[iv] http://www.haaretz.com/news/middle-east/1.651293
[v] http://www.ft.com/intl/cms/s/0/c2b6329a-9287-11e4-b213-00144feabdc0.html#axzz3X0EoSfCP
[vi] http://www.ft.com/intl/cms/s/0/c2b6329a-9287-11e4-b213-00144feabdc0.html#axzz3X0EoSfCP
[vii] http://www.president.ir/en/11515/printable

Adnan Oktarın «Tehran Times & News Rescue»da nəşr olunan məqaləsi:

http://www.tehrantimes.com/index_View.asp?code=246138

http://newsrescue.com/iran-turkey-and-the-future-of-the-middle-east/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo