İslam dünyasının çox yaxın aydın gələcəyi
ucgen

İslam dünyasının çox yaxın aydın gələcəyi

1179
11 sentyabr 2001-ci ildə baş verən bəşəriyyət tarixinin ən qanlı terror hadisəsinin İslam dünyasındakı əks-sədaları 2002-ci ildə də çox hiss edildi. Dünyanın bir çox ölkəsində keçirilən konfranslarda və yazılan məqalələrdə İslam dininin hər cür terroru lənətlədiyi dilə gətirildi, İslamın sülh dini olduğu insanlara çatdırıldı. Unutmaq olmaz ki, bütün dünyanın İslam dinini daha yaxından tanımasına səbəb olan bu hadisələr Allahın Quranda və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələdiyi mübarək dövrün əlamətidir…
 

İslam coğrafiyasında zülm və göz yaşı

 
Bu gün İslam dünyasına baxdıqda Əlcəzair, Bosniya, Tunis, Eritreya, Misir, Əfqanıstan, Kəşmir, Şərqi Türkistan, Çeçenistan, Tailand, Filippin, Birma və ya Sudanda müsəlmanların təzyiq altında olduğunu və məhv edildiyini açıq-aşkar görürük. Bosniyada serblər, Kəşmirdə hindlilər, Qafqazda ruslar, Filippin, Əlcəzair, Misir, Mərakeş kimi ölkələrdə zorakı rejimlər müsəlmanları hədəfə alıb. Ancaq nədənsə bir-birilə əlaqəsiz görünən bu anti-İslam qüvvələri eyni məntiqlə hərəkət edir, oxşar strategiyalar yeridir və bənzər metodlardan istifadə edirlər. Burada sözügedən qüvvələrin ortaq cəhəti olan dindən uzaq şəxsiyyətləri qarşımıza çıxır.
 

Həll yolu dinsizliyə qarşı ideoloji mübarizədir

 
Allahın varlığını inkar edən və bütün İlahi dinləri öz qurduqları dindənkənar sistemlər üçün böyük düşmən kimi görən, buna görə də dinə və dindarlara qarşı güclü mübarizə aparan bu qüvvələr dinsiz ideologiyaları təmsil edirlər. Bu səbəbdən, müsəlmanların qarşısındakı düşmən, əslində, serblər, hindlilər və ya digər zorakı rejimlər deyil, dünyadakı dindənkənar anlayışdır. (Harun Yahya, “Altınçağ”)
 
Dinsizlik təkcə imanlı insanları hədəf götürən, onların imanlarını məhv etməyə çalışaraq axirətlərini təhlükə altında qoyan güc deyil, eyni zamanda, batil ideoloji cərəyanların təməlini təşkil edərək dünyanı qarışıqlıq və döyüş cəbhəsinə çevirən bataqlıqdır. Müsəlmanlar isə bu qarışıqlıq və müharibə mühitində ən böyük hədəf kimi seçiliblər.
 
Ona görə də, dinsizliyə qarşı ideoloji mübarizə həm böyük imani xidmət, həm də dünyanı bürüyən fitnəyə qarşı aparılacaq mənəvi müharibədir. Hələ də dünyanın hər tərəfində dinsiz sistemlər tərəfindən əzilən bir çox müsəlmanın olması bizə bu mübarizənin nə qədər mühüm olduğunu göstərir. Dinsizlik (və dinsizliyin əsasları olan fəlsəfə, ideologiya və darvinizm kimi “elmi” nəzəriyyələr) üzərində qazanılacaq hər ideoloji qələbə, eyni zamanda, dünyadakı məzlum müsəlmanlara yardım mənasını daşıyan mənəvi zəfərdir.
 

İslam torpaqlarına baş verənlər və axırzaman

 
Axırzaman bir çox insan üçün tanış məfhum olmaya bilər. Buna görə, əvvəlcə bu məfhumu qısaca açıqlamaqda fayda vardır. Axırzaman “son dövr” mənasını verir və İslam mənbələrinə əsasən, qiyamətə yaxın zamanda, Quran əxlaqının bütün dünyaya hakim olacağı dövrü ifadə edir. Bu dövrdə insanların sülh və əmin-amanlıq içində yaşaması üçün bütün lazımi şərait mövcud olacaq. Əvvəlki dövrlərdə baş vermiş hər cür sıxıntının yerini bolluq-bərəkət və ədalət tutacaq. Əxlaqsızlıqlar, saxtakarlıqlar, hər cür degenerasiya aradan qalxacaq. Bu dövr bütün inanan insanların əsrlərlə həsrətini çəkdiyi İslam əxlaqının hakim olduğu mübarək dövr olacaq.
 
Peyğəmbərimizin (s.ə.v) hədislərində axırzaman ətraflı açıqlanır. Ondan sonra bir çox İslam alimi də axırzaman haqqında mühüm açıqlamalar veriblər. Bu açıqlamalarda axırzamanda əvvəlcə böyük əxlaqi çöküntü və qarışıqlıq baş verəcəyi, daha sonra həqiqi dinin hakim olması ilə dünyanın xilas olacağı, böyük bolluq-bərəkət olacağı, elm və tibdə böyük irəliləyişlərin əldə ediləcəyi, üstün incəsənət anlayışının meydana gələcəyi, texnologiyanın bütün nemətlərinin insanların xidmətinə veriləcəyi bildirilir.
 

Qızıl əsr ilə müjdələnmək

 
Axırzamanın ilk dövrlərində dünya Allahı inkar edən bəzi fəlsəfi cərəyanların təsiri ilə degenerasiyaya məruz qalacaq. Bəşəriyyət yaradılış məqsədindən uzaqlaşacaq, nəticədə, böyük mənəvi boşluq və əxlaqi çöküntü əmələ gələcək. Bütün dünyada böyük fəlakətlər bir-birini izləyəcək; müharibələr, qarşıdurmalar, zülm baş verəcək və bəşəriyyət: “Bu vəziyyətdən necə xilas olacağıq?” – deyə həll yolları axtarmağa başlayacaq. Bu vəziyyət İslam dininə mənsub müxtəlif bölgələrdə yaşayan insanlara da aid olacaq. Bu gün dinini azad yaşamaq və ibadətlərini yerinə yetirmək istəyən müsəlmanlar böyük təzyiq altında yaşayır, qadınlar, uşaqlar, yaşlılar amansızlıqla qətlə yetirilir. Axırzamanın əlamətlərindən biri olan bu vəziyyət müsəlmanları əzmək və İslam dünyasının böyük birlik qurmasının qarşısını almaq istəyən dindənkənar qüvvələr tərəfindən hər gün daha şiddətlə davam etdirilir. Ancaq bu müharibə və qarşıdurma dövrünün ömrü çox qısa olacaq. Çünki Allah axırzamanın bu böyük qarışıqlığı içindəki insanları xilas edəcəyini və onları mübarək dövrə çıxaracağını müjdələyir.
 

Allahın möminlərə müjdəsi

 
Bu dövr Allahın möminlərə bir lütfü, Peyğəmbərimizin (s.ə.v) də müjdələdyi kimi, cənnətin kiçik modeli olacaq. Bolluq-bərəkəti, insanlar üçün hər cür rahatlıq və sülh mühiti ilə hər müsəlmanın görmək istədiyi bu dövr həyatını Allaha həsr etmiş inanclı qullar üçün dünya həyatında  böyük mükafatdır. Bu gözəl dövrlə müjdələnmək də, şübhəsiz ki, müsəlmanlar üçün böyük şərəfdir.
 
Ancaq bu şərəflə birlikdə məsuliyyət də gəlir. Madam ki, axırzamandır, onda hər müsəlman axırzamanın çətin şərtləri altında ideoloji mübarizə aparmaq üçün özünü yetişdirməli və qətiyyətli olmalıdır. Məzlum müsəlmanların vəziyyəti bunu bizə hər gün xatırladır. Məsum və müdafiəsiz insanlar ağır silahlı düşmənlərin gülləsinə hədəf olarkən, qaçqın düşərgələrində milyonlarla insan aclıq və səfalət içində yaşayarkən, bir çox müsəlman cürbəcür işgəncə və pis rəftara məruz qalarkən vicdanlı insanların özünü görməməzliyə vurması qeyri-mümkündür.
 

Hamımız məsuluq

 
İnsanların çarəsizliklə: “Mən nə edə bilərəm ki?” – deyə düşünməsi də yanlışdır. Unutmaq olmaz ki, yer üzündəki fitnə-fəsadın təməli dinsizlikdir və dinsizliyə qarşı ideoloji mübarizə aparmağa hər kəsin imkanı var. İnsanlara Allahın varlığını izah etmək, Allah qorxusunu öyrətmək, məhşər günündə baş verəcək hadisələri xatırlatmaq, gözəl əxlaqı və dünyada yaşama məqsədimizi təbliğ etmək bu amansız hadisələrin sona çatması üçün atılmış mühüm addımlardır. Vicdanlı insanların birləşərək göstərəcəyi cəhd mütləq uğurla nəticələnəcək.
 
Dinsizliyin məhvedici təsirlərini aradan qaldırmağa, bunun əvəzinə din əxlaqının gözəlliklərini gətirməyə istiqamətlənmiş hər cəhd, eyni zamanda, dövrümüzdəki müsəlmanlara göstərilən ən böyük yardımdır. Sülhü, sevgini, şəfqəti əsas götürən bu mübarizə insanların vicdanlarını hərəkətə gətirəcək və məzlum insanların zülm görməsinin qarşısını alacaq. Bir mühüm cəhəti də vurğulamaq lazımdır ki, müsəlmanların təzyiq və zülm gördüyü ölkələrin böyük əksəriyyəti keçmişdə müsəlman liderlərin idarəçiliyi altında sülh və əmin-amanlığı görüblər.
 
Müsəlman millətimiz keçmişdə olduğu kimi, bu müqəddəs dövrdə də bütün dünya insanlarının həsrətini çəkdiyi sülh və əmin-amanlıq mühitini təmin etməkdə rəhbər rol oynayacaq və önümüzdəki dövr bütün müsəlmanlar üçün aydın dövr olacaq.
 
Gözlənilən bahar, Allahın iznilə, çox yaxındır.
 

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur… (Nur surəsi, 55)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr