Bir müddətdir ki, Qərb mediasında İŞİD-ə qarşı «azadlıq savaşçısı» kimi YPG propaqandası aparılır. Bəs bu məlumat həqiqəti nə qədər əks etdirir? Bəli, İŞİD ağlasığmaz dərəcədə zorakılıq törədir. Ancaq YPG müxaliflərinə yaşamaq hüququ tanımayan, etnik təmizləmə həyata keçirən, silah gücü ilə insanları təzyiq altında saxlayan terror təşkilatıdır. YPG-nin adı fərqli olsa da 40 mindən çox insanın ölümünə səbəb olan, Yaxın Şərqin ən qanlı terror təşkilatı PKK-nın özüdür.
Terror təşkilatının silahlandırılması özü-özlüyündə çox təhlükəli bir strategiya olduğu halda, YPG/PKK kimi marksist-leninist, qan tökərək inqilab edəcəyinə inanan bir təşkilatı silahlandırmaq böyük fəlakətdir.
Bazı yayımlarda göstərildiyi kimi, PKK-nın silahı buraxıb sülh metodları ilə mübarizə aparacağı fərziyyəsi də həqiqəti əks etdirmir.
Belə ki, PKK liderlərindən Murat Karayılanın 2012-ci ilin noyabr ayında dediyi sözlər bu gerçəyi açıq şəkildə ortaya qoyur: “Gündəmimizdə silahı buraxmaq deyil, intensiv şəkildə silahlanmaq var. Biz hazırda daha yetkin şəkildə silahlanma səyi içərisindəyik”.[1]
Çox açıqdır ki, terror təşkilatının 40 il boyunca müəyyən dövrlərdə elan etdiyi «atəşkəs, həll yolu axtarışı» çağrıları, əslində «silahlanma, yeni yaraqlı əldə etmə» prosesinə çevrilib. 2015-ci ilin avqust ayında Milli Təhlükəsizlik Şurasına təqdim edilən kəşfiyyat hesabatında PKK-nın «geri çəkilirik» dediyi dövrdə şəhərlərə 80 min iri çaplı silah topladığı gerçəyi bunun ən bariz sübutudur.[2] PKK həm «Oslo sürəci», həm də «çözüm sürəci» boyunca on minlərlə ton patlayıcı maddəni şəhərlərə yerləşdirmişdir.[3]
Dərin dövlətlərin PKK-nı silahlandırma yarışı
İstər Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin hesabatlarında, istər Vikiliks sənədlərində bir çox ölkənin PKK-ya silah yardımı etdiyi məlum olur.[4]
Keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu, “PKK-nın əlindəki silahların mənbəyi Amerika, Almaniya, İngiltərə, Fransa tərəfindən Suriya və İraqda paylanılan silahlardır.[5]
Baş qərargah rəisinə verilən kəşfiyyat hesabatlarında PKK-nın əlindəki silahların (iri çaplı silah, mina, raket, tabança, əl bombası və s.) Rusiya, Çin, Macarıstan, Bolqarıstan, ABŞ, İngiltərə, Çexoslovakiya, İspaniya, İraq, İspaniya, İtaliya, Almaniya mənşəli olduğu ortaya çıxmışdır.[6]
PKK-nın son dövrdə yol kənarlarına döşədiyi partlayıcı maddə və minalar əsasən Rusiya, Cənubi Koreya və Çin istehsalıdır.[7]
Amerika AP agentliyi 21 sentyabr 2007-ci il tarixində verdiyi bir xəbərdə Türk Ordusunun PKK-ya qarşı keçirdiyi bir əməliyyatda Amerika mənşəli bəzi silahları ələ keçirdiyini bildirmişdir.[8] Amerikanın İraqa göndərdiyi hər 25 silahdan birinin itdiyi və təkcə 2003-2007-ci illərdə bölgəyə 370 min silahın göndərildiyi bilinir.[9] Dolayısilə təhlükəsizlik qüvvələrimiz tərəfindən ələ keçirilən bu 1.250 silahdan başqa, «itmiş» 14 min silahın daha olduğu Amerika rəsmiləri tərəfindən dilə gətirilir. Bu silahlar da hazırda PKK-nın istifadəsindədir.
İraqda bir çox cinayətdə adı keçən Amerika xüsusi təhlükəsizlik şirkəti vasitəsilə PKK-ya silah verilmişdir.[10]
Ötən günlərdə sərhəddimizdə pilotsuz uçan aparat vurulmuş, onun YPG/PKK tərəfindən istifadə edildiyi məlum olmuşdur.[11]
Almaniyanın rəsmi mətbuat qurumu DW-də 2005-ci ildə İraqa qanunsuz yollardan 5 min tapançanın təhvil verildiyi, bu silahların PKK-ya keçdiyi etiraf edilmişdir.[12]
«Guardian» qəzetində yer alan xəbərdə rus dərin dövlətinin PKK-nı silahlandırdığı bildirilmişdir.[13]
«Der Spiegel» jurnalı Almaniyanın istehsal etdiyi silahların Hollandiya Krallığının Hava Qüvvələrinə məxsus karqo təyyarələri ilə Peşmərgəyə verildiyini, ancaq bunların PKK-nın əlinə keçdiyini bildirmişdir.[14]
Son dövrdə isə PKK-nın əlində «rus raketlərinin olduğu, bunların Suriyanın Bəəs rejimi tərəfindən PKK/PYD-yə verildiyi ortaya çıxmışdır. [15] [16]Terroristlərin üzərindən çıxan vertolyot vuran silahların ABŞ mənşəli olduğu məlum olmuşdur.[17] Şimali İraqa qarşı aparılan əməliyyatlarda ABŞ tərəfindən PYD-yə verilən silahların buradakı terror düşərgələrinə daşındığı məlum olmuşdur.[18]
İncirlik hərbi bazasından qalxan təyyarələrlə PKK-nın Suriya qolu olan PYD-yə 50 ton Amerika silahı verilmişdir.[19]
PKK/PYD son olaraq, ABŞ-dan Stinger raketi də istədiyi, hətta bəzi qaynaqlara görə aldığı ifadə edilir. Hava hücumlarına qarşı istifadə edilən bu raketlər təyyarəsi olmayan İŞİD-ə və PKK ilə müharibə aparmayan Suriya/İraq rejimlərinə qarşı istifadə edilməyəcəyinə görə, bunların təkcə Türkiyəyə qarşı istifadə edilmək üçün istənildiyi çox açıqdır.[20]
Şübhəsiz, bir terror təşkilatını bu dərəcə geniş inkişaf etmiş silahlarla təchiz etmək təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün təhlükədir. Almaniya, Danimarka, Fransa, Rusiya kimi bir çox ölkədə çox sayda üzvü olan PKK-nın bu ağır silahları bir gün həmin ölkələrdə də istifadə edəcəyi gözardı edilməməli, həqiqətən dünyada sülhün bərqərar olması istənilirsə, silaha əsaslanan üsullardan artıq imtina edilməlidir.
[i] PKK will not disarm __web_url__tr/Makaleler/201499/pkk-silah-birakmaz#.Vi1ThyJalmA.twitter
[ii] They said ‘we are retreating’ but stored 80 thousand weapons http://www.sabah.com.tr/gundem/2015/08/08/cekiliyoruz-dediler-80-bin-silah-depoladilar
[iii] PKK is blasting the bombs stored during Oslo and the Solution Process http://www.21yyte.org/tr/fikir-tanki/10883/pkk-oslo-ve-cozum-surecinde-depoladigi-bombalari-patlatiyor-askerpolis-halen-mesru-savunmada
[iv] MIT, Chief of Staff and Wiki leaks were right – http://gazetepolitik.com/mit-genelkurmay-ve-wikileaks-hakli-cikti/
[v] Who is giving the weapons to PKK? – Arslan BULUT http://www.yenicaggazetesi.com.tr/pkkya-silahi-kim-veriyor-35704yy.htm
[vi] List of PKK’s weapons http://www.hurriyet.com.tr/iste-pkknin-silahlarinin-listesi-6922630
[vii] Intelligence Unit’s PKK report! http://www.yeniakit.com.tr/haber/istihbaratin-pkk-raporu-96151.html
[viii] Who is PKK getting the weapons from? http://www.yenisafak.com/yazarlar/cemkucuk/pkk-silahlari-kimden-aliyor-34019
[ix] Who’s Behind the PKK? – http://original.antiwar.com/justin/2007/10/29/whos-behind-the-pkk/#.Vi4TnUVtBl0.twitter
[x] Feds Probe Blackwater Weapons Smuggling http://www.military.com/NewsContent/0,13319,150197,00.html
[xi] Israeli drones are reported spying on Turkey for the Kurdish group PKK http://mondoweiss.net/2012/01/israeli-drones-are-reported-spying-on-turkey-for-the-kurdish-group-pkk
[xii] 5 thousand weapons to PKK from Germany http://www.gazetevatan.com/d/t.aspx?ID=676808
[xiii]Countries selling weapons to PKK according to http://www.haber7.com/guncel/haber/654337-wikileaksa-gore-pkkya-silah-satan-ulke
[xiv] How did German weapons reach PKK http://www.haber7.com/guncel/haber/1555140-alman-silahlari-nasil-pkkya-ulasti
[xv] New missiles of PKK! http://hbr.tk/SgJMO3
[xvi] Shocking claim: PKK has SA-8 missiles http://www.internethaber.com/sok-iddia-pkknin-elinde-sa-8-fuzesi-var-698565h.htm[xvii] Unknown PKK Weapon ‘ is from the US Military http://www.haberler.com/bingol-de-emniyet-muduru-atalay
-ulker-e-saldiri-7720533-haberi/?utm_source=haberler.com&utm_campaign=twitter_paylas
[xviii] In an operation to the PKK, US weapons were found http://www.aydinlikgazete.com/turkiye/pkkya-operasyonda-abd-silahlari-bulundu-h74878.html
[xix] 50 tones of weapons went to PYD from Incirlik http://www.bugun.com.tr/gundem/incirlik-ussunden-pydye-50-ton-1877274.html
[xx] PKK requested Stinger from the USA! http://www.aksam.com.tr/guncel/pkk-abdden-simdi-de-stinger-istedi/haber-451886/
Adnan Oktarın «Diplomacy Pakistan»da dərc edilən məqaləsi:
http://www.diplomacypakistan.com/articles/who-is-the-west-arming-in-the-middle-east/