Yaxın Şərqdə xristian dünyası
ucgen

Yaxın Şərqdə xristian dünyası

2007
Ərəbistan torpaqları İslamiyyətin doğuşu ilə birlikdə üç dinin eyni anda yaşandığı müqəddəs məkanlara çevrildi. Məkkədə bütpərəstlərin ağır təzyiqi altındakı müsəlmanların ilk hicrəti  Efiopiya (Həbəşistan) idi. Müsəlmanları xristianlar öz evlərinə dəvət etdilər, öz süfrələrində qonaq etdilər, öz paltarlarını geydirdilər. Çünki dinin əsası budur: Sevgi, şəfqət, qoruyuculuq.
 
Peyğəmbərimiz (səv) gözəl bir jest olaraq Kitab Əhlinin (xristian və musəvilərin) bayramlarında iştirak edir, xəstələrinə baş çəkir və onlara hədiyyələr verirdi. Nəcran xristianları ona baş çəkəndə isə öz əbasını onlar üçün sərmiş və onun üzərində oturmalarını istəmişdir. Bu üstün nəzakət Quranın Kitab Əhlinə yanaşması və Peyğəmbərimizin (səv) üstün əxlaqını görmək baxımından çox şeyi izah edir.
 
Peyğəmbərimiz (səv) dövründə Ərəbistan torpaqları Kitab Əhli və müsəlmanlar arasında bu nəzakətin və sevginin hökm sürdüyü bir bölgə idi. Mədinə dövlətində Peyğəmbərimizin (səv) Kitab Əhli və bütpərəstlərlə gerçəkləşdirdiyi ilk demokratik müqavilə sayılan Mədinə Vəsiqəsi buna bənzərsiz bir örnəkdir. Bağlanan müqavilə nəticəsində dövlətin fərdləri din və irq fərqi olmadan bərabər sayılmış, bütün inanclara hörmət əsas alınmış və hər kəs üçün ədalət şərti gətirilmişdir. İnsanların haqlarının birlik içində müdafiə olunacağı ifadəsi də əhəmiyyətli bir şərt olaraq yer almış və bu müqavilə tətbiqə keçirilmişdir.
 
Ərəbistan torpaqlarında xristianlar hələ də yaşayırlar. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu bölgədə xristianların populyasiyasını görmək sevindirici haldır. Çünki Qurana görə Kitab əhlinin müsəlmanlar üçün xüsusi bir yeri var. Peyğəmbərimizin (səv) əxlaqından da örnək alacağımız kimi, onlar mütləq müsəlmanların şəfqəti, himayəsi və qoruması altında olmalıdırlar. Lakin indiki dövrdə bu torpaqların bir qismində fərqli mənzərələr yaradılıb. Əsasən də, son bir neçə ildə xristianlar üçün ən təhlükəli ölkələrin başında Suriya, İraq və Əfqanıstan durur. İllərlə xristianların müsəlmanlarla rahatlıq içində yaşadıqları Suriya torpaqları, xüsusilə, 2013-cü ildə həm müsəlmanlar, həm də xristianlar üçün təhlükə mənbəyinə çevrilib. Xristianlara tədbiq olunan hücumun təməl səbəbində isə dini ayrıseçkilik durur. 2013-cü ildə Suriyada dini ayrıseçkilik səbəbi ilə qətl edilən xristianların sayı 2012-ci ildə bütün dünya üzrə qətl edilən xristianların sayından daha çox idi. (Deaths of Christian ‘Martyrs’ Doubled in 2013, Time, http://world.time.com/2014/01/08/deaths-of-christian-martyrs-doubled-in-2013/)
 
İraqda vəziyyət bundan fərqli deyil. Diktatorluğa qarşı bir müdaxilə olaraq başladılan İraq, müharibəsi arxasında böyük bir zülm qoydu. Bu zülm ölkənin öz vətəndaşlarının qətl edilməsinə səbəb olarkən bir yandan radikalizmi, bir yandan da məzhəb qarşıdurmalarını alovlandırdı. Getdikcə irəliləyən qorxunc zehniyyətin hədəflərindən biri yenə xristianlar idi. 
 
2013-cü ildə hərbi müdaxilənin bir qisim radikalları hərəkətə keçirdiyi Misirdə də bu vəziyyət hakim idi. Siyasətə tankların daxil olması qəzəbli fanatikləri daha da qəzəbləndirdi. Bu qəzəbin nəticəsində qətl edilən xristianlar və yandırılan möhtəşəm kilsələr qəzet başlıqlarında yer almışdı. (Burada bunu da qeyd edək ki, Müsəlman Qardaşlar kilsələrin yandırılması hadisəsini qınayan rəsmi açıqlama nəşr etmişdilər. Belə ki, burada nəzərdə tutulan Müsəlman Qardaşlar deyil, şiddətə meyilli radikal insan və qruplardır.) Halbuki, Qurana görə kilsələrin, sinaqoqların qorunması və gözəlləşdirilib inkişaf etdirilməsi müsəlmanların üzərinə düşən bir məsuliyyət deyilmi? Peyğəmbərimizin (s.ə.v) dövründə kilsələr və sinaqoqlar müsəlmanlar tərəfindən təmir edilməmişdi? Müsəlmanlığa aid bu həqiqətlər necə bu qədər rahat unudulub? 
 
Unuduldu, çünki 14 əsrlik sevgi və barış dini olan İslam dini bir neçə on ildir ki dəyişdirilmiş batil dinlə əvəz edilmək istənilib. Bu saxta dinin adı isə fanatizmdir. Fanatik düşüncə qəzəblə birlikdə yoğrulur və şiddətlə birlikdə güclənir. Budur, Yaxın Şərqdəki şiddət siyasəti fanatikləri şiddətə daha çox yönəltdi və öz saxta dinlərindən başqa heç bir şeyi qəbul etməyən radikalları meydana gətirdi. Əsrlərdir müsəlmanlarla xristianların birlikdə yaşadıqları torpaqlarda yaşamaq qeyri-mümkündür. Əsrlərdir müsəlmanların arasında rahatlıq içində yaşayan Kitab əhli təhdid altında yaşamağa məcbur qalıb. 
 
Bütün baş verənlərə dair bu həqiqət doğru anlaşılmalıdır: İndi Yaxın Şərqdə bu narahatlıq yaradaraq artan xristian nüfuzuna qarşı qəzəbli yanaşmanın İslam dinindən qaynaqlandığını iddia etmək böyük və ciddi aldanışa səbəb olur. Yaşanılan bu qəzəb, tam tərsinə, əsl İslamı tərk etmənin gətirdiyi nəticədir. Radikalizmi bəsləyən saxta dinin qaynağı İslam dinini qaynağı olan Quran deyil, xurafatlardır. Məhs bu səbəblərdir ki, bu saxta dinin aradan qaldırılması sadəcə Quran ilə mümkündür. 
 
Bütün dinlər sevgi üzərində qurulmuşdur. Əgər bir din sevgidən uzaqlaşmışsa, əsl qaynağından uzaqlaşıb deməkdir. Radikalların dünyasında da belə oldu. Onlara sevginin yolunu açmağın, bir müsəlman üçün Kitab əhlinin nə qədər dəyərli olduğunu izah etməyin tək yolu onları Quran ilə təlimləndirməkdir. Qərb dünyası əgər Yaxın Şərqdə bundan sonra zülm görmək istəmirsə, orada yaşayan müsəlman və xristianlar üçün narahatlıq yaşayırsa pulsuz paylanılan, içində Qurandan dəlillərin göstərildiyi kitablar və CD-lər ilə yaradılmış təlim proqramına üstünlük verməlidir. Müsəlmanların, xristianların, İsraildə narahatlıq içində yaşayan yəhudilərin və bu zülmü istəməyən bütün insanların qurtuluşu üçün həyata keçirilməli olan tək yol budur. Bunun üçün isə mülayim müsəlman, xristian, yəhudi və bütün yaxşı insanların ittifaq qurması vacibdir. Bu vəhşiliyin qarşısını almağın ən gözəl yolu bu olacaq.
 
Adnan Oktarın Weekly Blitz'de nəşr olunan məqaləsi:
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr