DƏCCALIN AYİNİ: TERROR -2-
ucgen

DƏCCALIN AYİNİ: TERROR -2-

2509
Amerikada İrqçiliyin Səviyyəsi
1870-ci illərdə qurulan Klu Kluks Klan Amerikada əsasən I Dünya Müharibəsindən sonra böyük vüsət qazandı. 1920-ci illərin ortalarında üzvlərinin sayı 3-4 milyon idi.
"Ağ insanı qorumaq üçün mübarizə başlayanda düşmənlərimizi qətl edəcəyik" şüarı ilə irəliləyən Klu Kluks təliminin ideologiya mənşəyi digər irqçi ideologiyalarda olduğu kimi, ağ irqin təkamül pilləsində ən yüksək pillədə dayanan irq olduğunu, digər irqlərin isə aşağı pillələrdə olduğunu, bu səbəblə də hər cür pis rəftara layiq olduğu fikrinə əsaslanır. Bu fikrin sahibləri Amerikada olduqca çoxdur. National Alliance, World Church of The Creator, Arian Nation kimi müxtəlif təşkilatlarda birləşənlərin Klu Kluks Klan çətiri altında olduğunu deyə bilərik.
Aşağıda bir neçəsi haqqında məlumat verəcəyimiz bu təşkilatların fikirlərindəki ən əhəmiyyətli ortaq xüsusiyyət hədəflərinə çatmaq üçün zorakılıqdan istifadə etməkdən çəkinməmələri, hətta çox vaxt zorakılığı və təcavüzü bir zərurət hesab etmələridir.
 
World Church of the Creator (WCOTC) Təşkilatı
WCOTC Amerikada aktiv fəaliyyət göstərən və gün keçdikcə daha da güclənən və böyüyən irqçi təşkilatlardan biridir. Allahın varlığını inkar edən, axirət gününə, cənnət və cəhənnəmə inanmayan bu azğın təşkilatın Amerikadan xaricdə də çox sayda davamçısı var. Təşkilatın ideologiyasının əsasını ağ irqin üstünlüyü fikri təşkil edir. Bu irqçi fraksiyanın əsasını qoyan Ben Klassen sahib olduqları ideologiyanı təşkilatın rəsmi saytında belə izah edir:
Bizim irq üstünlüyünü müdafiə edən inancımızın əsas hədəfi ağ irqin yaşaması, yayılması və inkişafıdır. Dinimiz ağ irqin sevgisi üstündə qurulmuşdur. Kitabımız"Ağ Adamın İncilidir”.  Biz ölümdən sonra həyata inanmırıq. Mələk, şeytan, Tanrı və digər şeyləri inkar edirik... Qızıl qaydamız isə qısa şəkildə belədir: Ağ irqin xeyrinə edilən hər əməl ən yaxşı əməldir; ağ irqin zərərinə olan hər əməl isə ən böyük günahdır... Təbiət bizə yalnız öz irqimizin vacib olduğunu deyir. Palçığa bulaşmış başqa heç bir irqi özümüzdən görmürük. Qaralar şübhəsiz ki, nərdivanın ən aşağı pilləsindədirlər, şimpanze və meymunlardan çox da üstün deyillər. Digər irqlərin irəliləməsinə kömək edə bilmərik. Kirli  irqlərin müvəffəqiyyətli olması, çoxalması və planetdəki məhdud sahəni doldurması üçün kömək etmərik.... Təbiət dünyadakı bütün növləri digər növlərlə həyat mübarizəsində rəqabət apararkən, onları öz qabiliyyətlərinə görə dərəcələndirmişdir.
ABŞ-da fəaliyyət göstərən irqçi qrupların istifadə etdikləri simvollar və posterlər şiddətə olan meyllərini göstərir. Aşağıdakı “Etnik Təmizlik” adlı komputer oyunu isə irqçi gənclər üçün hazırlanmışdır. Oyunda qələbə qazanmaq üçün fərqli irqdən olan adamları qətl etmək lazımdır.
Göründüyü kimi, bu azğın düşüncə davamçıları tərəfindən din olaraq adlandırılır və bu təşkilat üzvləri bu inanca tamamilə bağlıdırlar. Ancaq əlbəttə ki, bu azğın inancı din adlandırmaq düzgün deyil. Diqqət etsək görə bilərik ki, sosial darvinizmin bir qolu kimi qiymətləndirə biləcəyimiz bu uydurma dində digər irqlərə qarşı mübarizə aparmaq təlimin əsasını təşkil edir. Hətta bu mübarizə Rahowa (Racial Holy War - Müqəddəs İrq Mühairbəsi) adı ilə adlandırılmış və təşkilatın ən əhəmiyyətli dəyərlərindən biri kimi qiymətləndirilmişdir. Ben Klassen Rahowanın nə məna verdiyini davamçılarına açıqlayarkən, bir tərəfdən də onları mübarizəyə dəvət etməkdən çəkinməmişdir:
 
Milli İttifaq (National Alliance) Təşkilatı
Amerikada gənclər arasında böyük vüsət qazanan faşist təşkilatlardan biri də Milli İttifaqdır (National Alliance). Təşkilat 1970-ci ildə gənc fizik professor Dr. William Pearce tərəfindən Oregon Universitetində "Milli Gənclik Birliyi" adı altında qurulmuşdur. Ən böyük xüsusiyyəti kollec və universitetləri hədəf almaq idi. Üzvlərinin yaş həddi isə 30 və daha azyaşlılarla məhdud idi. Ancaq daha sonra bu yaş həddi aradan götürüldü və Milli İttifaq adı altında yeni bir təşkilat quruldu. Bu təşkilatın əsas məqsədlərindən biri gənclərin irqçi fikirlərlə yetişdirilməsini dəstəkləmək idi. Beləliklə, irqçi şüurda olan nəsillərin yetişməsi təmin ediləcəkdi. Və digər bütün irqçi qruplar kimi Milli İttifaqda bütün şərtlərdə ağ irqin üstünlüyünü qorumağı özünə hədəf seçmişdir. Dr. Pierce 1997-ci ildə verdiyi bir müsahibədə bu hədəfi belə izah edirdi:
Necə olursa-olsun, özümüzü qaralardan və digər ağ olmayanlardan tamamilə ayırmalıyıq və onlardan uzaq olmalıyıq... Onları ovlamalı və onlardan xilas olmalıyıq.
 
ŞİDDƏT VƏ TERRORA ƏSASLANAN İDEOLOGİYA: NEO-NASİZM
Klu Kluks Klan çətiri altında fəaliyyət göstərən irqçi qruplar Amerikada irqçiliyin və xarici təcavüzün təmsil edərkən Avropada bu işi Neo-Nasistlər boynuna götürdü. Əvvəllər İngiltərədə “daz” hərəkatı olaraq başlayan Avropa irqçiliyi 1990-cı illərdə bir Nasist hərəkatına çevrildi. Özlərini Neo-Nasistlər adlandıran bu qrupların əsas xüsusiyyəti eynilə Klu Kluks Klan kimi ağ irqin üstünlüyünü müdafiə etmələri və xarici və kasıb məhəllələrdə yaşayan insanlara qarşı hücumlar təşkil etmələri idi.
Son 10 ildir Neo-Nasist hərəkatı gedərək güclənir və əhatə dairəsini genişləndirir. Bu təşkilatlar bu gün 6 qitədə və 33 ölkədə aktiv vəziyyətdədir. Üzvlərinin sayı isə 70 minə çatır. Neo-Nasistlər hər ölkədə özlərinə fərqli hədəflər təyin ediblər. Aparılan  bir araşdırmaya görə, Almaniyada Türklər, Macarıstanda, Slovakiya və Çexiyada Qaraçılar, İngiltərədə Asiyalılar, Fransada Şimali Afrikalılar, Braziliyada Şimal-Şərqlilər Neo-Nasistlərin hədəfidirlər. Şiddət, kin, nifrət, zorakılıq, qorxutma, təhdid, yandırıb-dağıtma, zərər vermə Neo-Nasistlərin əsas xüsusiyyətlərindəndir.
Almaniyanın rəsmi statistikalarına görə 1999-cu ildə ancaq Almaniyada irqçilik və xarici təcavüzdən qaynaqlanan 10.037 hadisə müəyyən edilmişdir. 2000-ci ildəki irqçi hadisələr də təxminən on mindir. İngiltərədə isə ancaq aprel-sentyabr ayları arasında baş verən irqçilik əsaslı cinayətlərin  sayı 10.982-dir. Bu cinayətlərin bəzilərinin qorxutma, hədələmə və təcavüz şəklində olduğu ifadə edilmişdir. Öldürmə, yaralama, ev və iş yerlərinə hücum kimi hərəkətlər isə bu cinayətlərin siyahısının bir hissəsini təşkil edir.
Bura qədər müxtəlif nümunələrlə göstərdiyimiz kimi, Dəccaliyyət sistemində insanlar arasında irqlərinə, dillərinə və cinslərinə görə ayrı-seçkilik edilməsi və digər irqlərin vəhşi üsullarla qətl edilməsi məqbul qarşılanır. Üstəlik bu irqçilik cəmiyyətlər arasında qarşıdurmalara və müharibələrə səbəb olan bir növ xəstəliyə çevrilir. İnsanlar ancaq dilləri, dinləri və irqləri fərqli olduğu üçün hücumlara və müxtəlif təcavüzlərə məruz qalırlar. Bunun səbəblərindən biri Quranda da ifadə edildiyi kimi, şeytanın insanlara əməllərini  gözəl göstərməsidir. İndiki zamanda terrora təşviq edən və ya  şəxsən reallaşdıran qrupların böyük bir hissəsi də bu sistemə - irqçiliyə əsaslanaraq fəaliyyət göstərirlər. Bu irqçilik sisteminin İslama nə cür zidd olduğu aşağıdakı Quran ayəsində açıq şəkildə görünür:
 
 
Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah” sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir! (Fəth surəsi 26 )
 
İnsanlar bir-birlərinə düşmən olmaları üçün yox, bir-birlərilə tanış olub dost olmaq, yaxşı əlaqələr qurmaq üçün müxtəlif xalqlar olaraq yaradılıblar. Allah Dəccalın terror mühiti meydana gətirmək üçün insanlar arasında təşviq etdiyi “üstün irq” fikrinin səhvini Quranda açıqlamışdır. Cəmiyyətlərə, xalqlara və ya insanlara üstünlük verən bu insanların gözəl əxlaqlarıdır. İnsanların hansı irqdən olduqları, hansı dildə danışdıqları və ya dərilərinin hansı rəngdə olduğunun heç bir əhəmiyyəti yoxdur. Bu dəyərlərə görə üstünlük təmin etməyə çalışmaq və digər cəmiyyətlərə düşmənçilik bəsləmək Dəccalın ideologiyasının bir məhsuludur. Allah insanlar arasındakı müxtəliflikləri bir-birlərini tanımaq, yəni dost olmaq vəsiləsi kimi yaratdığını və üstünlüyün də ancaq təqva ilə, yəni iman və əxlaqa görə müəyyən edildiyini belə xəbər verir:
 
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (Hucurat surəsi 13)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr