Keyfiyyətsizlik İslam dünyasındakı münaqişələri təhrik edir
ucgen

Keyfiyyətsizlik İslam dünyasındakı münaqişələri təhrik edir

785

Yəməndəki münaqişələr davam edir. Husilər son həftələrdə Səudiyyə Ərəbistanı-Yəmən sərhədlərində yerləşən Səudiyyə ordusu və koalisiya qüvvələrinə qarşı hücumlarını artırıb. Koalisiya qüvvələri də Səudiyyə Ərəbistanı sərhədindəki Haccə şəhəri yaxınlığında yerləşən Husi bazalarına havadan hücum edir.

Ölkədəki daxili qarşıdurmanın və koalisiya qüvvələrinin hava hücumları ilə dənizdəki blokadasının ərzaq, su, dərman sıxıntısına səbəb olduğu Yəməndə sülh üçün hələ bir ümid yoxdur.

Koalisiya qüvvələri husilərin paytaxtdan çıxmasını və Ər-Riyadda sürgündə olan dövlət başçısı Mənsur Hadinin BMT-nin qərarı əsasında ölkəsinə qayıtmasını istəyir. Ancaq BMT-nin xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədin liderliyində tərəflər arasında daimi atəşkəs anlaşması üçün aparılan danışıqlarda hələlik konkret bir nəticə yoxdur.

Digər tərəfdən, keçən həftə paytaxt Sanada bir çox şiə məscidinə bombalı hücum təşkil edilmişdi. Yəmən əl-Qaidəsi isə ölkənin şərqindəki Mukalla şəhərinin nəzarətini əlində saxlayaraq bölgədəki gücünü qorumağı davam etdirir. Bu köşədə Yəmənlə bağlı yazılarımızda uzun müddətdir Yəməndəki yoxsulluqdan, daxili münaqişələrdən bəhs edirik. Halbuki burada Yəməndə artan rifahdan, şəhərlərin yenidən abadlaşdırılmasından, şiə və sünnilərin birlikdə namaz qılıb, oruc tutmalarından bəhs etməyi ürəkdən arzu edərdik.

Bəli, bu gün Yəməndə böyük bir qarşıdurma mühiti var. Bu səbəbdən insanların böyük hissəsi ağır şəraitdə yaşayır. Ancaq keçmişə nəzər salsaq, o dövrlərdən də təriflə bəhs etmək mümkün deyil.

Sana, Qahirə, Bağdad, Hələb münaqişələrin olmadığı dövrlərdə də eyni problemlərlə boğuşan şəhərlərdən idi. Şəhərlərə hakim olan qəhvəyi rəngli toz, torpaq, çirk və kasıb insanlar... Əfqanıstandan Liviyaya qədər olan torpaqlar qadınların özlərini təhlükəsiz hiss edərək sərbəst şəkildə gəzə bilmədikəri yerlər olub həmişə.

Demokratiyanın adından tez-tez bəhs edilib, lakin varlığına rast gəlinməyib burada. Bu günün narahatlığını dünən də Qəddafi, Səddam yaşadıb bu torpaqlarda. Özü kimi düşünməyənin, özü kimi olmayanın ölməli olduğunu düşünən bir düşüncə hakim olub. Bəzən siyasət, bəzən din, bəzən də milliyyət və ya qəbilə fərqləri səbəbindən insanlara böyük təzyiqlər edilmiş, fikir və etiqad azadlığı məhdudlaşdırılmışdır. İdarə edənlər öz ideologiyalarını, inanc və həyat tərzlərini mənimsətməklə məşğul olmuşlar. İdarə edilənlər isə dolanışıq dərdinə düşmüş, sadəcə yaşamaq da təsəlli mənbəyi olmuşdur.

Qarşılıqlı anlayışın olmadığı bu torpaqlarda keçmişdəki kimi sənət əsərləri meydana gəlməmişdir. Bir neçə diktator sarayından başqa heç bir yerdə estetika yoxdur. Əsrlərdir bu torpaqlardan dünyada tanınmış heç bir elm adamı çıxmayıb.

Halbuki keçmişdə bu torpaqlar fikirdə, elmdə, sənətdə dünyanın qabaqcıl bölgəsi idi. Bü üstün mədəniyyətin mənbələrindən biri Quranda bildirilən ağıl və aydın fikrin böyük şövq və qətiyyətlə tətbiq edilməsi idi.

Müsəlmanlar digər inanc və mədəniyyətlərin nümayəndələri tərəfindən hər zaman qibtə və heyranlıqla izləniblər. Dövrümüz müsəlmanlarının İslam mədəniyyətinin bu görkəmli keçmişini yaxşı bilmələri, bunun həm həyəcanını, həm də məsuliyyətini daşımaları lazımdır.

Bu gün də keçmişdəkinə bənzər bir ehtişamın yenidən qurulması, müsəlmanların yenidən dünyaya işıq tutan mədəniyyət öndərləri olmaları mümkündür. Ancaq bu istiqamətdə görüləcək hər bir işin ilk öncə birlik və bərabərlik ruhu içində həyata keçirilməsi çox vacibdir. Müxtəliflikləri tolerant qarşılayıb, gücünü və enerjisini müsəlmanların və insanlığın xeyrinə istifadə edən, uzlaşmacı və sülhsevər mədəniyyət müsəlmanlar arasında hakim olarsa, İslam dünyası 21-ci əsrin ən böyük mədəniyyətini inşa edəcək.

 

Adnan Oktarın «National Yemen»də dərc olunan məqaləsi:

http://nationalyemen.com/2015/06/29/lack-of-quality-is-feeding-the-conflicts-in-the-islamic-world/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr