Dünyadakı zülmün dayanmasını istəyən müsəlmanlar səmimi qəlbdən İslam birliyini arzulamalıdırlar
ucgen

Dünyadakı zülmün dayanmasını istəyən müsəlmanlar səmimi qəlbdən İslam birliyini arzulamalıdırlar

1051

Allah Quranın bir çox ayəsində  möminlərin bir-birlərinin vəlisi olduğunu bildirmişdir. Vəli dost, qoruyan, hayan duran, dayaq deməkdir. Müsəlmanların bir-biri ilə dost, qardaş olmaqları, bir-birlərinə dayaq durmaqları Allah`ın əmridir:

“Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah`a) boyun əyərək namaz qılır və zəkat verirlər.” (Maidə surəsi, 55)

Bir digər ayədə isə Rəbbimiz zəfərin həmrəylikdə olduğunu, möminlərin yalnız birləşməklə, dostluq, qardaşlıq əlaqələri qurmaqla inkarçılar üzərində qələbə çalacağını bildirir:

“Kim Allah`ı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah`ın firqəsidir.” (Maidə surəsi, 56)

Quranın bir çox ayəsindən də aydın olur ki, möminlər cahillərin zülmünə birlik və sevgi ilə son qoyacaqlar. Məhz bu yolla Allah`ın buyurduğu gözəl əxlaq dünyaya hakim olacaqdır. Hazırda dünyanın bir çox yerində zülm, ədalətsizlik, haqsızlıq hökm sürür. Bütün müsəlmanlar arasında sevgi, qardaşlıq münasibətləri qurulduğu, aralarındakı soyuqluq dostluğa çevrildiyi və İslam Birliyi yaradıldığı vaxt bu zülmlərə  son qoyulacaqdır. Əks halda isə zülm dayanmaz, getdikcə daha da böyüyər. Möminlərin parçalanmasından böyük fitnə və fəsadlar törəyəcəyi Quranda belə bildirilir:

“Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 73)

Allah`dan qorxan, vicdanlı müsəlman birlikdən, möminlərdən üz çevirməklə dünyadakı zülm və ədalətsizliyin davam etməsinə səbəb olduğunu bilir. İslam dünyasının birləşməsi üçün cəhd etməyən hər bir müsəlman şahidi olduğu fitnələrdən də məsuldur.

Zülmün sona çatmasını istəyən müsəlmanlar “Ya Rəbbim, İslam Birliyini tezliklə nəsib et” deyə dua etməlidirlər.

Allah`ı, Peyğəmbərimizi (s.ə.v), möminləri sevən müsəlmanlar dünyanın hər yerində əsarətdə yaşayan, zülmə, işgəncəyə məruz qalan, aclıq, səfalət çəkən insanların məsuliyyətini daşıdığını bilməli, birlik üçün cəhd etməlidirlər.

Müsəlman aləmini zülmlərdən, əzab-əziyyətdən xilas etmək üçün İslam Birliyini istəyənlər “Ya Rəbbim, İslam Birliyini tezliklə qur” deyə dua etməlidirlər. Allah`ın dualarını cavabsız qoymadığını, bu dualarının tezliklə qəbul olunduğunu görəcəklər. Şühəsiz ki, bu duada qətiyyətli olan və duası üçün cəhd edən möminlər böyük savab qazanacaqlar.

Türk-İslam Birliyi qurulmadıqca müsəlmanlar əziyyət çəkməyə davam edəcəklər.

Məzhəblərarası münaqişələrə son qoyulmalı, fərqliliklər bəhanə olmamalıdır.

Tək olan Allah`a, eyni Kitaba, eyni peyğəmbərlərə inanan, eyni qibləyə dönən insanların bölünməyi, hətta bir-birlərinə düşmən kəsilmələri, əlbəttə ki, şeytanın fitnəsidir. Tezliklə, bu fitnələrin qarşısı alınmalıdır. Ələvi, sünni, şiə, vəhabi, cəfəri və digər məzhəblərə mənsub müsəlmanlar işgəncələrə məruz qalan, əziyyətlərə düçar olan müsəlman bacı-qardaşlarının fəryadını duymalıdırlar. Birləşmək üçün heç bir cəhd göstərmədən kifayət qədər vaxt itkisinə yol verilib. Qan içində boğulan müsəlman dünyasının xilası üçün  artıq vaxt itkisinə yol verilməməlidir. Unudulmamalıdır ki, birləşmək Rəbbimizin əmridir.

İslam aləminin bu vəziyyəti böyük bir yanğını xatırladır. Bütün müsəlmanların əlində su var, ancaq bu yanğını söndürmək istəmirlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr