Adnan Oktarın 23 aprel 2011 A9 Tv, Aksu Tv Və Qaziantep Olay Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Allah Ənfal surəsi 73-cü ayədə deyir ki, şeytandan Allaha sığınıram: "İnkar edənlər bir-birlərinin vəliləridir", mütəşəkkil hərəkət edərlər, dünya səviyyəsində bir-birlərini qoruyub, müdafiə edərlər. Məsələn, darvinist, materialist olan insanlar. Fransada da olsa, İngiltərədə də olsa, Türkiyədə də olsa, başqa yerlərdə də olsa, çox diqqətlə bir-birlərini dəstəkləyirlər. Dünya səviyyəsində bir ittifaq olur. Məsələn, Liviyaya qarşı hərəkətdə baxırsan, tam bir ittifaq olur. Başqa İslam ölkələrinə qarşı hərəkətdə mətbuatıyla, radiosuyla, televiziyasıyla, hər şeyiylə, universitetləriylə tərifi mümkün olmayan, sanki belə bir hökumətmiş kimi bir rəhbərliyin bunları idarə etdiyini görürük. Nə deyir Allah? Şeytandan Allaha sığınıram. "İnkar edənlər bir-birlərinin vəliləridir". Bütün dünya səviyyəsində bir-birlərini qoruyarlar, mütəşəkkil hərəkət edərlər. Bir yerdən olan bir hadisədən hamısının xəbəri olar, birinə bir zərər gəldikdə hamısı birlikdə onu qurtarmağa çalışar və qurtararlar öz imkanlarıyla. Öz düşüncələrinə zidd bir düşüncə olduğunda da, məsələn anti-darvisint bir hərəkət olduqda da dünya səviyyəsində hamısı ittifaq edərlər. Necə ki, bizim fəaliyyətimizdə bütün dünyada darvinistlər ayağa qalxdılar, bu Yaradılış Atlasından sonra. Yeni Qvineya Bissaudan tut, Kambocadan çıx. Rusiyadan Amerikadan çıx. Ağlasığmaz bir ittifaq şəbəkəsinin olduğunu, ağlasığmaz mütəşəkkil bir quruluş olduğunu minlərlə yazıdan, məqalədən gördük. Necə ki, Avropa Birliyi yığıncağında da qadın çıxardı Atlası göstərdi, mübarizə aparılması lazımdır dedi, deyilmi?
ALTUĞ BERKER: Bəli, hocam.
ADNAN OKTAR: "İnkar edənlər bir-birlərinin vəliləridir", bir-birlərini dəstəkləyərlər, qoruyub müdafiə edərlər, bir-birlərinə köməkçi olarlar. "Əgər siz bunu (bir-birinizə kömək etməz və dost olmazsanız) etməsəniz", bir-birinizi dünya səviyyəsində qoruyub müdafiə etməsəniz və dəstəkləməsəniz, tək bədən hərəkət etməsəniz, qardaşca hərəkət etməsəniz, dost olmasanız, İslam Birliyini meydana gətirməsəniz, Türk-İslam Birliyini meydana gətirməsəniz "bütün yer üzündə, dünyada bir fitnə meydana gətirərəm" deyir, Allah. Yəni "böyük əziyyət çəkərsiniz. Fitnə və arxasından da böyük bir təxribatçılıq, fəsad olar. Təxribata məruz qalarsınız, sizi təxribata məruz qoyaram. İşğala məruz qalarsınız, kasıblığı üstünüzə salaram, bir-birinizə düşərsiniz, çökərsiniz. Sizin hamınızı məğlub edərəm. Canınızı ağrıdaram. Küfrə, dəlalətə, ateistlərə, darvinistlərə, materialistlərə sizi əzdirərəm və məğlub olarsınız, itirərsiniz" deyir. 74-cü ayədə: "İman edənlər, hicrət edənlər və Allah yolunda cəhd edənlər (səy göstərənlər), onları saxlayanlar və kömək edənlər, məhz həqiqi mömin olanlar bunlardır". Möminlər nə edirmiş? Hicrət edib gələn bir müsəlmana kömək edir, haradan? Afrikadan da gəlsə, kömək olur. Tək bir birlik olaraq qəbul edir Allah müsəlmanları. Bir birlik. "İman edəcəklər, hicrət edirlər Allah yolunda bir yerdən başqa yerə gedirlər. Allah yolunda cəhd göstərirlər, müsəlmanları saxlayırlar, onlara kömək edirlər. Həqiqi mömin bunlardır" deyir, Allah. "Bundan gerisi həqiqi mömin deyil" deyir, Allah. Müsəlmanların necə olmalı olduğunu izah edir, Allah. "Onlar üçün bağışlanma və üstün bir ruzi vardır". "Zəngin edərəm" deyir Allah. Üstün bir ruzi. "Qıtlıq olmaz, iqtisadi böhran olmaz. Bağışlayaram, bəladan xilas olarlar, fərahlıq olar. Yoxsa əksinə olar, ruzinizi kəsərəm. Sürünərsiniz" deyir, Allah. İndi olduğu kimi. Quranın mənası genişdir.