Türk-İslam Birliyinin əhəmiyyətli bir addımı: Müsəlmanların qardaşlıq hisslərinin dərinləşməsi
ucgen

Türk-İslam Birliyinin əhəmiyyətli bir addımı: Müsəlmanların qardaşlıq hisslərinin dərinləşməsi

302

HÖRMƏTLİ ADNAN OKTARIN AL-BAGHDADI TELEVİZİYASINA VERDİYİ MÜSAHİBƏ

 

“Mən Əhli Sünnə məzhəbinə mənsubam, Hənəfiyəm. Lakin Şiə qardaşlarımı, çox təqvalı, çox mükəmməl hesab edirəm. Çox yaxşı insanlar kimi qəbul edirəm. Xalis müsəlmanlar kimi qəbul edirəm. Eynilə vəhabi olan qardaşlarımı da son dərəcə təqvalı, son dərəcə dindar, dini çox gözəl yaşayan insanlar olaraq qəbul edirəm. YƏNİ SANKİ BİZ BİR MƏKTƏBİN TƏLƏBƏLƏRİ KİMİYİK, AMMA EYNİ MƏKTƏBİN TƏLƏBƏSİYİK. YƏNİ EYNİ MƏQSƏDƏ XİDMƏT EDİRİK. ÇÜNKİ ALLAHIMIZ BİR, KİTABIMIZ BİR, QİBLƏMİZ BİRDİR. EYNİ PEYĞƏMBƏRƏ İNANIRIQ. HƏR ŞEYİMİZ EYNİDİR. YALNIZ TƏQVADA YARIŞ VAR. TƏQVADA YARIŞIRIQ. ONUN ÜÇÜN, MƏZHƏB AYRI-SEÇKİLİYİ SƏBƏBİYLƏ MÜSƏLMANLARA QARŞI MƏSAFƏLİ OLMAQ TAM BİR FİTNƏDİR. Səmimi müsəlmanın əsla etməyəcəyi bir şeydir. Yəni mən şiə qardaşlarıma baxıram, həddindən artıq təqvalıdırlar, Vəhabi qardaşlarıma baxıram çox təqvalıdırlar, məzhəb ayrı-seçkiliyi nə deməkdir? Onları qəribsəmək nə deməkdir? Bu, çox qəribə bir şeydir. Müsəlmanlar ancaq təqvada yarışa bilərlər. Allah Quranda ifadə edir, təqvada yarış vardır. TƏQVADA YARIŞARIQ, AMMA HAMISI QƏLBƏN SEVDİYİMİZ, MÜKƏMMƏL MÜSƏLMAN OLAN QARDAŞLARIMIZDIR”. (29 iyun 2008)

 

Allah Quranda müsəlmanların qardaş olduqlarını və bir-birlərinə qurğuşunla qaynadılmış kimi yaxın olmalı olduğunu bildirmişdir. Bir müsəlman digərinin -düşüncəsi, dili, irqi nə olursa olsun- qardaşıdır. Bu səbəbdən bütün müsəlman cəmiyyətlərin bir-birinə münasibəti və yanaşması da bu şəkildə olmalıdır. Əlbəttə, müsəlman cəmiyyətləri arasında müxtəlif ənənə və düşüncə fərqlilikləri olacaq, ancaq bu fərqliliklər əsla ayrılıq mövzusu deyil. Tam əksinə müsəlmanların mədəni zənginliyi və müxtəlifliyidir. Hər müsəlman bir başqasına anlayışla yaxınlaşmaqla, sevməklə, onu qorumaqla, haqqında hüsnü zənn etməklə, hər şərtdə dəstək olmaqla məsuldur. Bu məsuliyyət həm Quran əxlaqının gərəyi, həm də Peyğəmbərimiz (s.ə.v)-in vəsiyyətidir. Allahın icazəsi ilə Allahın əmr etdiyi əxlaq tam yaşandıqda, indiki İslam dünyasında yaşanan və ayrılıqlardan qaynaqlanan bütün problemlər təbii olaraq ortadan qalxacaq, bütün İslam aləmi həm mənəvi, həm də maddi çox gözəlləşib zənginləşəcək. 

 

Hörmətli Adnan Oktar, gərək elmi çalışmaları, gərəksə verdiyi açıqlamalarla müsəlmanları bir-birlərini sevməyə, dost və qardaş olmağa təşviq etməkdə, bir-birlərinə gözəl istiqamətlərini göstərməkdə, dünyagörüşünün necə olmalı olduğunu detalları ilə açıqlayır. Hörmətli Adnan Oktarın bu təşviqləri, İslam dünyasında çox müsbət bir təsir oyandırmaqda, çox gözəl hadisələrin yaşanmasına vəsilə olmaqdadır. Hörmətli Adnan Oktarın verdiyi açıqlamalarının ardından yaxın bir müddət ərzində, həm Şiə, həm də Sünni cəmiyyətlərdə qardaşlıq və birlik sədaları yüksəlməyə başlamış, İslam alimləri bir yerə gələrək “Müsəlman dünyasının birlik olmalı olduğunun əhəmiyyətini vurğulayan bəyannamələr yayınlamışlar. Allahın icazəsi ilə, Hörmətli Adnan Oktarın da danışıqlarında müjdələdiyi kimi, bu gözəl hadisələr gün keçdikcə daha da artacaq və yaxın gələcəkdə İslam dünyası Şiəsi ilə, Sünnisi ilə, Vəhabisi ilə, Ələvisi ilə bir bütün olacaq.

 

“Time Türk” internet xəbər saytı, 17 oktyabr 2008

 

HÖRMƏTLİ ADNAN OKTARIN “VAKİT” QƏZETİNƏ VERDİYİ MÜSAHİBƏDƏN BİR HİSSƏ

 

Adnan Oktar: Hər şey xeyirə, gözəlliyə gedir, inşaAllah. MÜSƏLMANLAR BİR-BİRLƏRİNİ ÇOX SEVSİNLƏR, QORUSUNLAR, camaat ayrı-seçkiliyi, o, bu və s. olmasın. Xüsusilə, camaat ayrı-seçkiliyi yaxud qrup ayrı-seçkiliklərində şişirdilmiş hərəkətlərin olmaması çox əhəmiyyətlidir, YƏNİ TƏK BİR DÜŞÜNCƏDƏ TOPLANILMASI əhli sünnə inancı olan müsəlmanların, HƏTTA ŞİƏ DƏ OLSA FƏRQ ETMƏZ, CƏFƏRİ DƏ OLSA FƏRQ ETMƏZ. HƏR KƏSİN QURAN ƏTRAFINDA TOPLANIB, PEYĞƏMBƏRİMİZ (s.ə.v)-in SÜNNƏSİ ƏTRAFINDA TOPLANIB, TƏK BİR BƏDƏN OLMASI ÇOX VACİBDİR, İNŞAALLAH.

 

“Vakit” qəzeti: Belə bir ayrılıq görmürsünüz, amma yəni... görürsünüzmü elə bir şey?

 

Adnan Oktar: Müsəlmanlar içərisində? Yəni az da olsa, zəif də olsa var, o da qalxmalıdır. Yəni biz dünyada sünni-şiə ayrı-seçkiliyi görürük, hərçənd təməldə elə bir mövzu yoxdur, amma zəmində elə bir mövzu varmış kimi olur. Amma zamanla bunun üstünə çox gedilməsi, bununla əlaqədar yazılar yazılması, danışılması, məsələn, ŞİƏ, CƏFƏRİ QARDAŞLARIMIZLA OTURUB SÖHBƏT EDİLMƏSİ, BİZ QARDAŞIQ BİRLİKDƏYİK, BƏRABƏRİK MESAJININ VERİLMƏSI ÇOX ƏHƏMİYYƏTLİDİR. (25 may 2008)

 

Şimali Kipr Türk Respublikasının sabiq prezidenti Rauf Denktaş: İstiqlal mübarizəsini ələvi-sünni, türk-kürd birlikdə verdik. BİR ALLAH VAR, HAMIMIZ İNANIRIQ. HƏZRƏTİ MƏHƏMMƏD ELÇİSİ, PEYĞƏMBƏRİMİZƏ İNANIRIQ. O HALDA BU AYRILIQ NƏDİR?

 

Dünya Əhli Beyt vəqfinin başçısı Fermani Altun: BİZ ƏLƏVİ-SÜNNİ AYRI-SEÇKİLİYİNİ QƏBUL ETMİRİK. Bir inanc doğru bilinərsə, insanlığın qurtuluşudur. Bir inanc səhv bilinərsə, fəlakətdir. YAXŞI BİR ŞİƏ, YAXŞI BİR SÜNNİDİR. YAXŞI BİR SÜNNİ YAXŞI BİR ŞİƏDİR.

 

Dövlət Naziri Səid Yazıcıoğlu: Ön mühakimələrdən xilas olmalı, FİTNƏ TOXUMU YAŞILLAŞDIRANLARA QARŞI BİRLİKDƏ DAYANMALIYIQ.

 

Dünya Əhli Beyt vəqfinin mərkəzinin açılış mərasimində verilən qardaşlıq mesajları son dərəcə əhəmiyyətlidir. Hörmətli Adnan Oktar da, bundan qısa müddət əvvəl ayrılıq mövzusunun üzərinə gedilməsinin, sünni, şiə, cəfəri, şiə hər düşüncənin qabaqcıllarının bir yerə gələrək, “Bərabərik, qardaşıq, birlikdəyik” mesajının verilməsinin çox vacib olduğunu açıqlamışdır.

 

 

 

“Radikal” qəzeti, 13 oktyabr 2008

 

 

 

"Milliyet", 13 oktyabr 2008
 

“Zaman”, 28 sentyabr 2008

 

 

HÖRMƏTLİ ADNAN OKTARIN AL-BAGHDADİ TELEVİZİYASINA VERDİYİ MÜSAHİBƏ:

 

“Sünni şiə ayrı-seçkiliyi masonların oyunudur, elə bir şey yoxdur. O həm də çox ağılsız və axmaqcadır və mən bu oyuna düşəcək adamın normal müsəlman olduğuna da inanmıram. Şiələr son dərəcə ixlaslı, səmimi, tərtəmiz, sadiq müsəlmanlardır. Sünnilər də elə son dərəcə sadiq, tərtəmiz müsəlmanlardır. Heç bir-birlərindən də fərqi yoxdur. Hamısı əhli Qiblədir, hamısı eyni Allaha inanır. Eyni peyğəmbəri sevirlər. Hamısına coşğun və dərin bir sevgim var. Ayrılıq məcburən olmuşdur. Bu mövzuda, mənim harada olduğum mövzusunda da mən onsuz da hz. Əlinin nəsilindən gəlirəm, seyidəm. Hz. Əli mənim babamdır, əlbəttə, canım kimi sevirəm. Çox mübarək və möhtəşəm bir insandır. O insanların etdiyi hər şeyə hikmət və xeyir gözü ilə baxmaq lazımdır. Həzrəti Aişənin rəftarlarına da, həzrəti Əlinin rəftarlarına da hamısına hörmətlə baxmaq lazımdır. Onları onlara buraxmaq lazımdır. Allaha buraxmaq lazımdır. Axirətdə hamısı cənnətdədirlər, Allahın icazəsi ilə, inşaAllah. Biz qardaşlıq gözü ilə bunları davam etdirməliyik...” (30 aprel 2008)

 

“Hürriyet”, 13 oktyabr 2008

PAYLAŞIN
logo
logo
logo
logo
logo