HƏR İNSAN QRUPUNUN BİR BAŞÇISININ OLMASI
Hər insan qrupunu imamları ilə (rəhbərlərilə) çağıracağımız gün artıq kimin kitabı sağ əlinə verilsə, onlar kitablarını oxuyacaqlar və onlar bir xurma çəyirdəyindəki lif qədər belə haqsızlığa uğradılmayacaqlar. (İsra surəsi, 71)
HZ. İBRAHİMİN İNSANLARA BAŞÇI TƏYİN EDİLMƏSİ
Rəbbi İbrahimi bəzi sözlərlə sınamışdı. O da (lazım olanı) tam olaraq yerinə yetirmişdi. (O zaman Allah İbrahimə): "Səni şübhəsiz insanlara başçı edəcəm" dedi. (Bəqərə surəsi, 124)
ƏMR SAHİBLƏRİ
Ey iman edənlər, Allaha itaət edin, elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə də...(Nisa surəsi, 59)
Özlərinə güvən və ya qorxu xəbəri gəldiyində onu yayarlar. Halbuki, bunu peyğəmbərə və özlərindən olan əmr sahiblərinə xəbər versəydilər, ondan nəticə çıxara bilənlər o xəbəri bilərdilər. ... (Nisa Surəsi, 83)
BİLİKLİ İDARƏÇİLƏR
Şübhəsiz ki, biz Tövratı içində bir hidayət və nur olaraq endirdik. Təslim olmuş peyğəmbərlər yəhudilərə onunla hökm edərdilər. Bilikli idarəçilər və yüksək bilik sahibləri (Əhbar) Allahın kitabını qorumaqla vəzifəli olanlar və onun üzərinə şahidlər olduqları üçün (onunla hökm edərdilər). Elə isə insanlardan qorxmayın məndən qorxun və ayələrimi az bir dəyərə qarşılıq satmayın. Kim Allahın endirdiyi ilə hökm etməzsə məhz onlar kafir olanlardır. (Maidə surəsi, 44)
QURANDA MÜSƏLMANLAR TƏQVA SAHİBLƏRİNƏ ÖNDƏR OLMAQ ÜÇÜN DUA EDİRLƏR
Onlar: "Rəbbimiz, bizə zövcələrimizdən və soyumuzdan, gözümüzün aydınlığı olacaq uşaqlar bəxş et və bizi təqva sahiblərinə öndər et," deyərlər. (Furqan surəsi, 74)
MİSİR HÖKMDARI / HZ.YUSUFUN ƏHƏMİYYƏTLİ MÖVQE SAHİBİ VƏ İDARƏÇİ OLMASI
Hökmdar dedi ki: "Onu mənə gətirin onu özümə yaxın adam edəcəyəm." Onunla söhbət etdikdə: "Sən bu gün bizim yanımızda (artıq) əhəmiyyətli mövqe sahibisən, etibarlı bir məsləhətçi-idarəçisən"- dedi (Yusuf surəsi, 54)
HZ.YUSUFUN İDARƏÇİ OLMASI
(Yusuf) Dedi ki: "Məni bu yerin (ölkənin) xəzinələri üzərində bir idarəçi et. Çünki mən yaxşı bir qoruyucuyam, rəhbərlik işlərini də bilirəm." (Yusuf surəsi, 55)
ALLAHIN HZ.YUSUFA HÖKMRANLIQ VERMƏSİ
Bax beləcə biz yer üzündə Yusufa güc və imkan (hökmranlıq) verdik. Belə ki, orada (Misirdə) istədiyi yerdə qaldı. Biz kimə istəsək rəhmətimizi nəsib edərik və yaxşılıq edənlərin əcrini itkiyə uğratmarıq. (Yusuf surəsi, 56)
ZÜLQƏRNEYNİN HÖKMRANLIĞI
Sənə (Ey Məhəmməd) Zülqərneyn haqqında soruşarlar. De ki: "Sizə ondan 'öyüd və xatırlatma olaraq' bəzi məlumatlar verəcəyəm". Həqiqətən, biz ona yer üzündə hökmranlıq verdik və ona hər şeyin yolunu öyrətdik. (Kəhf surəsi, 83-84)
DÜNYADA VƏ QİYAMƏTDƏ ÖNDƏR FİRON
Firona və onun əyanlarına. Onlar Fironun əmrinə tabe oldular. Halbuki, Fironun əmri doğru yol göstərici (irşad edici) deyildi. O, qiyamət günü qövmünün öndərliyini edib onları cəhənnəm oduna aparacaq. Sonunda çatdıqları yer nə pis yerdir! (Hud surəsi, 97-98)
ALLAHDAN HÖKMDAR İSTƏYƏN İSRAİLOĞULLARI
Musadan sonra İsrailoğullarının əyanlarını görmədinmi? Peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda döyüşək". ...(Bəqərə surəsi, 246)
TALUT HÖKMDAR
Peyğəmbərləri onlara dedi ki: "Allah sizə Talutu (məlik olaraq) göndərdi." Onlar: "Biz hökmdarlığa ona görə daha çox haqq sahibiykən və ona bir mal (sərvət) bolluğu verilməmişkən necə bizi idarə etmək hökmdarlığı (mülk) onun ola bilər? "dedilər. O (belə) demişdi: "Doğrusu Allah sizə onu seçdi və onun elm və bədən gücünü artırdı. Allah kimə istəsə mülkünü verər Allah (rəhməti və gücü) geniş olandır, biləndir." (Bəqərə surəsi, 247)
HÖKMDARLIQ ƏLAMƏTİ
Peyğəmbərləri onlara (belə) dedi: "Onun hökmdarlığının əlaməti sizə sandığın gəlməsidir ki, onda Rəbbinizdən 'bir güvən duyğusu və hüzur' ilə Musa ailəsindən və Harun ailəsindən qalanlar vardır. Onu mələklər daşıyacaq. Əgər inanıbsınızsa, bunda şübhəsiz sizin üçün bir dəlil vardır." (Bəqərə surəsi, 248)
ORDUNU İDARƏ EDƏN CALUT HÖKMDAR
Onlar Calut və ordusuna qarşı meydana (döyüşə) çıxdıqlarında dedilər ki: "Rəbbimiz, üzərimizə səbir yağdır, addımlarımızı sabit et (sürüşdürmə) və kafirlər birliyinə qarşı bizə kömək et." (Bəqərə surəsi, 250)
İSRAİLOĞULLARININ İDARƏÇİLƏRİ
Musa qövmünə (belə) demişdi: "Ey qövmüm, Allahın üzərinizdəki nemətini xatırlayın, içinizdən peyğəmbərlər çıxartdı, sizdən idarəçilər təyin etdi və aləmlərdən heç kimə vermədiyini sizə verdi." (Maidə surəsi, 20)
HZ. SÜLEYMANIN HÖKMRANLIĞI
"Sən onların yanına qayıt! Biz onlara elə ordularla gələrik ki, onların etiraz etmələri mümkün olmaz və biz onları oradan xor görülmüş, alçaldılmış və hörmətdən salınmış olaraq çıxararıq." (Nəml Surəsi, 37)
HZ. SÜLEYMANIN ORDULARIN BAŞÇISI OLMASI
Süleymana cinlərdən, insanlardan və quşlardan orduları toplanıldı və onlar müntəzəm şəkildə yerbəyer edildilər. (Nəml surəsi, 17)
MÖVQE SAHİBİ HZ. SÜLEYMAN
Cinlərdən ifrit (çox qüvvətli birisi) dedi: "Sən mövqe tutduğun yerdən qalxmadan mən onu sənə gətirə bilərəm. Mən həqiqətən buna qarşı qəti olaraq etibarlı bir gücə sahibəm". (Nəml surəsi, 39)
QARIŞQALARIN BAŞÇISI
Nəhayət, qarışqa vadisinə gəldiklərində bir dişi qarışqa dedi: "Ey qarışqalar, öz yuvalarınıza girin! Süleyman və orduları fərqində olmadan sizi əzib-keçməsin." (Nəml surəsi, 18)
QADIN HÖKMDAR: SƏBA MƏLİKƏSİ
"Həqiqətən mən onlara hökmdarlıq etməkdə olan bir qadın tapdım ki, ona hər şeydən (bolca) verilmişdir və böyük bir taxt sahibidir." (Nəml surəsi ,23)
Qadın dedi: "Ey əyanlar, bu işimdə mənə məsləhət verin! Siz (hər şeyə) şahidlik etmədikcə mən heç bir işdə qəti (qərar verən biri) deyiləm". Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibi olan döyüşçülərik. Qərar sənindir artıq sən nəyi əmr etsən biz tətbiq edərik. Qadın dedi: "Həqiqətən hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər." (Nəml Surəsi, 32-34)
ELÇİLƏR MÜSƏLMANLARIN BAŞÇISIDIR
Müşriklər istəməsə də, İslamı bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur. (Tövbə surəsi, 32-33)
DÜNYA HAKİMİYYƏTİ- ÖNDƏRLƏR VƏ İQTİDAR SAHİBLƏRİ
Biz istəyirik ki, yer üzündə zəif qalanlara lütf edək, onları öndərlər və varislər seçək və istəyirik ki, onları yer üzündə 'iqtidar sahibləri edək', Firona, Hamana və əsgərlərinə onların qorxub çəkindikləri şeyi göstərək. (Qəsəs surəsi, 5-6)
Onlar namazlarını da ehtiyatla qoruyanlardır. Məhz onlar (dünya hakimiyyətinə və axirətin nemətlərinə) varis olacaqlar. (Muminun surəsi, 9-10)
...(Firon) Dedi: "Biz hökmən onların oğlanlarını öldürüb qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, biz onlara qarşı sarsılmaz bir üstünlüyə sahibik". Musa qövmünə: "Allahdan kömək diləyin və səbr edin. Həqiqət budur ki, ərz Allahındır. Ona qullarından dilədiyini varis edər. Ən gözəl nəticə müttəqilər üçündür" dedi. (Əraf surəsi, 127-128)
And olsun, biz Zikrdən (Lövhi-məhfuzdan) sonra Zəburda da: "Şübhəsiz Ərzə saleh qullarım varisçi olacaq" deyə yazdıq. Həqiqət budur ki, bunda (Quranda) iman edənlər üçün 'açıq bir bildiriş' (və ya həqiqi bir çıxış yolu) vardır. (Ənbiya surəsi, 105-106)
Bərəkətlər verdiyimiz Musa və zəif qövmünü yerin şərqinə də, qərbinə də varislər etdik. Rəbbinin İsrailoğullarına olan o gözəl vədi səbir etdikləri üçün tamamlandı (yerinə yetdi). (Əraf surəsi, 137)
HİDAYƏTƏ YÖNƏLDƏN ÖNDƏRLƏR
Biz onları öz əmrimizlə hidayətə yönəldən öndərlər etdik və onlara xeyirli əməlləri, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar bizə ibadət edirdilər. (Ənbiya surəsi, 73)
MÜŞRİK OLAN HAKİM GÜCLƏR
Müşrik olan hakim güclərə deyilər : "Bax bunlar da sizinlə birlikdə küfr və zülmdə sinə gələnlərdir. Onlara bir salam belə yoxdur. Çünki onlar oda girəcəklər". (Onlara uyanlar) Deyərlər: "Xeyr, əsl sizə bir salam yoxdur. Bunu (əzabı) siz bizə təqdim etdiniz. Ora necə də pis bir dayanacaqdır." (Sad surəsi, 59-60)
YER ÜZÜNÜN XƏLİFƏLƏRİ
O sizi yer üzünün xəlifələri etdi və sizə verdikləriylə sizi sınamaq üçün birinizi digərlərinə üstün edən Odur. ... (Ənam surəsi, 165)
Dedilər ki: "Sən bizə gəlməmişdən əvvəl də, gəldikdən sonra da əziyyətə uğradıldıq". Musa dedi: "Ola bilsin ki, Rəbbiniz düşməninizi həlak edəcək və sizləri yer üzündə xəlifələr edəcək, beləcə necə davranacağınızı müşahidə edəcək". (Əraf surəsi, 129)
Sonra, necə davranacağınızı müşahidə etmək üçün onların ardından sizi yer üzündə xəlifələr etdik. (Yunus surəsi, 14)
Çətinlik və ehtiyac içində olanın özünə dua etdiyi zaman duasını qəbul edən, pisliyi aradan qaldıran və sizi yer üzünün xəlifələri edən kimdir? Allaha bərabər olan başqa bir ilahmı var? Siz nə az öyüd alıb düşünürsünüz. (Nəml surəsi, 62)
Yer üzündə sizi xəlifələr edən Odur... (Fatir surəsi, 39)
XƏLİFƏ DAVUD (Ə.S)
"Ey Davud, həqiqət budur ki, Biz səni yer üzündə bir xəlifə etdik. Elə isə insanlar arasında haqq ilə hökm et... (Sad surəsi, 26)
HUD QÖVMÜNÜN XƏLİFƏLİYİ
...Allahın Nuh qövmündən sonra sizi xəlifələr etdiyini və sizin xilqətcə daha qüvvətli etdiyini xatırlayın. Elə isə Allahın nemətlərini xatırlayın ki, nicat tapasınız." (Əraf surəsi, 69)
SƏMUD QÖVMÜNÜN XƏLİFƏLİYİ
"Allahın Ad qövmündən sonra sizi xəlifələr etdiyini və sizi yer üzündə (güc və sərvətlə) yerləşdirdiyini xatırlayın... (Əraf surəsi, 74)
NUH QÖVMÜNÜN XƏLİFƏLİYİ
Lakin onu yalanladılar. Biz də onu və gəmidə onunla birlikdə olanları qurtardıq və onları xəlifələr etdik. ... (Yunus surəsi, 73)
QURANDA BAŞÇI (BİR QURTARICI) İSTƏMƏK VƏ GÖZLƏMƏKLƏ ƏLAQƏDAR AYƏLƏR
Sizə nə olub ki, Allah yolunda və: "Rəbbimiz, bizi xalqı zalım olan bu ölkədən çıxart, bizə Qatından bir vəli (qoruyucu sahib) göndər, bizə Qatından bir kömək edən göndər" deyən kişilər, qadınlar və uşaqlardan zəif buraxılmışlar adına cəhd etmirsiniz (səy göstərmirsiniz)? (Nisa surəsi, 75)
Yoxsa sizdən əvvəl gəlib-gedənlərin halı başınıza gəlmədən əvvəl cənnətə daxil olacağınızımı düşünürsünüz? Onlara elə bir yoxsulluq, elə dözülməz bir çətinlik üz vermiş və elə sarsılmışdılar ki, sonunda elçi də möminlərlə birlikdə "Allahın köməyi nə vaxt gələcək?" deyirdi. Şübhəsiz Allahın köməyi çox yaxındır. (Bəqərə surəsi, 214)