Hörmətli Adnan Oktar çox uzun illərdir qeydlərində Türkiyənin Türk Respublikaları və ya digər dünya dövlətləri arasından seçilib lider ölkə olaraq önə çıxacağı və Böyük Osmanlı Proyekti (başqa cür desək Türk-İslam Birliyi) vəsiləsi ilə super dövlət olacağının müjdəsini vermişdir. Hörmətli Adnan Oktarın bu istiqamətdəki israrlı şərhlərindən sonra, Osmanlının tarixi varisi olan Türkiyə cümhuriyyətinin Orta Şərq, Qafqaz, Orta Asiya və Balkanlarda meydana gələn nüfuz boşluğunu dolduracağı düşüncəsi artıq Qərb analistleri tərəfindən də zikr edilməyə başlamışdır. Bu fikirin bütün dünyada yayılmasında iştirak edən Hörmətli Adnan Oktar reportajlarda da Böyük Orta şərq Proyektinin yerini Böyük Osmanlı Proyektinin, yəni böyük Türk-İslam Birliyinin alacağıni qeyd etmişdir:
Baghdad TV, 2 Mart 2008
Adnan Oktar: Böyük Orta şərq Proyekti yoxdur, Böyük Osmanlı Proyekti vardır. Böyük Türk-İslam Birliyi Proyekti vardır. İslam aləmi birləşəcək. Bütün Türk aləmi, İslam aləmi birləşib çox böyük super dövlət olacaq. Bu dövlət Amerikanın da lehinə olacaq, İngilislərin də lehinə olacaq, Rusların da lehinə olacaq və bütün dünyanın lehinə olacaq. Dünyaya sülh, qardaşlıq və rahatlıq gətirən bir sistem olacaq. Bu sistem dolayısı ilə Amerikanı da qurtaan sistem olacaq.
Time Turk, 24 İyul 2008
Time Turk: Böyük Orta şərq Proyekti çox əhəmiyyətli bir mövzudur. Bunun da təməlində Amerikanın İrana hücum etmə məsələsi durur. Bəs bunların hamısının altında sizcə nə var, yəni bir masonluq əlaqəsi yoxsa İsrailin nəsə başqa məqsədi var? Yəni Orta şərq probleminin altında nə yatır?
Adnan Oktar: Müsəlmanlar Böyük Orta şərq Proyektini Böyük Osmanlı Proyektinə çevirəcəklər inşaAllah. Hadisə elə bundan ibarətdir. Onlar ortaya belə bir kütləvi quruluş qoyurlar, bir xəmir və yaxud bir gips, yaxud sement deyək. Bu yalnız şəkilləndiriləcək…
Vatan TV, 12 Yanvar 2008
Vatan TV: Yenə keçən reportajımızda mən sizə xüsusilə Amerika Birləşmiş Ştatlarının reallaşdırmaq istədiyi Böyük Orta şərq Proyekti ilə əlaqədar suallar vermişdim. Sizin bu mövzu ilə əlaqədar maraqlı şərhləriniz oldu. Mən Böyük Orta şərq Proyekti və Avropa Birliyinə daxil olmağımız ilə əlaqədar sizin bəzi fikirlərinizin olduğunu bilirəm. Əsərlərinizdən də oxudum, amma tamaşaçıların bu məsələni başa düşməsi üçün təkrar soruşuram. Siz Böyük Orta şərq Proyektinə və Avropa Birliyinə girməyi qəti şəkildə istəmirsiz. Keçən verlişlərin birində Avropa Birliyinə girməyək deyə çıxış etmisiniz. Demişdiniz ki,mən keçmişdə Avropa Birliyinə girməyə razi idim, amma indi onların Müsəlmanlara, İslama qarşı olan davranışlarına görə Türkiyənin Avropa Birliyinə girməsini istəmirəm.
Adnan Oktar: Böyük Orta şərq Proyekti, Böyük Osmanlı Proyektinə çevrmək lazımdır. Türkiyə əgər Avropa Birliyinə girəcəksə, onda Böyük Osmanlı Proyekti içərisində girməlidir. Yəni bütün İslam aləminin və Türk aləminin lideri olaraq girməsi lazımdır. Bundan əlavə Avropa Birliyinin söylədiyi tərzdə bölünmüş, kiçildilmiş, gücü qırılmış, milli quruluşu, mənəvi dəyərləri pozulmuş bir Türkiyə olaraq girəcəksə, Türkiyə heç girməsin daha yaxşıdır.
Hörmətli Adnan Oktarın ifadələri istiqamətində formalaşan türk-İslam Birliyi fikri yerli və xarici mətbuatda da tez-tez işıqlandırılmağa başlamışdır. Buna bir nümunə 11 Yanvar 2009-cu il tarixli Tərcüman qəzetində nəşr olunmuş "Türkiyənin BOP planı" başlıqlı məqaləsidir. Haqqı Qurban tərəfindən yazılan məqalədə Türkiyənin Böyük Osmanlı Proyekti ilə dövrün ən güclü dövləti olacağına diqqət yetirilmişdir:
"… Türkiyə də BOP üçün çalışır. Ancaq Türkiyənin BOP-si başqa! Mənası- Böyük Osmanlı Proyekti! … Osmanlı, dövrünün ən böyük dövləti olub. Ancaq ABŞ kimi heç bir zaman öz biçdiyi paltarı kimsəyə məcbur geyindirmədi. Kürəyindən vurulmasaydı, bu gün Orta şərq tam fərqli bir görünüşdə ola bilərdi. Keçmişdəki Osmanlıya çevrilməsi artıq mümkün deyil. Ancaq o məntiq təkrar təsis edilə bilsə, bölgəyə barış və rahatlıq gələ bilər! …"
Tercüman, 8 Yanvar 2009
2 Avqust 2006-cı il tarixində "Önce Vatan" qəzetində nəşr olunmuş bir məqaləsində isə Hörmətli Adnan Oktar bu mövzuya belə toxunmuşdur:
… Türkiyənin, Orta şərqin sabitliyi və Dünya Barışı üçün yenidən köhnə missiyasını boynuna götürməsi lazımdır. Orta şərq Ölkələrinin tarix boyu hörmət etdiyi və əhəmiyyət verdiyi Türkiyə, həm birləşdirici, həm də lokomotiv olma roluna, məlumat, bacarıq, tarixi təcrübə və mənəviyyat baxımından ən uyğun olan ölkədir. Ziyalılarımız və idarəçilər Türkiyənin bu tarixi missiyasını yenidən yerinə yetirməsi üçün səy göstərməkləri lazımdır.
Avropa Birliyi ilə olan əlaqələrimiz də buna təsir edən bir faktor deyil. Birliyə girsək də girməsək də, İslam Ölkələrinin, Qərb ilə olan əlaqələrini düzəldən ölkə mövqeyində ola bilərik. Necə ki bu, həm Qərbin həm də İslam Ölkələrinin, Türkiyənin sahib olduğu xüsusiyyətlərdən, yəni, Qərb üçün demokratik hüquq dövləti quruluşu, Orta şərq üçün də etidallı Müsəlmanlıq quruluşu, Osmanlıdan gələn şəfqətli və sevgi əsaslı rəhbərlik və həyat təcrübəsindən ötəri könül rahatlığı ilə Türkiyəyə buraxacağı bir missiya olacaq.
Qərbdə bir çox idarəçinin, think-tank quruluşunun və ziyalıların, Türkiyənin bu rolu boynuna götürməsini istəmirlər. Xüsusilə 11 Sentyabrdan sonra, Osmanlı rəhbərlik tərzinə olduqca önəm vermişlər və bunu canlandırma meylinə düşmüşlər.
Bu, Böyük Orta Şərq Proyekti kimi bölgədə əks reaksiya ilə qarşılanan, süni proyektlər şəkilində həyata keçirilən olmamalıdır. Orta şərqdə sabitliyi təmin etmək, təhsili reallaşdırmaq, ictimai rehabilitasyonu təmin etmək, Qərb ilə əlaqələrini təşkil etmək əlbəttə lazımdır. Ancaq bu, yenə bölgənin öz içindən çıxacaq bir tənzimləmə ilə olmalıdır. Çöldən bir məcbur etmə şəklində deyil, içəridən bir istək və arzu ilə edilməlidir.
Bax bunun hər kəsin razılığı olacaq şəkildə reallaşmasını təmin edən tək ölkə Türkiyədir.
Son zamanlarda ortaya çıxarılan Böyük Orta şərq Proyekti, yenə BOP olaraq xatırlana bilər, amma bundan sonra bunun açıqlaması "Böyük Osmanlı Proyekti" olması daha məntiqli və həqiqi olacaq.
Çünki Osmanlının mirasına sahib olan bu millət keçmişdə olduğu kimi bu gün də, həsrətlə gözlənilən barış və təhlükəsizlik mühitini meydana gətirməkdə qabaqcıl rol oynayacaq.
Tarixi və günümüzdəki həqiqətlərə baxsaq və dünyaya nizam verəcək yeni bir Osmanlının ortaya çıxışını istəsək, əzm göstərsək bu məqsədə catan yeganə ölkə Türkiyə olacaq.
Osmanlı ənənəsində yer alan xoşniyyətli İslam anlayışı, dünya üçün axtarılan bir ümid işığı olmuşdur. Əgər Türkiyə sahib olduğu böyük mədəniyyət mirasını yaxşı qiymətləndirsə, qarşısında çox işıqlıq bir gələcək olacaq.
Türkiyə bu istiqamətdə apardığı strategiyalar ilə Orta şərq, Balkan, Qafqaz və Orta Asiyayada həmişəlik barışı təmin edə biləcək, bunu mühafizə edə biləcək bir tarixi təcrübəyə malikdir. Allahın icazəsi olmadan heç bir güc, tarixə istiqamət vermiş, insanlığa barışı, ədaləti və rahatlığı hədiyyə etmiş nəhəng bir mədəniyyətə və təcrübəyə sahib, köklü və zəngin bir mədəniyyətin qurucusu olan bir millətin həssaslığını yox edə bilməz.
Bu millət keçmişdə olduğu kimi bu gün də sahib olduğu xüsusiyyətləri və gözəl əxlaqı ilə bütün dünyanın diqqətini cəlb edən barış və təhlükəsizlik mühitini meydana gətirəcək.
21-ci əsr, Allahın icazəsi ilə, Müsəlman Türk millətinin və Türkiyənin lider olacağı bir dövr olacaq.