Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (22 iyul 2012, 23:00)
Adnan Oktar: “De: “İstər könül xoşluğu ilə, istərsə də zorla infaq edin. Sizdən qəti olaraq qəbul edilməyəcək””. Onsuz da münafiqlər infaq edərkən canları çox yanar. Ayədə də var: "Onu bir cərimə hesab edərlər" deyir, iztirab kimi, əti qopurmuş kimi olar. Buna görə də, münafiq, beş qəpik belə vermək istəməz. Anlamazlıqdan gələr və özünü anlamamış kimi də göstərdiyi üçün, xilas olacağını zənn edərək, özünü kənarda saxlayar. Halbuki Allah o zaman da onu sıxıntıya salır, xəstəlik verir, bəla verir. Bu dəfə isə, pulunu xəstəliyə, xəstəxana xərclərinə sərf edir. "Sizdən qəti olaraq qəbul edilməyəcək. Çünki siz fasiqlər oldunuz". Bəzən də göstəriş üçün verir. Lakin Allah: "Bunu da qəbul etmərəm" deyir, "Ondan da savab qazanmazsınız" deyir. Belə ki, görsünlər, bəzək olsun, göstəriş olsun deyə verir, göz boyamaq üçün verir. Allah: "Bunu da qəbul etməyəcəyəm" deyir.