İmam Məhəmməd Bâkır (ə.s) və İmam Cəfər Sadiq (ə.s) Hz. Mehdinin (ə.s) yardımçıları haqqında belə buyurmuşdur: “Onlar dünyanın şərqini və qərbini ələ keçirəcəklər. ONLARIN HƏR BİRİNİN QIRX İNSAN QƏDƏR GÜCÜ VARDIR. QƏLBLƏRİ DƏMİR KİMİDİR. BELƏ Kİ, LA İLAHƏ İLLƏLLAH VE ƏNNƏ MUHAMMƏDƏN RƏSULULLAH” HƏR YERDƏ YAYILACAQ VƏ EŞİDİLƏCƏKDİR”.
(Bihar-ul Envar, c. 52, s. 340)
Hz. Mehdinin qadınlardan və kişilərdən ibarət olan tələbələri həm ruhən, həm də cismən sağlam, çox səviyyəli, üstün, təsirli insanlar və hər biri mükəmməl təbliğ gücünə sahib olacaqlar. Bütün bu xüsusiyyətləri ilə Hz. Mehdinin yardımçılarının çox diqqət çəkən görünüşləri olacaqdır.
Allah bu təbliğ güclərini səbəb edəcək, Hz. Mehdi və tələbələrinin təsiri ilə dünya miqyasında bütün insanlarda imana yönəlmə olacaqdır. Hər yerdə Allahın adını və şanını ucaldacaqlar və İslam əxlaqını bütün dünyaya hakim edəcəklər.
Rəvayətdə “La İlahə İllallah və ənnə Muhammədən Rəsulallah sözlərinin hər yerdə əks-səda yaradacağının bildirilməsi də, Hz. Mehdinin İslam əxlaqını təbliğ istiqamətindəki fəaliyətlərinin mediada, internet, televizor, radio, qəzet, jurnal, qısaca desək, hər yerdə daima gündəmə gələcəyinə işarə edir.