Möminlərin hədəfi Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaqdır. Ancaq, insan zəif və unutqan yaradılmışdır; bu səbəblə bir çox səhvi və ya əskiyi ola bilər. Qullarını ən yaxşı bilən, sonsuz mərhəmət və şəfqət sahibi olan Allah, səmimi qullarının pisliklərini örtəcəyini və onları asan bir hesab ilə sorğuya çəkəcəyini bildirmişdir:
Artıq kimin kitabı sağ əlinə verilsə, o, asan bir hesab (sorğu) ilə sorğuya çəkiləcək və öz yaxınlarına sevinc içində dönmüş olacaq". (İnşiqaq surəsi, 7-9)
Allah, əlbəttə ki, hər insanın pisliklərini yaxşılığa çevirməz. Allahın pisliklərini örtərək bağışladığı möminlərin xüsusiyyətləri də Quranda bildirilmişdir:
Böyük günahlardan qaçanlar
Allah bir ayədə "Sizə qadağan edilən böyük günahlardan qaçsanız, sizin qüsurlarınızı örtərik və sizi "şərəfli-üstün" bir mövqeyə daxil edərik". (Nisa surəsi, 31) deyə bildirir. Bunu bilən möminlər Allahın çəkdiyi sərhədlərə çox diqqət yetirər, bunların xaricinə çıxmaqdan və harama girməkdən çəkinərlər. Əgər unudaraq, yanılaraq və ya qəflətə qapılaraq bir səhvləri olsa, dərhal Allaha yönələr və tövbə edərək, Ondan bağışlanma diləyərlər.
Allah hansı qulların tövbəsini qəbul edəcəyini isə yenə Quranda bildirmişdir. Buna görə bir insanın "Allah necə olsa bağışlayar" deyə düşünərək həmişə səhv etməsi böyük bir yanılmadır. Çünki Allah ancaq cəhalət səbəbiylə pislik edən və etdiyini anladığı anda müqavimət göstərmədən və vaxt itirmədən tövbə edən və davranışlarını düzəldən qullarının tövbələrini qəbul edir. (Nisa surəsi, 17-18)
Ayələrdən də aydın olduğu kimi, bir insanın qüsurlarının örtülməsi və din günündə peşman olmaması üçün etməsi lazım olan şeylərdən biri günaha girməkdən şiddətlə qaçmasıdır. Günaha girən bir möminin isə etməli olduğu dərhal Allaha qətiyyətli tövbə ilə tövbə etməkdir.
Saleh əməllər görənlər
Allah başqa ayələrində isə, saleh əməllər edənlərin pisliklərini örtəcəyini bildirir. Bu ayələrdən bəziləri belədir:
O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. (Təğabun surəsi, 9)
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! (Furqan surəsi, 70)
Bir insanın, yalnız Allahın məmnuniyyətini qazanmaq üçün etdiyi hər hərəkət və davranış saleh bir əməldir. Məsələn, bir insanın din əxlaqını insanlara izah etməsi, təvəkkülsüz birinə qədəri xatırlatması, dedi-qodu edənə maneə olması, evini və bədənini təmiz saxlaması, elmini və mədəniyyətini artırması, gözəl söz söyləməsi, insanlara axirəti xatırlatması, xəstə olan birinə qulluq etməsi, yaşlı birinə sevgi və şəfqət göstərməsi, xeyir üçün istifadə edəcəyi pulu qazanmaq üçün çalışması, pis sözə yaxşılıq və səbirlə cavab verməsi kimi insanın hər rəftarı Allahın məmnuniyyəti üçün edildiyində saleh əməl olar.
Axirətdə Allahın pisliklərini örtərək yaxşılıqlara çevirməsini diləyənlər, daim Allahın ən məmnun olacağı rəftarı seçməlidirlər. Bunun üçün insanın axirət günü verəcəyi hesabı düşünməsi lazımdır. Məsələn, axirət günündə cəhənnəm atəşinin yanında dayandırılan bir insana dünya həyatında işlədiyi pisliklər göstərilsə və ona, bu pisliklərinin bağışlanması üçün saleh əməllər etməsi lazım olduğu deyilsə, bu insanın rəftarının necə olacağı açıqdır.
Cəhənnəm atəşini yaxınlığında görən, cəhənnəmdəki insanların ümidsizliklərini, peşmanlıqlarını, əzabdan çıxardıqları iztirab dolu inləmələri eşidən, cəhənnəmdəki əzabın necə olacağına gözləriylə şahid olan bir insan, Allahı ən məmnun edəcək davranışları seçəcək və vargücüylə səy göstərəcək. Bu vəziyyətdəki bir insan, saleh əməllər etmək mövzusunda zəiflik göstərə bilməz, əsla tənbəllik edə bilməz, Allahı məmnun edəcək bir rəftar varkən, başqa bir rəftar göstərməz, laqeydlik edə bilməz və ya əsla qəflətə düşə bilməz. Çünki cəhənnəm hər an yanındadır və ona sonsuz həyatını və Allahın əzabını hər an xatırlatmaqdadır. Bu vəziyyətdəki bir insan edəcəyi əməlləri gecikdirib təxirə salmaz da. Vicdanının əmr etdiyi hər şeyi dərhal və əskiksiz edər. İbadətlərində çox vasvası və davamlı olar.
Allah dünya həyatında da, sanki cəhənnəmi görüb- gəlmiş, ya da cəhənnəmi hər an yanında görən biri kimi saleh əməllərdə olan, Allahdan və axirətdən qorxub çəkinərək davrananların pisliklərini yaxşılığa çevirəcək. Bu möminlər axirətə qəti iman edərlər və Allahın əzabından şiddətlə qorxub çəkinərlər.