Vicdan hər insana gözəl davranışı və düşüncəni söyləyən, bir insanın sağlam mühakimə etməsini, doğrunu və yanlışı bir-birindən fərqləndirə bilməsini təmin edən mənəvi xüsusiyyətdir.
Vicdanın ən əsas xüsusiyyətlərindən biri isə insanın öz-özünə doğru yolu tapmasına kömək etməsidir. Vicdan kimsə göstərməsə də, insana doğru yolu göstərəcək, ancaq əsas odur ki, insan vicdanına müraciət etsin, onun nə dediyini dinləsin və əksiksiz şəkildə onun söylədiklərini yerinə yetirsin. Ona görə vicdanın səsini dinləmək din əxlaqını yaşamağın ən əsas ünsürüdür deyə bilərik.
Hər şeydən əvvəl bunu unutmamaq lazımdır: Hər insan şüur sahibi olduğu andan etibarən Uca Allah'ın ona ilham etdiyi vicdanının söylədiklərinə görə məsuliyyət daşıyır. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanan hər insan artıq vicdanının səsini eşidəcək. Nəfsi ilə vicdanını fərqləndirəcək qabiliyyətə və vicdanının dediyinə əməl edəcək iradəyə malik olacaq. Artıq bundan sonra qarşılaşdığı hadisələrlə bağlı seçdiyi yoldan hesab günü mühakimə olunacaq. vicdanını dinləyirsə, Allah'ın sonsuz cənnətinə layiq görüləcək, nəfsinin dediyinə əməl edirsə, “qapıları kilidlənmiş” sonsuz bir atəşlə qarşılaşacaq.